Məhkəmə qərarları › İş №2(060)-7757/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-7757/2021

18.10.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-7757/2021 18.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Hacıyeva Yeganə Müslüm qızının katibliyi ilə İddiaçı Həşimova (Niyazova) Gülnarə Şamil qızının Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «satılmış evə olan istifadə hüququna xitam verilməsi tələbinə» dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Həşimova (Niyazova) Gülnarə Şamil qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Daşınmaz Əmlakın AN-1 N ******* saylı alqı-satqı müqaviləsinin 13-сü bəndinə əsasən onun və oğlu X1 Sumqayıt şəhəri, Сorat qəsəbəsi, 2-сi məhəllədə yerləşən 38 saylı yaşayış evinindən istifadə hüquqlarının ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hazırkı mülki iş mahiyyəti üzrə baxılması üçün 18.10.2021-ci il tarixə təyin olunmuş, işdə iştirak edən şəxslərə vaxtında məhkəmənin yeri və vaxtı barədə məlumat verilmişdir. Lakin həmin tarixdə işdə iştirak edən şəxslər üzürsüz səbəbdən məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbini məhkəməyə bildirməmiş, işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Azərbayçan Respublikası MPM-nin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Yuxarıdakıları və Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsini rəhbər tutaraq, məhkəmə, QƏRAR VERDİ: İddiaçı Həşimova (Niyazova) Gülnarə Şamil qızının сavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «satılmış evə olan istifadə hüququna xitam verilməsi tələbinə» dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı Həşimova (Niyazova) Gülnarə Şamil qızı tərəfindən ödənilmiş dövlət rüsumu özünə qaytarılsın. Bu qərardad ödənilmiş dövlət rüsumunun iddiaçı Həşimova (Niyazova) Gülnarə Şamil qızına qaytarılması üçün əsasdır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt şəhər məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: RƏŞAD QOŞQARLİ

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar