Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-757/2021 10.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, Cavabdeh iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının Cavabdeh qarşı «əsas və faiz borcunun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi barədə» iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsas borc üzrə 8728 (səkkiz min yeddi yüz iyirmi səkkiz) manat, faiz borcu üzrə 5814.37 (beş min səkkiz yüz on dörd manat 37 qəpik) manat olmaqla, cəmi 14542.37 (on dörd min beş yüz qırx iki manat 37 qəpik) manat məbləğində kredit borcunun həmçinin ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun İddiaçı QSC-nin xeyrinə ödənilməsi, tutmanın ipoteka predmeti olan Cavabdeh mülkiyyətində olan 99- FB-403 dövlət qeydiyyat nömrəli “VAZ-21214 minik” markalı (buraxılış ili 2013, ban- XTA212140D2129636, rəngi -ağ) avtomobilə yönəldərək açıq hərracda satılması və satışdan əldə edilən vəsaiti İddiaçı QSC-nin hesabına ödənilməsi, satışdan əldə olunan vəsait borc məbləğindən artıq qalan hissəsinin Cavabdeh qaytarılması, satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə isə əksik qalan borc məbləğinin Cavabdeh tutulub İddiaçı QSC-nin hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdi. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi X4 məhkəmədə iştirak edən zaman iddianı müdafiə edərək göstərmişdir ki, “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin Dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq “xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış, Tələb hüququnun güzəşt edilməsinə dair 11.08.2015ci il tarixli Müqaviləyə görə ''xxxx” ASC-nin problemli aktivlərinin tələb hüququ ''İddiaçı” QSC-yə keçmişdir. İddiaçı QSC -nin Nizamnaməsinə edilmiş 12 oktyabr 2015-ci il tarixli ********** saylı dəyişiklikdəki 2.5 maddəyə əsasən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum (“X5 Edilməsi Agentliyi” MMC) vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən “xxxx” ASC- dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs Cavabdeh dair sənədlər S-AVK-1371 saylı, 10 noyabr 2017-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı QSC -yə verilmişdir. “xxxx” ASC ilə (bundan sonra Bank) Cavabdeh (bundan sonra “Borclan”) arasında 31.07.2013-cü il tarixdə, № 306 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 20 % tətbiq edilməklə, 24 ay müddətinə 8900 (səkkiz min doqquz yüz) manat məbləğində kredit verilmişdir. 31.07.2013-cü il tarixli kassa məxaric orderindən də göründüyü kimi cavabdehə ayrılmış kredit hesabından istifadə etmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh mülkiyyətində olan 99-FB- 403 dövlət qeydiyyat nömrəli “VAZ-21214 minik” markalı (buraxılış ili 2013, ban- XTA212140D2129636, rəngi -ağ) avtomobil' ipoteka müqaviləsi ilə yüklü edilmişdir. X3 Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən qevdiyvata alınaraq, cavabdehə məxsus nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində müvafiq qeydiyyat aparılmış və 31.07.2013-cü il tarixli, AA seriyalı, 095609 №-li «İpoteka müqaviləsinin qeydiyyatı haqqında» şəhadətnamə verilmişdir. Kredit Müqaviləsinin 2.2-ci bəndinə əsasən Bank nəqliyyat vasitəsinin alınması üçün “Borcalan”a 8900 (səkkiz min doqquz yüz) manat məbləğində kreditin verilməsini öhdəsinə götürmüşdür. (2.2. bənd) “Borcalan” bu Müqaviləyə əsasən krediti qəbul etməyi, bu Müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri Banka qaytamağı öhdəsinə götürür. Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, cavabdehin banka hazırda əsas borc üzrə 8728 (səkkiz min yeddi yüz iyirmi səkkiz) manat, faiz borcu üzrə 5814.37 (beş min səkkiz yüz on dörd manat 37 qəpik) manat olmaqla cəmi 14 542.37 (on dörd min beş yüz qırx iki manat 37 qəpik) manat borcu var. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas, kreditdən istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bugünədək yerinə yetirilməmişdir. Göstərilənləri nəzərə alaraq, Cavabdeh əsas borc üzrə 8728 (səkkiz min yeddi yüz iyirmi səkkiz) manat, faiz borcu üzrə 5814.37 (beş min səkkiz yüz on dörd manat 37 qəpik) manat olmaqla, cəmi 14542.37 (on dörd min beş yüz qırx iki manat 37 qəpik) manat məbləğində kredit borcunun həmçinin ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun İddiaçı QSC-nin xeyrinə ödənilməsi, tutmanın ipoteka predmeti olan Cavabdeh mülkiyyətində olan 99- FB-403 dövlət qeydiyyat nömrəli “VAZ-21214 minik” markalı (buraxılış ili 2013, ban- XTA212140D2129636, rəngi -ağ) avtomobilə yönəldərək açıq hərracda satılması və satışdan əldə edilən vəsaiti İddiaçı QSC-nin hesabına ödənilməsi, satışdan əldə olunan vəsait borc məbləğindən artıq qalan hissəsinin Cavabdeh qaytarılması, satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə isə əksik qalan borc məbləğinin Cavabdeh tutulub İddiaçı QSC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Eyni zamanda məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iddia tələblərini müdafiə etdiklərini və məhkəmə iclaslarını nümayəndələrinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmədə Cavabdeh iddia tələbini qəbul etməyərək göstərdi ki, o, iddiaçı təşkilatdan 24 ay müddətinə illik 20%-lə 8900 manat məbləğində kredit götürmüşdür. Həmin kreditin təminatı olaraq o, mülkiyyətində olan avtomobili ipoteka ilə iddiaçı təşkilata yüklü etmişdir. Hazırda o, sözügedən avtomobili satmış, mülkiyyətçisi başqa şəxsdir. Bu səbəbdən həmin şəxsdə borcu ödəməlidir. Göstərilənləri nəzərə alaraq, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi X2 və Cavabdeh dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək, sübutlara məcmu halda qiymət verərək belə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Belə ki, iş materiallarında olan “xxxx” ASC-nin “Binəqədi” filialı ilə Cavabdeh arasında 31 iyul 2013-cü il tarixdə bağlanmış 306 saylı kredit müqaviləsindən görünür ki, sonuncuya 24 ay müddətinə yəni, 31.07.2015-ci il tarixinədək illik 20 % olmaqla 8900 manat məbləğində kredit verilmişdir. İş materiallarından görünür ki, Cavabdeh ilə “xxxx” ASC-nin “Binəqədi” filialı arasında 31 iyul 2013-cü il tarixdə bağlanmış 31 iyul 2013-cü il tarixli 306 nömrəli kredit müqaviləsinə əsasən 8900 manat verilən kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi Cavabdeh (ipotekaqoyan) ilə “xxxx” ASC-nin “Binəqədi” filialı (ipotekasaxlayan) arasında 31 iyul 2013-cü il tarixli ipoteka müqaviləsi bağlanmışdır. İpoteka müqaviləsinə əsasən ipoteka predmeti: Cavabdeh məxsus “VAZ-21214” minik markalı avtomaşın (qeydiyyat nömrəsi: ** FB ***, tip: sedan, buraxılış ili 2013, rəngi: ağ, ban- XTA212140D2129636) olan avtomobildir. İş materiallarında olan AB № 967403 saylı, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “VAZ 21214” minik markalı, ** FB *** dövlət qeydiyyat nişanlı avtomaşının sahibi Cavabdehdur. İş materiallarında olan ipoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyesrtindən 31 iyul 2013-cü il tarixli 095609 saylı “Çıxarış”ın surətindən müəyyən olunur ki, Cavabdeh özünə məxsus “VAZ 21214” markalı **-FB-*** dövlət qeydiyyat nişanlı avtomobili 31 iyul 2013-cü il tarixdən 31 iyul 2015-ci il tarixədək “xxxx” ASC-nin Binəqədi fiilalına ipotekaya qoymuşdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin 30.09.2019-cu il tarixli arayışından müəyyən edilir ki, Cavabdeh Sumqayıt şəhəri, S.Vurğun küçəsi, məhəllə 2, ev 106, mənzil 14-də qeydiyyatdadır. Kredit müqaviləsinə və tərtib edilmiş qrafikə uyğun cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh kreditin və kredit faizlərinin qaytarılmasına dair lazımi qaydada xəbərdar edilsə də öhdəliyi vaxtından və lazımı qaydada icra etməmişdir. Odur ki, iddiaçının tələbin ipoteka ilə yüklü edilmiş, Cavabdeh mülkiyyət hüququ əsasında məxsus olan “VAZ-21214 minik” markalı, **-FB-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin hərracda satılması və bankın kredit tələbi realizə edilmiş əmlakların dəyərindən ödənilməsi barədə tələbi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 269.4-cü maddəsinə görə, ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Həmin Məcəllənin 270.1-ci maddəsinə əsasən girov və ipoteka müqavilə üzrə əmələ gəlir. Həmin Məcəllənin 276.1-ci maddəsinə görə, ipoteka predmeti olan əşyalar, habelə mülki dövriyyədən çıxarılmış əşyalar və kreditorun şəxsiyyəti ilə qırılmaz bağlı olan tələblər, o cümlədən alimentlər, həyat və sağlamlığa vurulmuş zərərin əvəzinin ödənilməsi haqqında tələblər və digər şəxsə güzəşt olunması qanunla qadağan edilmiş sair hüquqlar istisna olunmaqla, istənilən əşyalar və tələblər girov predmeti ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317-ci maddəsinə görə əgər borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış bu Məcəllənin 414- 416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 297-ci maddəsinə əsasən girov qoyulmuş əşya ixtisaslaşdırılmış təşkilatlar tərəfindən yalnız açıq hərracdan satış yolu ilə realizə edilir. Həmin Məcəllənin 298-ci maddəsinə görə, girov qoyulmuş əşyanın satılması nəticəsində götürülmüş məbləğdən, tutmanın həmin əşyaya yönəldilməsinə və onun satılmasına çəkilmiş xərclərin ödənilməsi üçün zəruri məbləğlər tutulduqdan sonra, girov saxlayanın tələbləri ödənilir, qalan məbləğ girov qoyana verilir. Əgər girov qoyulmuş əşyanın satışından götürülən məbləğ girov saxlayanın tələbini ödəmək üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əşyasından almaq hüququna malikdir. Bu halda girov saxlayanın girova əsaslanan üstünlük hüququ yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1 və 319.6-cı maddələrinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərinin yerinə yetirilməsini gecikdirilmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Əgər ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışda götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 34.1.1-ci maddəsinə görə, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. İddiaçının cavabdehdən faizlərin tutulması tələbi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə faydalanan şəxs həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmədə iddiaçının nümayəndəsi öz iddia tələbinin əsasları olan faktiki halları məhkəməyə təqdim edilmiş sənədlərlə sübuta yetirdi. Məhkəmə həmin sübutları qanunvericiliklə müəyyən edilmiş sübutetmə vasitələri ilə əldə edilmiş hesab edir və qiymətləndirir. Şərh edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh əsas borc üzrə 8728 (səkkiz min yeddi yüz iyirmi səkkiz) manat, faiz borcu üzrə 5814.37 (beş min səkkiz yüz on dörd manat 37 qəpik) manat olmaqla, cəmi 14542.37 (on dörd min beş yüz qırx iki manat 37 qəpik) manat məbləğində kredit borcunun həmçinin ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun İddiaçı QSC-nin xeyrinə ödənilməsi, ödəmənin ipoteka ilə yüklü edilmiş Cavabdeh məxsus, “VAZ-21214” minik markalı avtomaşına (qeydiyyat nömrəsi: ** FB ***, tip: sedan, buraxılış ili 2013, rəngi: ağ, ban- XTA212140D2129636) yönəldilərək açıq hərracdan satılmalı və satışdan əldə olunacaq vəsait hesabına Cavabdeh İddiaçı QSC-yə olan borcunun ödənilməli və borc ödənildikdən sonra artıq qalan məbləği Cavabdeh qaytarılmalı, əmlakın satışından əldə edilən vəsait göstərilən pul tələblərinin təmin edilməsi üçün kifayət etmədikdə qalıq borcun ümumi qaydada Cavabdeh tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106-cı maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh əsas borc üzrə 8728 (səkkiz min yeddi yüz iyirmi səkkiz) manat, faiz borcu üzrə 5814.37 (beş min səkkiz yüz on dörd manat 37 qəpik) manat olmaqla, cəmi 14542.37 (on dörd min beş yüz qırx iki manat 37 qəpik) manat məbləğində kredit borcunun həmçinin ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun İddiaçı QSCnin xeyrinə ödənilsin. Ödəmənin ipoteka ilə yüklü edilmiş Cavabdeh məxsus, “VAZ-21214” minik markalı avtomaşına (qeydiyyat nömrəsi: ** FB ***, tip: sedan, buraxılış ili 2013, rəngi: ağ, ban- XTA212140D2129636) yönəldilərək açıq hərracdan satılsın və satışdan əldə olunacaq vəsait hesabına Cavabdeh İddiaçı QSC-yə olan borcuna ödənilsin. Borc ödənildikdən sonra, avtomobilin satışından artıq qalan məbləğ müvafiq olaraq, Cavabdeh qaytarılsın. Avtomobilin satışından əldə edilən vəsait göstərilən pul tələblərinin təmin edilməsi üçün kifayət etmədikdə qalıq borcun ümumi qaydada Cavabdeh tutulsun. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, bir ay müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(060)-757/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-757/2021
10.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver