Məhkəmə qərarları › İş №2(060)-760/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-760/2022

02.03.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-760/2022 02.03.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X12 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, Ərizəçi oğlunun iştirakı ilə, Ərizəçi oğlunun maraqlı şəxs Sumqayıt Asan Xidmət Mərkəzi qeydiyyat şöbəsinə qarşı doğum akt qeydinin bərpa edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi maraqlı şəxs Sumqayıt Asan Xidmət Mərkəzi qeydiyyat şöbəsinə qarşı doğum akt qeydinin bərpa edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək ərizəsini onunla əsaslandırmışdır ki, o, 15 may 1948-ci il tarixdə Qubadlı rayonun Ləpəxeyranlı kəndində doğulmuşdur. 1993-cü ildə məlum hadisələrdən sonra Qubadlıdan Rusiya Federasiyasına köçmüş, daha sonra ailəsi ilə birlikdə Sumqayıt şəhərində məskunlaşmışdır. Onun doğum haqqında şəhadətnaməsi Qubadlıdan köçən zaman Qubadlıda yerləşən evdə qalmışdır. Ərizəçinin X5, anası X4 adlı şəxslər olmuşdur. Milliyətcə azərbaycanlıdırlar. Bu barədə ərizəçinin bacıları X11 və X6 doğum haqqında şəhadətnamələrində qeyd vardır. Ərizəçinin valideynləri uzun müddət öncə vəfat etmiş, lakin müvafiq ölüm haqqında şəhadətnamələrin əldə edilməsi mümkün olmamışdır. Ərizəçi hazırda faktiki olaraq Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 11A, mənzil 98 (Yeni qaydalarla: AZ5001, ünvan 1 ünvanında yaşayır. Ərizəçi sənədi olmadığı üçün faktiki yaşadığı ünvana pasport qeydiyyatına düşə bilməmişdir. Ərizəçinin dəfələrlə doğum haqqında şəhadətnaməni almaq cəhdləri nəticəsiz bitmişdir. Ərizəçi tərəfindən şəxsiyyət vəsiqəsinin əldə edilməsi üçün doğum haqqında şəhadətnaməsinin təqdim edilməsi zəruridir. Bununla əlaqədar olaraq doğum haqqında şəhadətnaməni əldə etmək məqsədilə ərizəçi Qubadlı rayon qeydiyyat şöbəsinə müraciət etmiş, lakin qeydiyyat şöbəsi tərəfindən X2 yoxlamanın aparıldığı və doğum haqqında akt qeydinin aşkar olunmadığı bildirilmişdir. Bu səbəbdən Ərizəçi məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Qeyd edilənlərə əsasən məhkəmədən 15 may 1948-ci ildə Qubadlı rayonun Ləpəxeyranlı kəndində anadan olması, atasının X10, anasının X4 olması barədə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsinə uyğun eyni məzmunlu izahat verərək məhkəmədən ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, əslində 13.12.1947-ci il tarixdə anadan olmuşdur. Ancaq doğum haqqında şəhadətnaməsi gec verilmiş, verildiyi tarix onun doğum tarixi kimi qeyd olunmuşdur. Bütün sənədlərində də doğum tarixi 15.05.1948-ci il olaraq qeyd olunduğu üçün məhkəmədən onun 15.05.1948-ci il tarixdə Qubadlı rayonunun Ləpəxeyranlı kəndində doğulması faktının müəyyən edilməsini xahiş etdi. Maraqlı şəxs Sumqayıt Asan Xidmət Mərkəzində qeydiyyat şöbəsi məhkəməyə ərizə ilə müraciət edərək iş yükünün çoxluğu ilə əlaqədar olaraq məhkəmə iclasına nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsini rəhbər tutaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb və işin məhkəmə iclasında araşdırılan hallarına hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı hesab edilərək təmin edilməlidir. Məhkəmə iclasında iştirak edən şahid X8 bildirdi ki, 05.03.1955-ci il tarixdə Qubadlı rayonunun Ləpəxeyranlı kəndində anadan olmuşdur. Ərizəçi onun qardaşıdır. O, Qubadlı rayonun Ləpəxeyranlı kəndində anadan olmuş, ondan sonra isə bacıları Zeynəb və Həcər doğulmuşdur. Məhkəmə iclasında iştirak edən şahid X9 bildirdi ki, Ərizəçi onun böyük qardaşıdır. O, Qubadlı rayonunun Ləpəxeyranlı kəndində doğulmuşdur. Ailədə 9 uşaq olmuşlar. Anası o, 2 yaşında olanda, atası isə 1993-cü il tarixdə vəfat etmişdir. İş materiallarında olan İ-ИЖ seriyalı, 228387 №-li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 05.03.1955-ci il tarixdə Qubadlı rayonunun Ləpəxeyranlı kəndində anadan olmuşdur. X5, anası X3r. İş materiallarında olan İ-ИЕ seriyalı, 12522 №-li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 01.03.1957-ci il tarixdə Qubadlı rayonunun Qayalı kəndində anadan olmuşdur. X5, anası X3r. İş materiallarında olan Qubadlı rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 23.09.2021-ci il tarixli 05/Q-229/69 №-li arayışdan görünür ki, Ərizəçi doğumu haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq Vəziyyəti aktları” X1 Sisteminə 23.09.2021-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və doğum haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikasının Dövlət Arxivi tərəfindən Ərizəçi ünvanlanmış 08.10.2021-ci il tarixli DA- 01640-2021 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsinin 1928-ci ilə dair Qubadlı rayonu üzrə doğum haqqında qeydiyyat kitabları arxivə dövlət mühafizəsinə verilməmişdir. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Sumqayıt şəhəri, 6-cı mkr, ev 11A, mənzil 98, Yeni qaydalarla : AZ5001, ünvan 2 ünvanı Ərizəçi xüsusi mülkiyyətindədir. Daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 12.11.2021-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan AR Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş 28.01.2022ci il tarixli məktubdan görünür ki, Rusiya Federasiyasının vətəndaşı 15.05.1948-ci il təvəllüdlü Kamran Karaevin (pasport № 7********) sonuncu dəfə ölkə ərazisində müvəqqəti olma müddəti 10.01.2022-ci il tarixədək uzadılmış və ünvan 3 ünvanına qeydiyyata alınmışdır. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikasının Dövlət Arxivi tərəfindən verilmiş 27.01.2022-ci il tarixli, DA- 00140-2022 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsinin sənədləri Dövlət arxivində 1945-ci ilədək mühafizə olunması səbəbindən sorğunun icrası imkanları xaricindədir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 305.1.1-ci maddəsinə əsasdən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən, məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 162.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. Həmin Məcəllənin 162.2-ci maddəsinə əsasən itmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Məhkəmə, məhkəmə iclasında tədqiq olunmuş sübutları hərtərəfli qiymətləndirərək hesab edir ki, ərizəçinin məhkəmə iclasında göstərdiyi hallar bir-birini tamamlayaraq məhkəmədə onun bildirdiklərinin doğruluğuna və inandırıcılığına zəminlik yaradır, eyni zamanda, şahid ifadələri və işin məhkəmə iclasında araşdırılan hallarına əsasən təsdiq olunur ki, həqiqətən də Ərizəçi 15 may 1948-ci il tarixdə Qubadlı rayonu, Ləpəxeyranlı kəndində anadan olmuşdur. 1993-cü il tarixdə məlum hadisələrdən zamanı onun doğum haqqında şəhadətnaməsi Qubadlıda yerləşən evdə qalmışdır. Rusiya Federasiyasına köçmüş, orada yaşamışdır. Ona Rusiya Federasiyasının pasportu vardır. 2008-ci il tarixdə həyat yoldaşı xəstələndikdən sonra Sumqayıt şəhərində ev almış, lakin qeydiyyata düşə bilməmişlər. Ərizəçi doğum haqqında akt qeydinin bərpa edilməsi üçün həmin qeydin əvvəllər olmasını təsdiq edən sənədi təqdim edə bilmədiyindən, doğum haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edildiyindən, itmiş yazının qeydiyyat şöbəsi tərəfindən bərpası mümkün olmamışdır. Ona görə də ərizəçi hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Beləliklə, məhkəmə, işin məhkəmə iclasında tədqiq olunan hallarını, qanunvericiliyin tələblərini nəzərə almış və belə nəticəyə gəlmişdir ki, ərizə əsaslı olduğundan təmin olunmalı, Ərizəçi 15 may 1948-ci il tarixdə Qubadlı rayonu, Ləpəxeyranlı kəndində anadan olması, atasının X10, anasının X4 olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, qeydə alınma üçün əsasdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət e t d i: Ərizə təmin edilsin. Ərizəçi 15 may 1948-ci il tarixdə Qubadlı rayonu, Ləpəxeyranlı kəndində anadan olması, atasının X10, anasının X4 olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar