Məhkəmə qərarları › İş №2(060)-754/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-754/2022

24.02.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-754/2022 24.02.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X18 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh1, X16 oğluna, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 (bundan sonra – cavabdehlər) qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlərin və yetkinlik yaşına çatmayan uşaqları 01.03.2010-cu il təvəllüdlü X9 və 10.07.2006-cı il təvəllüdlü X10 ona məxsus Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Səttar Bəhlulzadə küçəsi, ev 3, 21 saylı mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. O, həmin mənzili 21 avqust 2014-cü ildə X1 alqı-satqı müqaviləsi ilə almışdır. Cavabdehlər keçmiş ev sahibinin ailə üzvləridir. Alqı-satqı müqaviləsinin 13-cü bəndinə görə cavabehlər 20.09.2014-cü il tarixinədək iddiaçıya məxsus mənzildən qeydyyatdan çıxmalıydılar. Lakin onlar bu günə kimi həmin mənzildən qeydiyyatdan çıxmayıblar. Cavabdehlərin yetkinlik yaşlarına çatmayan uşaqları 01.03.2010-cu il təvəllüdlü X14 və 10.07.2006-cı il təvəllüdlü X15 da iddiaçıya məxsus mənzildə qeydiyyatdadırlar. Cavabdehlərin və onların yetkinlik yaşlarına çatmayan uşaqlarının həmin mənzilə qeydiyyatları formal xarakter daşıyır, bu isə öz növbəsində onun mülkiyyət hüququna əsassız müdaxilə təşkil edir. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət edir. İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, cavabdehlərlə heç bir qohumluq əlaqəsi yoxdur. Cavabdehlər keçmiş ev sahiblərinin ailə üzvləridirlər. Onlar günə kimi iddiaçıya məxsus olan mənzildən qeydiyyatdan çıxmayıblar. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə göndərilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materiallarında olan iddiaçıya məxsus şəxsiyyət vəsiqəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışına əsasən iddiaçı xx.xx.1983-cü ildə, Sumqayıt şəhərində anadan olmuşdur. Cavabdeh1 xx.xx.1992-ci ildə, X16 oğlu xx.xx.1964-cü ildə, Cavabdeh3 xx.xx.1972-ci ildə, Cavabdeh4 xx.xx.1990-cı ildə, Cavabdeh5 xx.xx.1997-ci ildə, Cavabdeh6 xx.xx.2000ci ildə, Cavabdeh7 xx.xx.1975-ci ildə və Cavabdeh8 isə xx.xx.1970-ci ildə anadan olmuşlar. İddiaçı və cavabdehlər hazırda ünvan 1 ünvanında qeydiyyatdadırlar. Mənzildə həmçinin 01.03.2010-cu il təvəllüdlü X14 və 10.07.2006-cı il təvəllüdlü X15 da qeydiyyatdadırlar. 21.08.2014-cü il tarixli, ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən iddiaçı Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Səttar Bəhlulzadə küçəsi, ev 3-də yerləşən 21 saylı mənzili (bundan sonra – mübahisəli mənzil) X1 almışdır. Daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışa əsasən mübahisəli mənzil iddiaçının xüsusi mülkiyyətindədir. İşdə olan 21 saylı Mənzil-Kommunal sahəsi tərəfindən təsdiq edilmiş və sahə ustası X12, Sumqayıt şəhəri, Səttar Bəhlulzadə küçəsi, ev 3, mənzil 17-də yaşayan X3, Sumqayıt şəhəri, Səttar Bəhlulzadə küçəsi, ev 3, mənzil 18-də yaşayan X2, Sumqayıt şəhəri, Səttar Bəhlulzadə küçəsi, ev 3, mənzil 20-də yaşayan X8 tərəfindən tərtib edilərək imzalanmış akta əsasən Səttar Bəhlulzadə küçəsi, ev 3, mənzil 21-də yaşayan iddiaçı mənzili 22.08.2014-cü il tarixdən almasına baxmayaraq, ünvanda mənzil hüququ olmayan cavabdehlər uzun müddətdir qeyd olunan ünvanda yaşamırlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (152.1.). Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır (157.1.). Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (157.2.). Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər (157.4.). Göründüyü kimi mübahisəli mənzil iddiaçının xüsusi mülkiyyətindədir. Cavabdehlər isə həmin mənzildə yaşamırlar və formal olaraq qeydiyyatda qalmışlar. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Göründüyü kimi şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması əsaslarından da biri onun barəsində yaşayış sahəsindən çıxarılma və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamənin olmasıdır. Məhkəmə hesab edir ki, cavabdehlərin iddiaçının xüsusi mülkiyyətində olan mənzildə qeydiyyatda qalmaları iddiaçının mənafeyinə zidd olmaqla bir mülkiyyətçi kimi onun hüquqlarının məhdudlaşdırılmasına səbəb olur. Bu səbəbdən iddia təmin edilməli və cavabdehlərin mübahisəli mənzilə istifadə hüquqları itirilmiş hesab edilməlidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. Məhkəmə hesab edir ki, cavabdehlərin mübahisəli mənzilə istifadə hüquqları itirildiyi üçün onlarla birlikdə yaşayan ailə üzvləri olan yetkinlik yaşına çatmayan 01.03.2010-cu il təvəllüdlü X14 və 10.07.2006-cı il təvəllüdlü X10 da mübahisəli mənzildən istifadə hüquqları itirilmiş hesab edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, X16 oğlunun, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 və yetkinlik yaşına çatmayan şəxslər 01.03.2010-cu il təvəllüdlü X9, 10.07.2006-cı il təvəllüdlü X10 ünvan 1 ünvanına istifadə hüquqları itirilmiş hesab olunsun. Hazırkı qətnamə göstərilən şəxslərin həmin mənzildən qeydiyyatdan çıxarılmaları üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar