Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-7575/2024 14.11.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Tanrıverdiyeva Günel Cəbrayıl qızı, İddiaçı cavabdehlər Cavabdeh1 Əlistan oğluna, X2, Cavabdeh3, Cavabdeh4 qarşı vərəsəlikdən məhrum edilmə, mənzildən evdən çıxarılma və s. tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 Əlistan oğluna, X2, Cavabdeh3, Cavabdeh4 qarşı vərəsəlikdən məhrum edilmə, mənzildən evdən çıxarılma və s. tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X12, X3, Cavabdeh3 vərəsəlikdən məhrum edilməklə, ünvan 1 ünvanından çıxarılmaları, onların vərsəlikdən məhrum edilmələri, cavabdehlər barəsində xüsusi qərar çıxarılması, ona, İlhaməyə və digərlərinə vurulmuş ziyanın ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, daxil olmuş işin materiallarını araşdıraraq hesab edir ki, yolverilməzliyinə görə ərizənin qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 2773/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin məzmunundan görünür ki, İddiaçı cavabdehlər Cavabdeh1 Əlistan oğluna, X5, Səfərova (Rəsulova) Sevda Cəmil qızına, X2, Cavabdeh3, X10, X11, X7 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X12 və X4 vərəsəlikdən məhrum edilməklə, onun evindən çıxarılması, həmçinin digər cavabdehlər Səfərova (Rəsulova) Sevda Cəmil qızının, X1, Cavabdeh3, X8, X9 və X6 onun evindən çıxarılması, cavabdehlər barəsində xüsusi qərar çıxarılması, ona vurulmuş mənəvi ziyanın əvəzi olaraq 800 manat məbləğində pulun cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək bildirmişdir ki, qətnamə qəbul edilərkən əvvəlki iddia tələbi olduğu kimi qalmaqla cavabdehlər Cavabdeh1 Əlistan oğlunun, X4, Səfərova (Rəsulova) Sevda Cəmil qızının, X1, Cavabdeh3, X8, X9, X6 onun evindən çıxarılmaqla onların istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2773/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdehlər Səfərova (Rəsulova) Sevda Cəmil qızının və X6 Sumqayıt şəhəri, 11-ci mikrorayon, ev 23, 26 saylı mənzildən istifadə hüquqlarına xitam verilmiş, iddia tələbi qalan hissələrdə təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(105)-289/2024 saylı qətnaməsi ilə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2773/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi qismən - cavabdeh Səfərova (Rəsulova) Sevda Cəmil qızının Sumqayıt şəhəri, 11-ci mikrorayon, ev 23, 26 saylı mənzildən istifadə hüququna xitam verilməsi hissəsində ləğv edilmiş, həmin hissədə iddia tələbi təmin edilməmişdir. Hazırda İddiaçı iddia tələbinə cuzi dəyişiklik (vərəsəlikdən məhrum edilmə hissəsində iki nəfər yeni cavabdeh əlavə etməklə) edərək, cavabdehlər Cavabdeh1 Əlistan oğluna, X2, Cavabdeh3, Cavabdeh4 qarşı yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət etsə də, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2773/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin məzmunundan görünür ki, həmin icraatda da cavabdehlərin vərəsəlikdən məhrum edilməsi, mənzilə olan istifadə hüquqlarına xitam verilməklə evdən çıxarılmaları, iddiaçıya vurulmuş mənəvi ziyanın əvəzi olaraq 800 manat məbləğində pulun cavabdehlərdən tutularaq ona ödənilməsi və s. tələblər mübahisələndirilmişdir. Beləliklə eyni tərəflər arasında eyni predmet barəsində qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olmasına baxmayaraq İddiaçı cavabdehlər Cavabdeh1 Əlistan oğluna, X2, Cavabdeh3, Cavabdeh4 qarşı yenidən vərəsəlikdən məhrum edilmə, mənzildən çıxarılma və s. tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iddia ərizəsinin məhkəmənin icraatına qəbul olunmasından imtina olunmalı və məhkəməyə təqdim olunmuş bütün sənədlər rəsmi qaydada iddiaçıya qaytarılmalıdır. Eyni zamanda məhkəmə işlərə məhkəmədə baxılmasının tezliyinin təmin olunması, yəni iddiaçı mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun məhkəməyə müraciət edəcəyi təqdirdə digər əsaslara görə yenidən ərizəsinin geri qaytarılmasının qarşısının alınması məqsədilə onu da qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 150.0.2-ci maddəsinin tələbinə görə iddia ərizəsinə dövlət rüsumunun ödənilməsi haqqında sənəd əlavə edilir. Azərbaycan Respublikası MPM-in 108.1.1-ci maddəsinə əsasən, iddia ərizələri verildikdə dövlət rüsumu ödənilir. Həmin Məcəllənin 108.2-ci maddəsinə əsasən, məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə görə qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə 100 manat dövlət rüsumu ödənilməlidir. Hazırki halda iddia tələbi qiymətləndirilməyən iddia tələbi olduğundan iddia ərizəsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilməli olduğu halda iddiaçı ərizəsinə dövlət rüsumunun ödənilməsinə dair qəbz və ya dövlət rüsumu ödənilməsindən azad edilməsinə dair hər hansı hüquqmüəyyənedici sənəd əlavə etməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 149, 150, 152, 263, 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh1 Əlistan oğluna, X2, Cavabdeh3, Cavabdeh4 qarşı vərəsəlikdən məhrum edilmə, mənzildən evdən çıxarılma və s. tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul olunmasından imtina edilsin və ərizəyə əlavə olunmuş bütün sənədlər rəsmi qaydada ərizəçiyə təqdim olunsun. Qərardaddan, rəsmi qaydada verildiyi (və ya alındığı) gündən 10 (on) gün müddətinə Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. X14
Məhkəmə qərarları › İş №2(060)-7575/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-7575/2024
14.11.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver