Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-7593/2021 22.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X12 Behbudovanın sədrliyi, Nailə Xəlfəqulu qızı Novruzovanın katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Sumqayıt şəhər Qeydiyyat Şöbəsinə qarşı doğum faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi maraqlı şəxs Sumqayıt şəhər Qeydiyyat Şöbəsinə qarşı doğum faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək ərizəsini onunla əsaslandırmışdır ki, o, xx xxx 1952-ci ildə Ərizəçi Ermənistan Respublikasının Amasiya rayonunun Əzizbəyov kəndində anadan olmuşdur. Bunu ona məxsus olan 08.10.2017-ci ildə Asan-Sumqayıt tərəfindən verilmiş AZE Seriyalı №******** saylı şəxsiyyət vəsiqəsi və İ-ЗЖ 250716 №-li nikah haqqında şəhadətnamə təsdiq edir. Həmin sənədlərdə onun xx xxx 1952-ci ildə Ermənistan Respublikasının Amasiya rayonunun Əzizbəyov kəndində anadan olmağı qeyd olunmuşdur. Ona məxsus doğum haqqında şəhadətnamə itmişdir. Hal-hazırda həmin sənədin dublikatını almaq məlum səbəblərdən mümkün deyildir. Bu səbəbdən də Sumqayıt şəhər Qeydiyyat Şöbəsinə ərizə ilə müraciət etməli olmuşdur. Maraqlı tərəf olan Sumqayıt şəhər Qeydiyyat Şöbəsi özünün 25.08.2021-ci il tarixli, 05/Q-3015/15 saylı imtina məktubu ilə məhkəməyə müraciət etməsi tövsiyə etmişdir. Doğum haqqında şəhadətnamənin alınmasında məqsəd hüquqmüəyyənedici sənədləri əldə elməkdir. Onun Ermənistan Respublikasının Amasiya rayonunun Əzizbəyov kəndində anadan olmasını və doğum haqqında şəhadətnamədə adının Gülümzar, ata adının Nağı, soyadının isə Əsədova (Əliyeva qızlıq soyadı olmuşdur) kimi qeyd edilməsini şahid ifadələridə təsdiq edə bilər. 27.07.1970-ci ildə X2 ilə rəsmi nikaha girmişdir. Rəsmi nikaha girdikdən sonra soyadı “Məmmədova” olmuşdur. Qeyd edilənlərə əsasən xx xxx 1952-ci ildə Ermənistan Respublikasının Amasiya rayonunun Əzizbəyov kəndində anadan olmuş Ərizəçi soyadının Məmmədova, adının Gülümzar, atasının adının Nağı kimi qeyd olunmaqla doğum haqqında akt qeydinin bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra iddiaçı iddia tələbinin dəqiqləşməsi barədə ərizə verərək xx xxx 1952-ci ildə Ermənistan Respublikasının Amasiya rayonunun Əzizbəyov kəndində anadan olmuş X1 Əliyeva, adının Gülümzar, atasının adının Nağı kimi qeyd olunmaqla doğum haqqında akt qeydinin bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsinə uyğun eyni məzmunlu izahat verərək məhkəmədən ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq göstərdi ki, 5-6 il öncə çantası oğurlanmış və doğum haqqında şəhadətnaməni bu səbəbdən itirmişdir. Bacısı ona ev hədiyyə etmək istəyir. Buna görə də doğum haqqında şəhadətnamə ona lazımdır. Maraqlı şəxs Sumqayıt şəhər Qeydiyyat Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsini rəhbər tutaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak etmiş şahid X10 bildirdi ki, Ərizəçi onun bacısıdır, Ermənistan SSRİ-də anadan olub. Ailədə 7 uşaq olublar. Atası 2-3 il öncə, anası isə orada olanda rəhmətə gedib. Ev sənədinə görə doğum haqqında şəhadətnamə onlara lazımdır. Məhkəmə iclasında iştirak etmiş şahid X13 bildirdi ki, Ərizəçi onun baldızıdır, eyni rayonda, lakin ayrı kəndlərdə anadan olmuşlar. X3, anası X6r. Ailədə 4 qız, 3 oğlan olublar. Anası çoxdan, atası isə 2-3 il olar rəhmətə getmişdir. Qayınları başqa şəhərdə yaşayır. Məhkəmə, ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb və işin məhkəmə iclasında araşdırılan hallarına hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı hesab edilərək təmin edilməlidir. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi 1952-ci ildə Ermənistan Respublikasının, Amasiya rayonunda anadan olmuş, hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan İ-ЗЖ 250716 №-li nikah haqqında şəhadətnamənin tərcüməsindən görünür ki, X4 ilə X8 20.06.1970-ci il tarixində nikah bağlamışlar və nikahın bağlanması barədə 1970-ci ilin 07 ayının 27-ci günündə aktların qeydiyyatı kitabında 12 saylı qeyd aparılmışdır. İş materiallarında olan Sumqayıt şəhər Qeydiyyat şöbəsinin 05/Q-3015/15 saylı, 25 avqust 2021-ci il tarixli ərizəçiyə ünvanlanmış məktubundan görünür ki, itmiş qeydin bərpası üçün kifayət qədər əsaslar olduğu tədqirdə ölən şəxsin qanuni vərəsəsi onun doğum haqqında akt qeydinin bərpa olunması məqsədilə qohumluq faktını təsdiq edən sənədləri təqdim etməklə yaşadığı yer üzrə qeydiyyat şöbəsinə, kifayət qədər əsas olmazsa, qeydiyyat şöbəsinin imtina barədə məktubuna əsasən yaşadığı yer üzrə məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 305.1.1-ci maddəsinə əsasdən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən, məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 162.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. Həmin Məcəllənin 162.2-ci maddəsinə əsasən itmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Məhkəmə, məhkəmə iclasında tədqiq olunmuş sübutları hərtərəfli qiymətləndirərək hesab edir ki, ərizəçinin məhkəmə iclasında göstərdiyi hallar bir-birini tamamlayaraq məhkəmədə onun bildirdiklərinin doğruluğuna və inandırıcılığına zəminlik yaradır, eyni zamanda, şahid ifadələri və işin məhkəmə iclasında araşdırılan hallarına əsasən də, təsdiq olunur ki, həqiqətən də Ərizəçi xx xxx 1952-ci il tarixdə Ermənistan Respublikası, Amasiya rayonu, Əzizbəyov kəndində anadan olmuşdur. Ərizəçi doğum haqqında akt qeydinin bərpa edilməsi üçün həmin qeydin əvvəllər olmasını təsdiq edən sənədi təqdim edə bilmədiyindən, doğum haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edildiyindən, itmiş yazının qeydiyyat şöbəsi tərəfindən bərpası mümkün olmamışdır. Ona görə də ərizəçi hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Beləliklə, məhkəmə, işin məhkəmə iclasında tədqiq olunan hallarını, qanunvericiliyin tələblərini nəzərə almış və belə nəticəyə gəlmişdir ki, ərizə əsaslı olduğundan təmin olunmalı, X5 xx xxx 1952-ci il tarixdə Ermənistan Respublikası, Amasiya rayonu, Əzizbəyov kəndində anadan olması, soyadının Əliyeva, adının Gülümzar, atasının adının Nağı olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, qeydə alınma üçün əsasdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. X5 xx xxx 1952-ci il tarixdə Ermənistan Respublikası, Amasiya rayonu, Əzizbəyov kəndində anadan olması, soyadının Əliyeva, adının Gülümzar, atasının adının Nağı olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-7593/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-7593/2021
22.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver