Məhkəmə qərarları › İş №2(060)-7552/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-7552/2021

26.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-7552/2021 26.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi İbrahimova Nuranə Əjdər qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizəsi (Maraqlı şəxs: Maraqlı şəxs) üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun 24 aprel 1959-cu ildə Azərbaycan Respublikası, İmişli rayonunun Muradxanlı kəndində anadan olması faktının təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Vəliyeva (Fərmanova) Məxmər Novruz qızı 24 aprel 1959-cu ildə İmişli rayonunun Muradxanlı kəndində anadan olmuşdur. Bunu iddiaçıya məxsus olan AZE seriyalı ******** №-li Asan-Sumqayıt tərəfindən 27.12.2018-ci ildə verilmiş şəxsiyyət vəsiqəsi təsdiq edir. Həmin şəxsiyyət vəsiqəsində iddiaçının anadan olduğu il göstərilsə də, doğulduğu ay və gün göstərilməmişdir. İddiaçı 23 dekabr 1979-cu ildə X5 ilə nikaha daxil olaraq ailə qurmuşdur. Nikahdan sonra ərizəçi Vəliyeva soyadı götürmüşdür. Bunu 23 dekabr 1979-cu ildə verilmiş nikah haqqında şəhadətnamə təsdiq edir. İddiaçının pensiya hüququ 2021-ci ilin aprel ayında yaranmışdır. Doğum tarixi şəxsiyyət vəsiqəsində göstərilmədiyi üçün iddiaçı həmin hüquqdan istifadə edə bilməmişdir. İddiaçıya məlum olmayan səbəblərdən şəxsiyyətini təsdiq edən sənəddə doğulduğu ay və gün göstərilməmişdir. İddiaçının 24 aprel 1959-cu il tarixində anadan olduğunu şahidlər təsdiq edə bilər. İmişli Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 23.07.2021-ci il tarixli, 05/70-347 saylı arayışında da göstərilmişdir ki, Vəliyeva (Fərmanova) Məxmər Novruz qızı 1959-cu ildə anadan olmuşdur. Doğum akt qeydinə düzəliş edilməsi üçün Maraqlı şəxsnə müraciət edilmiş, həmin şöbənin 23.07.2021-ci il tarixli, 05/70-347 saylı məktubu ilə doğum haqqında akt qeydinin aşkar edilmədiyi bildirilmişdir. Buna görə də məhkəməyə müraciət edilmişdir. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi və vəkili ərizə ilə eyni məzmunlu izahat verərək, ərizənin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddələrinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçini dinləyərək, iş materiallarını tədqiq edərək belə hesab edir ki, ərizə əsassızdır və rədd edilməlidir. İş materiallarında olan: - AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1959cu ildə İmişli rayonu, Muradxanlı kəndində anadan olmuşdur. -İmişli Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 23.07.2021-ci il tarixli, 05/70-347 saylı arayışından da görünür ki, Vəliyeva (Fərmanova) Məxmər Novruz qızı 1959-cu ildə anadan olmuşdur. Doğum akt qeydinə düzəliş edilməsi üçün Maraqlı şəxsnə müraciət edilmiş, həmin şöbənin 23.07.2021-ci il tarixli, 05/70-347 saylı məktubu ilə doğum haqqında akt qeydinin aşkar edilmədiyi bildirilmişdir. -nikah haqqında şəhadətnamənin surətindən görünür ki, 1959-cu ildə anadan olmuş X1 Ramiz Musa oğlu ilə 23 dekabr 1979-cu il tarixdə nikaha daxil olmuş, nikahdan sonra ona Vəliyeva soyadı verilmişdir. - Azərbaycan Respublikasının Daxili İşlər nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin 018-16479-1221 saylı, 18 oktyabr 2021-ci il tarixli məktubundan görünür ki, vətəndaş Ərizəçi 02.05.2005-ci il tarixdən Sumqayıt ŞPİ tərəfindən AZE- 02749011 nömrəli şəxsiyyət vəsiqəsi ilə təmin edilmişdir. Qeyd olunan şəxsiyyət vəsiqəsinin verilməsinə əsas olmuş sənədlərin saxlama müddəti (5 il) bitdiyi üçün məhv edildiyindən həmin sənədlərin təqdim edilməsi mümkün deyildir. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, Ərizəçi 1959-cu il tarixdə İmişli rayonunun Muradxanlı kəndində anadan olmuşdur. Eyni zamanda onun 29 aprel 1959-cu ildə anadan olması ilə bağlı ərizəçi heç bir sübut təqdim edə bilmir. Ərizəçi öz ərizəsində ona məlum olmayan səbəblərdən şəxsiyyət vəsiqəsində doğulduğu gün və ayın qeyd olunmadığını bildirsə də, bununla əlaqədar heç bir əsaslandırılmış sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 339.1-ci maddəsinə müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 339.2-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 340-cı maddəsinə əsasən ərizədə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydlərin düzgün olmamasının nədən ibarət olması, nə vaxt və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan hansı orqanın edilmiş qeydi düzəltməkdən imtina etməsi göstərilməlidir. Belə ki, Maraqlı şəxsndən Ərizəçi ünvanlanmış məktubda, doğum akt qeydinə düzəliş edilməsi üçün Maraqlı şəxsnə müraciət edilmiş, həmin şöbənin 23.07.2021-ci il tarixli, 05/70-347 saylı məktubu ilə doğum haqqında akt qeydinin aşkar edilmədiyi bildirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı Qərarının 4.2ci bəndində qeyd edilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, doğumun qeydə alınması faktını ərizəçinin yaşının müəyyən edilməsi ilə eyniləşdirmək olmaz. Şəxsin yaşı pasporta, şəxsiyyət vəsiqəsinə, hərbi biletə, eləcə də təhsil müəssisəsini bitirmək haqqında sənədə əsaslanmaqla bərpa qeydində göstərilə bilər. Lakin ərizəçinin təqdim etdiyi sənədlərdə barəsində doğum haqqında akt qeydi bərpa edilən şəxsin yaşına dair məlumat yoxdursa və ya məlumat ziddiyyətlidirsə, ərizəçinin yaşı qüvvədə olan normativ hüquqi aktlarda göstərilən qaydada müəyyən edilir. Başqa sözlə, bu halda ərizəçi tibbi müayinədən keçirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına əsasən - Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Qeyd edilən Qərarda göstərilir ki, hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (Mülki Prosessual Məcəllənin 77.3-cü maddəsi). Lakin işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər (Mülki Prosessual Məcəllənin 78.2-ci maddəsi). Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Məhkəmə iclasında ərizəçi tələbinin əsasları olan faktiki halları məhkəməyə təqdim edilmiş sənədlərlə sübuta yetirməmişdir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizəçi 24 aprel 1959-cu ildə Azərbaycan Respublikası, İmişli rayonunun Muradxanlı kəndində anadan olması faktının təsdiq edilməsinə dair ərizəsi təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar