Məhkəmə qərarları › İş №2(060)-7547/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-7547/2025

04.02.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-7547/2025 04.02.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Ərizəçi doğumun akt qeydinin bərpa edilməsi (Maraqlı şəxs: Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 2 saylı Sumqayıt regional “ASAN Ximət” Mərkəzində qeydiyyat şöbəsi) tələbinə dair ərizəsi üzrə mülki işə Sumqayıt şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Allahyarov Yusif Qurban oğlunun 03 yanvar 1960-cı ildə Ermənistan Respublikası Krasnoselo rayonunda doğulması, soyadının Allahyarov, adının Yusif, atasının adının Qurban, atasının Allahyarov Qurban Yediyar oğlu, anasının isə Mamedova Səadət İsmayıl qızı olması barədə qeydlərin edilməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra ərizəçi ərizənin dəqiqləşməsi ilə bağlı müraciət edərək Allahyarov Yusif Qurban oğlunun 03 yanvar 1960-cı ildə Ermənistan Respublikası Krasnoselo rayonunun Cıvıxlı kəndində doğulması, soyadının Allahyarov, adının Yusif, atasının adının Qurban, atasının Allahyarov Qurban Yediyar oğlu, anasının isə X3 olması barədə qeydlərin edilməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Allahyarov Yusif Qurban oğlu 03 yanvar 1960-cı il tarixdə Ermənistan Respublikası Krasnoselo rayonunun Cıvıxlı kəndində doğulmuş, atası Allahyarov Qurban Yediyar oğlu, anası X3 olmuşdur. Ərizəçi 08 aprel 1998-ci ildə Allahyarov Yusif Qurban oğlu ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Onların xx.xx.1999-cu il təvəllüdlü X1, xx.xx.2001-ci il təvəllüdlü X8 oğlu və 15.01,2005-ci il təvəllüdlü X2 adlı üç övladı vardır. 14 sentyabr 2025-ci il tarixinədək Allahyarov Yusif Qurban oğlu Sumqayıt şəhəri, 9-cu mikrorayon, 60 saylı binanın 38 saylı mənzilində ailə üzvləri ilə birlikdə yaşamış və həmin tarixdə vəfat etmişdir. Allahyarov Yusif Qurban oğlunun vəfatı ilə əlaqədar vərəsəlik işinin açılması üçün notariusa müraciət etmək istəyərkən məlum olmuşdur ki, Yusif Allahyarova məxsus doğum haqqında şəhadətnamə faktiki olaraq mövcud deyil, naməlum şəraitdə itmişdir. Allahyarov Yusif Qurban oğluna dair doğum haqqında akt qeydinin bərpası üçün AR Ədliyyə Nazirliyi Sumqayıt qeydiyyat şöbəsinə ərizəçi tərəfindən müraciət edilmişdir, lakin həmin şöbədən imtina məktubu təqdim olunaraq doğumun qeyd edilmə faktının müəyyən edilməsinə dair mütləq məhkəmə qətnaməsinin olması bildirilmişdir. Bu səbəbdən də ərizəçi- mərhumun arvadı onun vərəsəsi olaraq məhkəməyə müraciət etməklə 03 yanvar 1960-cı il təvəllüdlü Allahyarov Yusif Qurban oğlunun doğumunun qeyd edilmə faktının müəyyən edilməsini xahiş etmək məcburiyyətində qalmışdır. 03 yanvar 1960-cı il təvəllüdlü Allahyarov Yusif Qurban oğlunun doğumunun qeyd edilmə faktının müəyyən edilməsi, sonuncuya dair doğum haqqında şəhadətnamənin verilməsi və daha sonra isə notariusda vərəsəlik işinin açılması, vərəsəlik üzrə şəhadətnamənin əldə edilməsi məqsədi ilə ərizəçiyə lazımdır. Halhazırda Allahyarov Yusif Qurban oğluna məxsus doğum haqqında şəhadətnamənin dublikatını əldə etmək mümkün deyildir. Belə ki, Allahyarov Yusif Qurban oğlunun doğumu haqqında qeydlər Ermənistan Respublikası Krasnoselo rayon qeydiyyat şöbəsində aparılmış, hazırda isə Ermənistan Respublikası ilə hər hansı hüquqi münasibətlər olmadığından sözügedən sənədlərin kötüyü barədə müvafiq məlumatları əldə etmək mümkün olmamışdır. Allahyarov Yusif Qurban oğlunun 03 yanvar 1960-cı il tarixdə Ermənistan Respublikası Krasnoselo rayonunun Cıvıxlı kəndində doğulması və bu barədə müvafiq dövlət orqanlarında qeydlərin aparılması ərizəçi tərəfindən məhkəməyə təqdim edilmiş sənədlər (və lazım gələrsə şahid ifadələri də) tam olaraq öz təsdiqini tapır. Lakin hal-hazırda müəyyən hüquq münasibətlərinin tənzimlənməsində müvafiq dövlət orqanları ərizəçidən həmin doğum haqqında şəhadətnaməni tələb edirlər ki, bu sənədi əldə edə bilməmək ərizəçiyə problemlər yaradır. Ona görə də Allahyarov Yusif Qurban oğlunun 03 yanvar 1960-cı il tarixdə Ermənistan Respublikası Krasnoselo rayonunda doğulması, soyadının Allahyarov, adının Yusif, atasının adının Qurban, atasının Allahyarov Qurban Yediyar oğlu, anasının isə X3 olması barədə qeydlərin edilməsi faktı məhkəmə qaydasında müəyyən olunmalıdır. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə verilən ərizə ilə eyni məzmunlu izahat verərək, ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində iştirak edən X6 mərhum Allahyarov Yusif Qurban oğlu ilə Ermənistan Respublikası Krasnoselo rayonunun Cıvıxlı kəndində bir məhəllədə yaşadıqlarını, uşaqlıqlarının bir keçdiyini, həmçinin onunla uzaq qohumluq münasibətlərinin olduğunu, Allahyarov Yusif Qurban oğlunun 14 sentyabr 2009-cu ildə xəstəlik səbəbindən dünyasını dəyişdiyini bildirərək onun xx.xx.1960-cı il tarixdə Ermənistan Respublikası Krasnoselo rayonunun Cıvıxlı kəndində anadan olduğunu, atasının Allahyarov Qurban Yediyar oğlu, anasının isə X3 olduğunu təsdiq etdi. Maraqlı şəxs 2 saylı Sumqayıt regional “ASAN Ximət” Mərkəzində qeydiyyat şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə əsaslıdır və aşağıdakılara əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Sumqayıt şəhər qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli, № 3-16-5/8-A-36xx/xx/2025 nömrəli məktubundan görünür ki, müraciətə əsasən doğum haqqında akt qeydinin bərpa edilməsi üçün həmin qeydin əvvəllər olmasını təsdiq edən sənədin təqdim edilməli olduğu, doğum haqqında akt qeydinin bərpa edilməsi ilə bağlı yaşadıqları yerin məhkəməsinə müraciət etmələri tövsiyə olunmuşdur. - Vİ- ЖГ № 467800 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, 03 yanvar 1960-cı il tarixdə ildə Ermənistan Respublikası Krasnoselo rayonunun Cıvıxlı kəndində doğulmuş Allahyarov Yusif Qurban oğlu və xx xxxxxxxx 1975-ci ildə Azərbaycan Respublikası İsmayıllı rayonunun Hacıhətəmli kəndində doğulmuş Allahyarova (Balalıyeva) Dilbər Xanbaba qızı arasında Azərbaycan Respublikası Sumqayıt Nikah evində 08 aprel 1998-ci ildə nikah bağlanmış, bu barədə nikahın bağlanması barədə akt qeydləri kitabında 177 nömrəsi ilə qeyd edilmişdir. - AZ-İİ № 525908 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, Allahyarov Yusif Qurban oğlu xx.xx.2025-ci il tarixdə miokardın kəskin transmural infarktı xəstəliyindən vəfat etmişdir. - УН № ******* saylı hərbi biletdən görünür ki, Allahyarov Yusif Qurban oğlu Ermənistan Respublikası Krasnoselo rayonunun Cıvıxlı kəndində anadan olmuşdur. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, ərizəçi həyat yoldaşı Allahyarov Yusif Qurban oğlunun doğum haqqında şəhadətnaməsi itdiyindən doğum haqqında akt qeydinin bərpa edilməsi ilə bağlı AR Ədliyyə Nazirliyi Sumqayıt qeydiyyat şöbəsinə müraciət etmiş, orada isə doğum haqqında akt qeydinin bərpa edilməsi üçün məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə Ərizəçi ərizəsində qeyd etdiyi Allahyarov Yusif Qurban oğlunun doğumu haqqında qeydlərin Ermənistan Respublikası Krasnoselo rayon qeydiyyat şöbəsində aparılması, hazırda isə Ermənistan Respublikası ilə hər hansı hüquqi münasibətlər olmadığından sözügedən sənədlərin kötüyü barədə müvafiq məlumatların əldə edilməsinin mümkün olmaması, doğum haqqında şəhadətnamənin naməlum şəraitində itdiyini nəzərə alaraq belə nəticəyə gəlir ki, Allahyarov Yusif Qurban oğlunun doğum akt qeydi bərpa edilməli, yeni doğum haqqında şəhadətnamədə doğum tarixi 03 yanvar 1960-cı il, doğum yerinin Ermənistan Respublikası Krasnoselo rayonunun Cıvıxlı kəndi, ata adı qrafasında Allahyarov Qurban Yediyar oğlu, ana adı qrafasında isə X3 qeyd olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Bu Məcəllənin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Bu Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeyd alınma üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307, 311 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. Allahyarov Yusif Qurban oğlunun doğum akt qeydi bərpa edilərək, yeni doğum haqqında şəhadətnamədə Allahyarov Yusif Qurban oğlunun soyadı, adı və atasının adı “Allahyarov Yusif Qurban oğlu”, doğum tarixi “xx.xx.1960-cı il”, doğulduğu yer “Ermənistan Respublikası Krasnoselo rayonunun Cıvıxlı kəndi”, ata qrafasında “Allahyarov Qurban Yediyar oğlu”, ana qrafasında “X3” kimi qeyd olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elçin Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar