Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-7513/2021 27.08.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızı, Ərizəçi İddiaçı tərəfindən verilmiş ərizə və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: Ərizəçi İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək mənzilə qeydiyyatın ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə geri qaytarılmalıdır. Belə ki, hesab edirəm ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsində nəzərdə tutulan iddia ərizəsinin forma və məzmununa əməl edilməmişdir. 149-cu maddənin tələbinə görə ərizədə işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları, iddiaçının tələbi, onların öz tələbini əsaslandırdıqları hallar göstərilməlidir. Lakin yoxlanılan ərizədə qeyd olunan tələblərə əməl edilməmiş, ərizədə iddiaçı, cavabdeh, onların poçt ünvanı, cavabdehə qarşı yönəlmiş tələb göstərilməmişdir. Bu isə ərizəçi tərəfindən iddia ərizəsinin forma və məzmunu ilə bağlı qanunun tələblərinin pozulması kimi qiymətləndirilmədir. MPM-in 152.1.1-ci maddəsinə görə ərizənin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bundan başqa, ərizənin məzmunundan göründüyü kimi ərizəçi mənzilə qeydiyyatın ləğv edilməsini xahiş edir. Bununla bağlı məhkəmə ərizəçiyə izah etməyi zəruri hesab edir ki, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» 04 aprel 1996-cı il tarixli Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə, habelə qeyd edilən Qanunun tətbiqi haqqında Əsasnamənin 10-cu bəndinə görə şəxsi yaşayış yeri üzrə qeydiyyatdan Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı çıxarır. Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 dekabr tarixli, 244 saylı Fərmanın 2.2-ci bəndinə əsasən qeyd edilən Qanunun 9-cu maddəsində nəzərdə tutulan «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi həyata keçirirlər. Göründüyü kimi, şəxsi qeydiyyatdan çıxarmaq səlahiyyəti müvafiq icra hakimiyyəti orqanına aid olmaqla, məhkəmə belə bir səlahiyyətə malik deyildir. Odur ki, qeydiyyatdan çıxarılma məsələsi ilə bağlı ərizəçi müvafiq Polis İdarəsinin Qeydiyyat və Şəxsiyyət Vəsiqələri şöbəsinə müraciət etməlidir. Əgər şöbə imtina edərsə, ərizəçi isə bu imtinanı qanunsuz sayarsa, bu halda o, həmin orqanın hərəkətini mübahisələndirməklə qanunvericiliklə müəyyən edilmiş qaydada inzibati qaydada və (və ya) məhkəməyə müraciət edə bilər. Qeyd olunanlara əsasən hesab edirəm ki, ərizə iddiaçıya geri qaytarılmalı və ona izah edilməlidir ki, o, qeyd olunan nöqsanları aradan qaldırdıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 149, 152, 263-264, 267-268-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizəçi İddiaçı tərəfindən verilmiş ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçiyə izah edilsin ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Almaz Süleymanova
Məhkəmə qərarları › İş №2(060)-7513/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-7513/2021
27.08.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver