Məhkəmə qərarları › İş №2(060)-7595/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-7595/2023

27.11.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-7595/2023 27.11.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X1, İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı Lənkəran 1 saylı Mediasiya təşkilatının Masallı şəhər mediayasında bağlanmış 12 sentyabr 2023-cü il tarixli MŞL/MT 0142023-02144 saylı barışıq sazişinin təstiq olunaraq Əmək və Məşgulluq alt sistemində (ƏMAS) işə xitam verilməsinin daxil edilməsinin cavabdeh təşkilata həvalə edilməsi tələbinə dair ərizəsini və ona əlavə olunmuş sənədləri Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı Lənkəran 1 saylı Mediasiya təşkilatının Masallı şəhər mediayasında bağlanmış 12 sentyabr 2023-cü il tarixli MŞL/MT 0142023-02144 saylı barışıq sazişinin təstiq olunaraq Əmək və Məşgulluq alt sistemində (ƏMAS) işə xitam verilməsinin daxil edilməsinin cavabdeh təşkilata həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, həmin ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İddiaçı məhkəməyə müraciət edərək xüsusi icraat qaydasında deyil, iddia icraatı qaydasında məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.1.2-ci maddəsinə əsasən ərizəyə dövlət rüsumunun ödənilməsini təstiq edən sənəd əlavə edilməlidir. İddiaçı məhkəməyə müraciət etdikdə dövlət rüsumunun ödənilməsi barədə sənədi əlavə etməmişdir. Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cü maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151-152, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı Lənkəran 1 saylı Mediasiya təşkilatının Masallı şəhər mediayasında bağlanmış 12 sentyabr 2023-cü il tarixli MŞL/MT 0142023-02144 saylı barışıq sazişinin təstiq olunaraq Əmək və Məşgulluq alt sistemində (ƏMAS) işə xitam verilməsinin daxil edilməsinin cavabdeh təşkilata həvalə edilməsi tələbinə dair ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçı izah edilsin ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar