Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-7574/2024 16.12.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X6 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, Ərizəçi nümayəndəsi və vəkili X2 iştirakı ilə, Ərizəçi maraqlı tərəf Azərbaycan Respublikası Sumqayıt şəhəri Sumqayıt Bələdiyyəsi olmaqla “hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi” barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi maraqlı tərəf Azərbaycan Respublikası Sumqayıt şəhəri Sumqayıt Bələdiyyəsi olmaqla “hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi”-nə dair ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən 01 yanvar 1981-ci il tarixdə tərtib edilmiş Sumqayıt şəhəri, Stansiya Sumqayıt ərazisində yerləşən 15 saylı “fərdi yaşayış evində yaşayan vətəndaşların yazılışından” ötrü ev dəftəri-də anası X1 ev sahibi olaraq qeyd olunduğu Sumqayıt şəhəri, Stansiya Sumqayıt ərazisində yerləşən fərdi yaşayış evinin qanuni sahibliyində və istifadəsində olma faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi nümayəndəsi və vəkili X5 xx.xx.2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən ərizə və ona əlavə edilmiş sənədlərin qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi nümayəndəsi və vəkili X5 izahatında ərizə və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etdi. Maraqlı tərəf Azərbaycan Respublikası Sumqayıt şəhəri Sumqayıt Bələdiyyəsi məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlı olmasına baxmayaraq məhkəmə iclasında nümayəndəsi iştirak etməmişdir. Məhkəmə MPM-nin 185.6-cı maddəsinə əsasən maraqlı tərəf Azərbaycan Respublikası Sumqayıt şəhəri Sumqayıt Bələdiyyəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəni araşdıraraq hesab edir ki, ərizəçinin nümayəndəsi və vəkili ərizəsini və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etdiyindən ərizə təmin edilməlidir. Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının 2-ci bəndində müəyyən olunur ki, məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən Bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən, ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə dövlət rüsumu geri qaytarılır. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, ********** nömrəli dövlət rüsumunun qəbzindən görünür ki, ərizəçinin nümayəndəsi və vəkili X5 tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Ərizə geri qaytarıldığı üçün iş üzrə ərizəçinin nümayəndəsi və vəkili X5 tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 259-260-cı maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Ərizə təmin edilsin. Ərizəçi maraqlı tərəf Azərbaycan Respublikası Sumqayıt şəhəri Sumqayıt Bələdiyyəsi olmaqla “hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi”-nə dair ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə ərizəçiyə qaytarılsın. xx.xx.2024-cü il tarixli, ********** nömrəli dövlət rüsumu qəbzinə əsasən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ərizəçinin nümayəndəsi və vəkili X3 qaytarılsın. Qərardadın “rüsumun qaytarılması hissədə” icrası Sumqayıt Şəhəri üzrə Maliyyə İdarəsinə həvalə edilsin. Qərardaddan 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-7574/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-7574/2024
16.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver