Məhkəmə qərarları › İş №2(060)-7523/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-7523/2021

15.10.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-7523/2021 15.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı yaşayış evinə köçürülmə tələbinə dair iddia ərizəsinə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Əliağa Vahid küçəsi, ev 43-də yerləşən fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, mübahisəli ev Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Əliağa Vahid küçəsi 43-də yerləşməklə 18.06.2017-ci ildə verilmiş vərəsəlik hüququna dair şəhadətnaməyə əsasən cavabdehin mülkiyyətinə keçmiş və 24.06.2017-ci ildə sonuncunun adına dövlət reyestrindən çıxarış verilmişdir. O, cavabdehin oğlu X7 ilə 2002-ci ilin mart ayında toyla ailə həyatı qurmuş və həmin vaxtdan mübahisəli evə gəlin köçmüşdür. Onların birgə nikahdan 02.10.2003-cü ildə X9 və 30.08.2010-cu il təvəllüdlü X13 adında iki övladı anadan olmuşdur. Nikahları 31.01.2004cü ildə rəsmiləşdirilmişdir. O, 03.10.2016-cı ildə mübahisəli evə pasport qeydiyyatına düşmüşdür. O, 2002-ci ilin mart ayından cavabdehin ailə üzvü qismində həmin evə köçürülərək yaşamış, onlarla birgə təsərrüfat idarə etmiş və onun bütün cehiz əmlakları həmin mənzilə aparılmışdır. Lakin sonradan həyat yoldaşı ilə münasibətləri pozulmuş və aralarında mübahisələr olmuş və bu səbəbdən də cavabdeh ona «bu həyət mənimdir» deyib, onu evdən çıxarmış və bu səbəbdən də 2021-ci ilin may ayının 13-dən o, həmin evdə yaşamır. Lakin onun uşaqları hal-hazırda da həmin evdədirlər. Onun adında başqa yerdə mənzil, ev yoxdur, bu ev onun və uşaqlarının daimi yaşayış yeridir. Həmin evin sənədində 3 otaqlı mənzil göstərilsə də faktiki olaraq evə aid olan torpaq sahəsində əlavə 3 otaqlı mənzil tikilmiş və o, həyat yoldaşı ilə birgə nikahda olduğu vaxt əlavə dəhliz, mətbəxt və hamam da inşa etmişlər, onun bütün əmlakları hal-hazırda da həmin evdədir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, cavabdehin oğlu X7 ilə 2002-ci ilin mart ayında toyla ailə həyatı qurduğunu və mübahisəli mənzilə evə gəlin köçdüyünü, mübahisəli mənzildə 2002-ci ilin mart ayından 2021-ci ilin may ayının 13-dək ayınadək yaşadığını bildirdi və iddiasının təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclası barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: - 20.08.2021-ci il tarixli və 22.09.2021-ci il tarixli AR ƏMDK yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinin Azərbaycan Respublikası Vəkillər Kollegiyası ünvan 1 ünvanlanmış məktublarından görünür ki, ünvan 2 ünvanında yerləşən 43 saylı fərdi yaşayış evi şəxsi mülkiyyət hüququ ilə vətəndaşlara məxsus olan evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport əsasında X3 mülkiyyət hüququ qeydiyyata alınaraq qeydiyyat vəsiqəsi verilmişdir. Sumqayıt 1 saylı dövlət notariat kontorunun təsdiq etdiyi 31.07.2004-cü il tarixli, 2V-1/151 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında fərdi yaşayış evi Məmmədov Əli-İslam Həbib oğlunun adına qeydiyyata alınaraq qeydiyyat vəsiqəsi verilmişdir. Sumqayıt “ASAN Xidmət” mərkəzində notariat ofisinin təsdiq etdiyi 18.06.2017-ci il tarixli, 2V-521 reyestr nömrəli mülkiyyət hüququ haqqında şəhadətnamə və 18.06.2017-ci il tarixli, 2V-522 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında sözügedən fərdi yaşayış evi Cavabdeh adına qeydiyyata alınaraq 24.06.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. - Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının X8 Nümayəndəsi tərəfindən verilmiş 10.08.2021-ci il tarixli, 538 №-li arayışdan görünür ki, xx.xx.1980-cı il təvəllüdlü İddiaçı Hacı Zeynalabdin qəsəbəsi, Ə. Vahid küçəsi, ev 43 ünvanında qeydiyyatdadır. Mənzil sahibi: Məmmədov Əli-İslam Həbib oğludur (vəfat etmişdir). Ailə üzvlərinin sayı 18 nəfərdir. - Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının X8 Nümayəndəsinin 10.08.2021-ci il tarixli aktından görünür ki, xx.xx.1980-cı il təvəllüdlü İddiaçı 2001-ci ilin mart ayından 2021-ci ilin may ayının 13-dək ayınadək ünvan 3 ünvanında yaşamışdır. Qeyd olunanları X4, X5 və X10 öz imzaları ilə təsdiq etmişdir. - Sumqayıt şəhər qeydiyyat şöbəsinin verdiyi arayışdan görünür ki, X6 ilə X11 arasında 31.01.2004-cü il tarixdə rəsmi nikah bağlanmışdır və bu barədə nikah haqqında akt qeydləri kitabında həmin tarixdə 144 nömrəsi ilə qeydiyyat aparılmışdır. Nikahdan sonra arvada Məmmədova soyadı verilmişdir. - Doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, tərəflərin birgə nikahından 02.10.2003-cü ildə X9 və 30.08.2010-cu il təvəllüdlü X13 adlı övladları vardır. - Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4331/2021 saylı, 03.09.2021-ci il tarixli qətnaməsindən görünür ki, X2 müraciəti əsasında X7 ilə İddiaçı arasında bağlanmış 31.01.2004-cü il tarixli, 144 nömrəli nikahın pozulması, 02.10.2003-cü ildə X9 və 30.08.2010-cu il təvəllüdlü X13 yetkinlik yaşına çatana qədər anaları İddiaçı yanında qalması, 03.09.2021-ci il tarixdən etibarən uşaqların yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay sabit pul məbləğində hər birinə 150 manat, ümumilikdə 300 manat miqdarında aliment X1 tutularaq İddiaçı verilməsi qət edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı 2002-ci ilin mart ayında cavabdehin övladı X7 ilə nikaha daxil olaraq sözügedən mənzilə gəlin köçmüş və 2021-ci ilin may ayının 13-dək orada yaşamışdır. Həmin zaman evin mülkiyyətçisi iddiaçının qaynatası Məmmədov Əli-İslam Həbib oğlu olmuşdur. X7 ilə İddiaçı arasında bağlanmış nikaha Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4331/2021 saylı, 03.09.2021-ci il tarixli qətnaməsi ilə xitam verilmişdir. Hal-hazırda sözügedən evin mülkiyyətçisi 2017-ci ildən Cavabdehdır. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 08 oktyabr 2013-cü il tarixli qərarında göstərilmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair 16 dekabr 2014-cü il tarixli Qərarından görünür ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Həmin Qərardan görünür ki, Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci fəslinin müddəalarına əsasən qayınananın gəlin qarşısında aliment öhdəlikləri daşıması nəzərdə tutulmamışdır. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçı yaşayış sahəsinin mülkiyyətçisi olan cavabdehin keçmiş ailə üzvü və digər qohumu olmadığından, eyni zamanda mübahisəli mənzildə 2002-ci ilin mart ayından etibarən yaşamağa başladığından mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci və 228.2-ci maddələri tətbiq edilməlidir. Belə ki, iddiaçı mübahisəli mənzilə 2002-ci ildə köçmüş və 2021-ci ilin may ayınadək orada yaşamışdır. Eyni zamanda o, mənzilin, yaşamağa başladığı vaxt və hazırki mülkiyyətçisinin qanunvericilikdə müəyyən edilmiş ailə üzvləri dairəsinə mənsub deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, İddiaçı mənzilin mülkiyyətçisinin qanunvericilikdə müəyyən edilmiş ailə üzvləri dairəsinə mənsub olmadığından, eləcə də onun mülkiyyətçi ilə notariat qaydasında təsdiqlənən yazılı razılaşması mövcud olmadığından, istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından onun mübahisəli mənzildən istifadə hüququ mövcud deyildir. Məhkəmə eyni zamanda qeyd edir ki, iddiaçının mübahisəli evdə pasport qeydiyyatında olması sadalanan qanunvericilik normalarına əsasən onun istifadə hüququnun yaranması demək deyildir. Qeyd olunanlara əsasən iddia əsassızdır. Belə ki, iddiaçının sözügedən evdən istifadə hüququ olmadığı təqdirdə həmin yaşayış sahəsinə köçürülməsini qanunvericilik istisna edir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı yaşayış evinə köçürülmə tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilə bilməz. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 234-244 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi : İddiaçı Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Əliağa Vahid küçəsi, ev 43-də yerləşən fərdi yaşayış evinə köçürülməsi barədə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar