Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-7573/2021 20.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, Ərizəçi Əliyeva (Məmmədova) Gülşən İsrafil qızının iştirakı ilə, Ərizəçi Əliyeva (Məmmədova) Gülşən İsrafil qızının şəxsin doğum haqqında akt qeydinin bərpa edilməsinə dair ərizəsi üzrə mülki işə Sumqayıt şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi Əliyeva (Məmmədova) Gülşən İsrafil qızı ərizə ilə məhkəməyə müraciət edərək, doğum haqqında akt qeydinin bərpa edilərək xx.xx.1956-cı ildə Ermənistan Respublikasının Gorus rayonunda anadan olması, veriləcək yeni doğum haqqında şəhadətnamədə milliyətinin Azərbaycanlı, soyadının Məmmədova, ata qrafasında atasının adının İsrafil, ana qarafasında anasının adının isə Məhluqə kimi qeyd olunaraq doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.1956-cı il təvəllüdlü Əliyeva (Məmmədova) Gülşən İsrafil qızı Ermənistan Respublikasının Gorus rayonunda anadan olmuşdur. Ona məxsus doğum haqqında şəhadətnamə Ermənistan Respublikasında qalmışdır. Bu səbəbdən də Sumqayıt şəhər qeydiyyat şöbəsinə ərizə ilə müraciət etməli olmuşdur. Maraqlı tərəf olan Sumqayıt şəhər qeydiyyat şöbəsi özünün 18.08.2021-ci il tarixli, 05/Q- 2926/15 saylı imtina məktubu ilə məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. Yuxarıda qeyd etdiklərinə əsasən o, ərizəsinin təmin olunmasını və bu barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmədə ərizəçinin məhkəməyə verilən ərizə ilə eyni məzmunlu izahat verərək, ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında şahid X13 bildirdi ki, Əliyeva (Məmmədova) Gülşən İsrafil qızı onun xalası qızıdır. Ərizəçi Qurdqalaq kəndində yaşamışdır. Yay tətillərində onlara getmişdir. Ərizəçinin ailə qurduğu vaxt yadında deyildir. Ərizəçi Bakı Dövlət Universitetini bitirmişdir. Yoldaşının adı Adildir. Onlar bir yerdə oxuyublar. Məhkəmə iclasında şahid X1 bildirdi ki, Əliyeva (Məmmədova) Gülşən İsrafil qızı ilə kənddə olan zaman qonşu olmuşdur. Eyni zamanda onun ərizəçi ilə qohumluq münasibəti vardır. Ərizəçi ilə bir məktəbdə oxumuşdurlar. Bacısı rəhmətə getmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhər qeydiyyat şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyərək, şahid ifadələrinə qiymət verərək, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə əsaslıdır və aşağıdakılara əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - AZE № seriyalı 0******* saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, Əliyeva (Məmmədova) Gülşən İsrafil qızı xx.xx.1956-cı il tarixdə Ermənistan Respublikasının Gorus rayonunda doğulmuşdur. - Azərbaycan Respublikası DİN-nin ******* saylı, 20.08.2021-ci il tarixli arayışından görünür ki, Əliyeva (Məmmədova) Gülşən İsrafil qızı xx.xx.1956-cı il tarixdə Ermənistan Respublikasının Gorus rayonunda doğulmuşdur və Sumqayıt şəhəri, məhəllə 1-də yerləşən 98 saylı evin 38 saylı mənzilində qeydiyyatdadır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhər qeydiyyat şöbəsinin 18.08.2021-ci il tarixli, 05/Q-2926/15 №-li məktubundan görünür ki, Əliyeva (Məmmədova) Gülşən İsrafil qızına doğum haqqında akt qeydinin bərpa edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. - Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, 19.06.1995-ci ildə X3 ölmüşdür. - Sumqayıt nikah evinin verdiyi nikah haqqında şəhadətnamədən görünür ki, X17 ilə X5 arasında 15.07.1989-cu il tarixdə rəsmi nikah bağlanmışdır və bu barədə nikah haqqında akt qeydləri kitabında həmin tarixdə 996 nömrəsi ilə qeydiyyat aparılmışdır. Nikahdan sonra arvada Əliyeva soyadı verilmişdir. - Sumqayıt şəhər qeydiyyat şöbəsinin verdiyi arayışdan görünür ki, X8 ilə X2 arasında 29.12.1977-ci il tarixdə rəsmi nikah bağlanmışdır və bu barədə nikah haqqında akt qeydləri kitabında həmin tarixdə 1170 nömrəsi ilə qeydiyyat aparılmışdır. Nikahdan sonra arvada İsgəndərova soyadı verilmişdir. - Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 10.09.1960-cı ildə Ermənistan Respublikasının Gorus rayonunun Qurdqalaq kəndində anadan olmuşdur. - Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 27.07.1965-ci ildə Ermənistan Respublikasının Gorus rayonunun Qurdqalaq kəndində anadan olmuşdur. - Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 21.07.1968-ci ildə Ermənistan Respublikasının Gorus rayonunun Qurdqalaq kəndində anadan olmuşdur. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, ərizəçi doğum haqqında şəhadətnaməsini itirdiyindən yeni şəhadətnamə verilməsi üçün Sumqayıt şəhər qeydiyyat şöbəsinə müraciət etmiş, orada isə doğum haqqında akt qeydinin bərpa edilməsi üçün zəruri sənədlər olmadığından məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Bu Məcəllənin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Bu Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeyd alınma üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, ərizəçi Əliyeva (Məmmədova) Gülşən İsrafil qızının ərizəsinin təmin olunması barədə məhkəmə qətnaməsinin çıxarılmasının qanuni və əsaslı hesab edərək belə nəticəyə gəlir ki, ərizəçi Əliyeva (Məmmədova) Gülşən İsrafil qızının doğum akt qeydi bərpa edilməli, yeni doğum haqqında şəhadətnamədə doğum tarixi xx.xx.1956-cı il, doğulduğu yer Ermənistan Respublikası, Gorus rayonu, soyadı Məmmədova, atasının adı qrafasında İsrafil, anasının adı qrafasında Məhluqə kimi qeyd olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307, 311 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, qət etdi: Ərizə təmin edilsin. Əliyeva (Məmmədova) Gülşən İsrafil qızının xx.xx.1956-cı il tarixdə Ermənistan Respublikasının Gorus rayonunda doğumunun qeyd edilməsi faktı müəyyən edilsin. Qeydiyyat şöbəsi tərəfindən doğum akt qeydi bərpa edilərək, yeni doğum haqqında şəhadətnamədə Əliyeva(Məmmədova) Gülşən İsrafil qızının soyadı “ Məmmədova”, doğum tarixi “xx.xx.1956-cı il”, doğulduğu yer “Ermənistan Respublikası, Gorus rayonu”, atasının adı qrafasında “İsrafil”, ana qrafasında “Məhluqə ” kimi qeyd olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №2(060)-7573/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-7573/2021
20.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver