Məhkəmə qərarları › İş №2(060)-76/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-76/2025

17.06.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-76/2025 17.06.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X8 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinin naturada bölünməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinin naturada bölünməsi” tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhəri, 2-ci mikrorayon, 37/20 saylı evin 57-ci mənzilinin payına müvafiq olaraq 2/3 hissədə naturada bölünməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh iddiaçının qardaşıdır. X1 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. İddiaçı, bacısı X6 və qardaşları - X10 və Cavabdeh analarının qanun üzrə vərəsələridirlər. Miras əmlak Sumqayıt şəhəri, 2-ci mikrorayon, 37/20 saylı evin bir otaqlı 57- ci mənzildən ibarətdir. Analarının dəfn və yas mərasimlərini iddiaçı və bacısı Rəna təşkil etmişdirlər. Analarının dəfn və yas mərasimlərini yola verəndən sonra iddiaçı və bacıs Rəna miras əmlakın qəbul edilməsi üçün 1 saylı Sumqayıt Regional “Asan Xidmət” Mərkəzində notariat ofisinə müraciət etmiş, vərəsəlik işi açılmış, Cavabdeh miras əmlakı qəbul etmək üçün müraciət etməmiş, bacısı Rəna miras əmlakdan imtina etmiş, 1 saylı Sumqayıt Regional “Asan Xidmət” Mərkəzində notariat ofisi tərəfindən iddiaçıya xx.xx.2021-ci il tarixli, 2V-43 reyestr nömrəsi ilə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və həmin şəhadətnamə əsasında Sumqayıt şəhəri, 2-ci mikrorayon, 37/20 saylı evin 57-ci mənzilinə dair iddiaçının adına Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Cavabdeh iddiaçıya və 1 saylı Sumqayıt Regional “Asan Xidmət” Mərkəzinin Notariat Ofisinə qarşı “Mirasın qəbul edilməsi müddətinin uzadılması, vərəsəlik hüququna dair şəhadətnamənin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 4759/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməklə 1 saylı Sumqayıt Regional “Asan Xidmət” Mərkəzinin Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 2V-43 reyestr nömrəsi ilə qeydə alınmış və iddiaçının adına verilmiş qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamənin etibarsız hesab edilməsi, Sumqayıt şəhəri, 2-ci mikrorayon, 37/20 saylı evin 57- ci mənzilinə dair iddiaçının adına verilmiş ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi və xx.xx.2020-ci il tarixdə vəfat etmiş anası X2 miras qalmış Sumqayıt şəhəri, 2-ci mikrorayon, 37/20 saylı evin 57-ci mənzilinə dair miras əmlak kimi qəbulu müddətinin Cavabdeh tərəfindən buraxılmasının üzrlü sayılaraq müddətin uzadılması qət edilmişdir. Bundan sonra iddiaçı aidiyyəti üzrə müraciət edib miras əmlakdan payına düşən 2/3 hissəyə dair yeni çıxarış almışdır. Cavabdeh hazırda, mərhumə analarından miras qalmış mənzilə köçüb orada yaşayır, iddiaçını isə mənzilə buraxmır. Mübahisəli mənzildə cavabdehlə birlikdə yaşayıb, birgə təsərrüfat idarə etmək mümkün deyildir. Bu səbəbdən iddiaçı cavabdehə qarşı yuxarıda göstərilən iddia tələbi ilə məhkəməyə müraciət etmək qərarına gəlmiş və mənzilin naturada bölünməsini məhkəmədən xahiş etmişdir. İddiaçı 05 iyun 2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbini müdafiə etdiyini bildirmiş, 17 iyun 2025-ci il tarixə, saat 15:20- təyin edilmiş məhkəmə baxış iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etmiş, həmçinin bildirmişdir ki, o, mübahisə predmeti olan evdə yaşayır, 13 yaşında olanda atası həmin evi almış, anası heç bir yerdə işləməmişdir. Məhkəmə iş materiallarını araşdırıb, cavabdehin izahatını dinləyib məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş 15 aprel 2024-cü il tarixli ******* nömrəli arayışdan görünür ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 37/20 ünvanında yerləşən ümumi sahəsi 29.90 kv.m olan 57 saylı mənzildə İddiaçı 2/3 hissədə payı müəyyən olunmaqla xüsusi mülkiyyətdədir. Daşınmaz əmlakın üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 12 yanvar 2024-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 4 saylı Mənzil-Kommunal Sahəsi tərəfindən verilmiş 255 nömrəli 22 aprel 2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh İ məhəllə, S.Vurğun küçəsi, ev 96, mənzil 3 ünvanında qeydiyyatdadır. ünvan 2ü il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdehlər İddiaçı və 1 saylı Sumqayıt Regional Asan Xidmət Mərkəzinin Notariat Ofisinə qarşı “mirasın qəbuletmə müddətinin uzadılması, vərəsəlik hüququna dair şəhadətnamənin etibarsız hesab edilməsi və çıxarışın ləğvi” tələbinə dair iddiası təmin edilmiş, 1 saylı Sumqayıt Regional Asan Xidmət Mərkəzinin Notariat Ofisi tərəfindən verilmiş 12 yanvar 2021-ci il tarixli 2V-43 reyestr nömrəsi ilə qeydə alınmış və cavabdeh İddiaçı adına verilmiş qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamə etibarsız hesab edilmiş, Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 37/20-də yerləşən 57 saylı mənzilə dair cavabdeh İddiaçı adına Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli çıxarış ləğv edilmiş, 09 iyul 2020-ci ildə vəfat etmiş X2 miras qalmış Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 37/20-də yerləşən 57 saylı mənzilin miras əmlak kimi qəbulu müddətinin iddiaçı Cavabdeh tərəfindən buraxılması üzürlü sayılmış və müddət uzadılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 37/20 ünvanında yerləşən ümumi sahəsi 29.90 kv.m olan 57 saylı mənzildə İddiaçı 2/3 hissədə, Cavabdeh 1/3 hissədə payı müəyyən olunmaqla xüsusi mülkiyyətdədir. Daşınmaz əmlakın üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh münasibətdə 19 yanvar 2024-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 aprel 2025-ci il tarixli, 10/5791 saylı ekspert rəyindən görünür ki, Sumqayıt şəhəri, 2-ci mikrorayonda yerləşən 37/20 saylı evin 57 saylı mənzilin planlı yerləşməsini, yəni 5 mərtəbəli binanın 4-cü mərtəbəsində yerləşdiyini, mənzilin yalnız bir giriş-çıxış qapısı olduğunu və mənzilin tərkibində yalnız bir mətbəx, bir sanitar qovşaq, bir yaşayış otağı olduğunu nəzərə alaraq, həmin mənzilin tərəflər arasında paylara uyğun bölünməsinin “AzDTN 2.7-2 “Yaşayış Binaları Layihələndirmə Normaları” nın 5.2, 5.5, 5.6, 5.7 və 5.8-ci bəndlərində göstərilənlərə və “Yaşayış evlərinin real bölgüsünün mümkünlüyünün təyini və bölgü variantlarının işlənib hazırlanması” metodikasının tələblərinə əsasən texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. İnsan Hüquqlarının və X5 Haqqında Konvensiyaya dair 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 213.3-cü maddəsinə əsasən əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Həmin Məcəllənin 213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Həmin Məcəllənin 215.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 215.6-cı maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payını sata, bağışlaya, vəsiyyət edə, girov qoya bilər və ya ona dair başqa sərəncam verə bilər; onu əvəzi ödənilməklə özgəninkiləşdirdikdə bu Məcəllədə nəzərdə tutulmuş qaydalara əməl etməlidir. Həmin Məcəllənin 219.2-ci maddəsinə əsasən doğurduğu hüquqlar dövlət qeydiyyatına alınmalı olan müqavilə üzrə ümumi mülkiyyət hüququndakı payın keçməsi anı həmin hüquqların dövlət qeydiyyatına alındığı vaxtdan müəyyənləşdirilir. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir (MM 220.2,220.3-cü maddəsi). Həmin Məcəllənin 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 04 aprel 2014-cü il tarixli Qərarında Məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki,əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. Payın həcmindən asılı olmayaraq paylı mülkiyyətin istənilən mülkiyyətçisi pul kompensasiyasının ödənilməsi tələbini irəli sürmək hüququna malikdir. Əgər iddiaçı tərəfindən belə tələb irəli sürülməmişdirsə, məhkəmə öz təşəbbüsü ilə kompensasiyanın ödənilməsini müəyyən edə bilməz. Belə ki, məhkəmə iddia tələbinin hədlərindən kənara çıxa bilməz. Ümumi paylı mülkiyyətin mülkiyyətçisi yalnız ona pul kompensasiyasının ödənilməsini tələb edə bilər. Həmin mülkiyyətçi digər mülkiyyətçilərə pul kompensasiyasının ödənilməsini tələb etmək hüququna malik deyil. Payların həmçinin və mülkiyyətçinin iradəsinin nəzərə alınmaması mülki hüquq münasibətlərinin iştirakçılarının məcburi qaydada istənilən əmlaka mülkiyyət hüquqlarının müəyyən edilməsinə gətirib çıxarardı. Mülki Məcəllənin 220.4-cü maddəsində qeyd olunur ki, mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər.Ümumi paylı mülkiyyətə pay hüququndan məhrum etmək yalnız müstəsna hallarda mümkündür (Mülki Məcəllənin 220.4-cü maddəsi). Ümumi paylı mülkiyyətin mülkiyyətçisinin ümumi əmlakın istifadəsində mühüm mənafeyinin olub-olmaması məsələsi məhkəmələr tərəfindən hər bir konkret halda tərəflərin təqdim etdikləri sübutları məcmu şəklində tədqiq etməklə və qiymətləndirməklə həll olunur.Həmin maddənin üçüncü cümləsinin tətbiq olunması yalnız qanunverici tərəfindən sadalanan bütün şərtlərin eyni zamanda mövcud olması halında mümkündür: mülkiyyətçinin payı cüzi olduqda; naturada ayrılması mümkün olmadıqda; ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda. Bununla, Mülki Məcəllənin 220.4-cü maddəsində öz payının ümumi əmlakdan ayrılması tələbini irəli sürməyən mülkiyyətçinin əmlaka olan mülkiyyət hüququndan onun iradəsinə zidd olaraq digər mülkiyyətçilər tərəfindən kompensasiyanın ödənilməsi yolu ilə məhrum edilməsi nəzərdə tutulmamışdır,əks yanaşma mülkiyyət hüququnun toxunulmazlığı prinsipinə zidd olardı. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, «affirmanti, non neganti incumbit probation» (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 37/20-də yerləşən 57 saylı mübahisəli mənzil tərəflərin 09 iyul 2020-ci ildə vəfat etmiş X1ndan miras qalmış və həmin mənzil üzərində 2/3 hissədə İddiaçı, 1/3 hissədə Cavabdeh payları tanınmışdır. Tərəflər arasında həmin mənzildə yaşamaqla bağlı mübahisə olduğundan, iddiaçı naturada bölgü tələbi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 03 iyul 2024-cü il tarixli, 2(060)-3543/2024 saylı qərardadı ilə tikinti-texniki ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 aprel 2025-ci il tarixli, 10/5791 saylı ekspert rəyi ilə mənzilin naturada bölünməsinin texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, ekspert rəyi nəzərə alınmaqla, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinin naturada bölünməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Beləliklə, məhkəmə işin məhkəmə iclasında tədqiq edilən sübutlarla müəyyən edilən hallarını qiymətləndirərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinin naturada bölünməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci madəssinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmə ekspertiza xərci ilə bağlı hesab edir ki, iddia tələbi təmin edilmədiyindən, ekspertiza xərci 100 manat təşkil etdiyindən, ekspertiza xərci iddiaçiya aid edilməli, İddiaçı 100 manat tutularaq Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinin naturada bölünməsi” tələbinə dair iddiası təmin edilməsin. İddiaçı 100 (bir yüz) manat pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X3, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar