Məhkəmə qərarları › İş №2(060)-764/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-764/2021

14.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-764/2021 14.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Hacıyeva Yeganə Müslüm qızının katibliyi ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh və maraqlı tərəf Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Sumqayıt şəhəri Ərazi İdarəsinə qarşı «digər icarə müqaviləsinin ləğv edilməsi tələbinə» dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onlarla və Cavabdeh aralarında bağlanmış 06.08.2019-cu il tarixli icarə müqaviləsinin ləğv edilməsi, mülkiyyətlərində olan Sumqayıt şəhəri, 9-cu m/rayon (köhnə) Koroğlu prospekti, 279 ünvanında yerləşən ümumi sahəsi olan 122.54 kv.m olan qeyri-yaşayış binasının icarə verdiyi 79,62 kv.m sahədən cavadehin çıxarılması və 06.03.2020-ci il tarixdən başlayaraq qətnamə çıxarılan günə kimi ödənilməyən 5600 manat məbləğində icarə haqqının cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onlarla və Cavabdeh aralarında bağlanmış 06.08.2019-cu il tarixli icarə müqaviləsinin ləğv edilməsi, mülkiyyətlərində olan Sumqayıt şəhəri, 9-cu m/rayon (köhnə) Koroğlu prospekti, 279 ünvanında yerləşən ümumi sahəsi olan 106.16 kv.m olan qeyri-yaşayış binasının icarə verdiyi 79,62 kv.m sahədən cavadehin çıxarılması və 06.08.2020-ci il tarixdən başlayaraq qətnamə çıxarılan günə kimi ödənilməyən 7100 manat məbləğində icarə haqqının və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hazırkı mülki iş mahiyyəti üzrə baxılması üçün 14.06.2021-ci il tarixə təyin olunmuş, işdə iştirak edən şəxslərə vaxtında məhkəmənin yeri və vaxtı barədə məlumat verilmişdir. Hazırda iddiaçının nümayəndəsi və vəkili Vəkil ərizə ilə müraciət edərək tərəflə barışdığı üçün mülki işin baxılmamış saxlanılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə. Yuxarıdakıları və Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsini rəhbər tutaraq, məhkəmə, QƏRAR VERDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh və maraqlı tərəf Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Sumqayıt şəhəri Ərazi İdarəsinə qarşı «digər icarə müqaviləsinin ləğv edilməsi tələbinə» dair mülki iş baxılmamış saxlanılsın. İddiaçı1 tərəfindən ödənilmiş dövlət rüsumu özünə qaytarılsın. Bu qərardad ödənilmiş dövlət rüsumunun İddiaçı1 qaytarılması üçün əsasdır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt şəhər məhkəməsinə şikayət verilə bilər. SƏDRLİK EDƏN: RƏŞAD QOŞQARLİ

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar