Məhkəmə qərarları › İş №2(060)-7670/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-7670/2021

29.09.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-7670/2021 29.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi vəzifəsinin Sumqayıt şəhər Polis İdarəsinin üzərinə qoyulması tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1947-ci il təvəllüdlü Cavabdeh1, xx.xx.1985-ci il təvəllüdlü Cavabdeh2, 20.01.2013-cü il təvəllüdlü X7, 11.10.2014-cü il təvəllüdlü X10 və 09.06.2018-ci il təvəllüdlü X2 onun mülkiyyətində olan Sumqayıt şəhəri, 3-cü mikrorayon, 19A nömrəli evin 44 saylı mənzilindən qeydiyyatdan çıxarılaraq yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi vəzifəsinin Sumqayıt şəhər Polis İdarəsinin üzərinə qoyulması barədə qətnamə qəbul etməyi xahiş etmişdir. İddiaçı iddia ərizəsinə düzəliş verərək, xx.xx.1947-ci il təvəllüdlü Cavabdeh1, xx.xx.1985-ci il təvəllüdlü Cavabdeh2, 20.01.2013-cü il təvəllüdlü X7, 11.10.2014-cü il təvəllüdlü X10 və 09.06.2018-ci il təvəllüdlü X2 onun mülkiyyətində olan Sumqayıt şəhəri, 3-cü mikrorayon, 19A nömrəli evin 44 saylı mənzilindən qeydiyyatdan çıxarılaraq yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul etməyi xahiş etmişdir. Məhkəmədə İddiaçı iddianı müdafiə edərək göstərdi ki, ünvan 1 ünvanında yerləşən mənzili 2021-ci ilin yanvar ayında alqı-satqı müqaviləsi əsasında alaraq ********** nömrəsi ilə qeydiyyata alınmaqla “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarış” əldə etmiş və həmin ünvanda ailəsi ilə birlikdə yaşayır. Lakin mənzilin əvvəlki sahibi xx.xx.1947-ci il təvəllüdlü Cavabdeh1 və onun ailə üzvləri xx.xx.1985-ci il təvəllüdlü Cavabdeh2, 20.01.2013-cü il təvəllüdlü X7, 11.10.2014-cü il təvəllüdlü X10 və 09.06.2018-ci il təvəllüdlü X8 ona məxsus ünvan 2 ünvanında formal olaraq qeydiyyatda qalmışlar. Həmin şəxslər hazırda Sumqayıt şəhəri, “Xəzər bağları” yaşayış massivində fərdi həyət evində yaşayırlar. Həmin şəxslərin ona məxsus ünvanda qeydiyyatda qalması onun hüquqlarını pozur. Belə ki, cavabdehlərin qeydiyyatda qalması onun mənzili üzərində mülkiyyət, istifadə və digər hüquqlarının həyata keçirilməsinə mane olur. Odur ki, qeyd olunan şəxslərin ona məxsus mənzildən qeydiyyatdan çıxarılması zəruri olmaqla qanununa uyğundur. Bununla əlaqədar Sumqayıt şəhər Polis İdarəsinə rəsmi müraciət etmiş, lakin Polis İdarəsi ona məxsus mənzildə qeydiyyatda olan həmin şəxsləri qeydiyyatdan çıxarmaqdan imtina barədə 22.07.2021-ci il tarixli, 123-27642F- 3221 saylı məktubla rəsmi cavab vermişdir. Göstərilənləri nəzərə alaraq, xx.xx.1947-ci il təvəllüdlü Cavabdeh1, xx.xx.1985-ci il təvəllüdlü Cavabdeh2, 20.01.2013-cü il təvəllüdlü X7, 11.10.2014-cü il təvəllüdlü X10 və 09.06.2018-ci il təvəllüdlü X2 onun mülkiyyətində olan Sumqayıt şəhəri, 3-cü mikrorayon, 19A nömrəli evin 44 saylı mənzilindən qeydiyyatdan çıxarılaraq yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarmağı məhkəmədən xahiş etdi. Məhkəmədə Cavabdeh1 iddia tələbini qəbul edərək göstərdi ki, o, sözegedən mənzildə köhnə sakin kimi qeydiyyatdadır. Cavabdeh kimi göstərilənlər onun ailə üzvləridir. Hazırda onlara qarşı verilmiş iddia tələbini qəbul edirlər və göstərilən ünvandan qeydiyyatdan çıxarılmasına etiraz etmədiklərini bildirərək bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmədə Cavabdeh2 Cavabdeh1 izahatına uyğun izahat verərək, iddia tələbini qəbul etdiyini məhkəmənin diqqətinə çatdırdıl. Məhkəmə İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edib, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinin X9 ünvanladığı 22.07.2021-ci il tarixli məktubundan görünür ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu maddəsi ilə müəyyən edilmiş şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasına əsas olan hallar, eləcə də qeyd edilən məsələnin yaşayış sahəsinə münasibətdə hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınaraq, Cavabdeh1, X3 Cavabdeh2 yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması məsələsinə inzibati məhkəmə icraatı qaydasında baxılması məqsədəuyğundur. Ərizənizdə göstərilən məsələ ilə bağlı aiddiyyəti üzrə məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən “çıxarış”ın surətindən görünür ki, ünvan 2 xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəli reyestrində 16.05.2021-ci il tarixində qeydiyyata alınmışdır. İş materiallarında olan Sumqayıt Bələdiyyəsi “Xəzər” Bağçılıq Cəmiyyəti ərazisi üzrə 1 saylı məhəllə Komitəsinin 20.08.2021-ci il tarixli “ailə tərkibi haqqında” arayışından görünür ki, Cavabdeh1 və Cavabdeh2 ailə üzvləri ilə birlikdə Sumqayıt şəhəri, “Xəzər” Bağçılıq Yoldaşlıq Cəmiyyətinin ərazisində daxili tanınması üçün adlandırılan Yuxarı küçə, bağ 350-də qeydiyyatsız yaşayırlar. İş materiallarında olan cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ərizəsindən görünür ki, iddianı qəbul edirlər. ünvan 2-ə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsinə heç bir etirazları yoxdur. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, 12.08.2021-ci il tarixli arayışlarından görünür ki, X12 və X19 oğlu Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, ev 80, mənzil 18, məhəllə 7-8- 12-ci məhəllədə qeydiyyatdadırlar. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı, 14.06.2021-ci il tarixli arayışından görünür ki, X4, X15, X16, X5 və İmanova Təzəgül İman qızı Sumqayıt şəhəri, 7-8-12-ci məhəllə, ev 80, mənzil 18-də qeydiyyatdadırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İ və İİ bəndlərinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinin 3-cü hissəsinə əsasən, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Həmin Məcəllənin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 may 2008-ci il tarixli Qərarında göstərilir ki, Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin mənasından göründüyü kimi yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün aşağıdakı mütləq şərtlərin yerinə yetirilməsi tələb olunur: mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılması; həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi; istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması. X6 Məhkəməsinin Plenumu həmçinin belə nəticəyə gəlmişdir ki, Mülki Məcəllənin 228.5-ci maddəsində əks olunmuş “mülkiyyətçinin razılığı” müddəası konstitusiya hüquqi mənasına görə həmin Məcəllənin 228.2-ci maddəsinin tələbləri baxımından tətbiq edilməklə mülkiyyətçinin razılığı yazılı şəkildə bağlanan notariat qaydasında təsdiqlənən razılaşmada ifadə edilməlidir. “A.M.Cavidanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 02 fevral 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 14 noyabr 2008-ci il tarixli Qərarında bir daha qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 may 2008-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin mənasına görə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri tərəfindən öz ər və ya arvadının həmin sahəyə köçürülməsi üçün mülkiyyətçinin razılığı tələb olunur. Mülki Məcəllənin 228.5-ci maddəsinin “mülkiyyətçinin razılığı” müddəası isə həmin Məcəllənin 228-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. “S.Süleymanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 01 oktyabr 2009-cu il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 02 aprel 2010-cu il il tarixli Qərarında bir daha vurğulanmışdır ki, Plenum Mülki Məcəllənin 228.5-ci maddəsində “mülkiyyətçinin razılığı” müddəasını məhz digər ailə üzvlərinə münasibətdə şərh edərək qeyd etmişdir ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Mülki Məcəllənin 228.5-ci maddəsinin “mülkiyyətçinin razılığı” müddəası ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, bu müddəa Mülki Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. Həmçinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 oktyabr 2013-cü il tarixli Qərarına əsasən, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. 1 oktyabr 2009-cu il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın” Protokolunun (Protokol qeyri rəsmi olaraq 1 saylı Protokol da adlandırılır) 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Məhkəmə hesab edir ki, cavabdehlərin evdə qeydiyyatda qalması mülkiyyətdən dinc istifadə hüququnun həyata keçirilməsinə mane olur. Cavabdehlərin mənzildən qeydiyyatdan çıxarılması üçün isə onun mənzildən istifadə hüququ məhkəmə qaydasında itirilməlidir. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsindən görünür ki, müvafiq dövlət orqanı tərəfindən şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasına əsas olan hallardan biri də yaşayış sahəsindən istifadə hüququnun itirilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olmasıdır. Odur ki, cavabdehlərin mənzildən istifadə hüququ itirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Azərbayçan Respublikası MPM-nin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Şərh edilənləri və cavabdehlərin iddia tələbini qəbul etməsini nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehlər xx.xx.1947-ci il təvəllüdlü Cavabdeh1, xx.xx.1985-ci il təvəllüdlü Cavabdeh2, 20.01.2013-cü il təvəllüdlü X7, 11.10.2014-cü il təvəllüdlü X10 və 09.06.2018-ci il təvəllüdlü X2 Sumqayıt şəhəri, 3-cü mikroyayon, ev 19A, mənzil 44-ə olan istifadə hüquqlarına xitam verilməli və iş üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmələr yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş ücün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdehlər xx.xx.1947-ci il təvəllüdlü Cavabdeh1, xx.xx.1985-ci il təvəllüdlü Cavabdeh2, 20.01.2013-cü il təvəllüdlü X7, 11.10.2014-cü il təvəllüdlü X10 və 09.06.2018ci il təvəllüdlü X2 Sumqayıt şəhəri, 3-cü mikroyayon, ev 19A, mənzil 44-ə olan istifadə hüquqlarına xitam verilsin. İş üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı ödənilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, bir ay müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar