Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-7793/2022 30.12.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi ilə, İddiaçı Sumqayıt şəhər X2 Cavabdeh qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılma və qanunsuz olaraq inşa edilmiş tikilinin cavabdehin hesabına sökülməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Sumqayıt şəhər X4 Cavabdeh qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılma və qanunsuz olaraq inşa edilmiş tikilinin cavabdehin hesabına sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhər X3 məxsus Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsində 80.kv.m tirpaq sahəsi xx.xx.2014-cü il tarixli 3m/1257 saylı icra müqaviləsinə əsasən 10 il müddətinə xx.xx.2024-cü il tarixə kimi Cavabdeh verilmiş torpaq sahəsindən çıxarılması və onun həmin torpaq sahəsində inşa etdiyi tikilinin öz vəsaiti hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hal-hazırda iddiaçı Sumqayıt şəhər X4 ərizə ilə məhkəməyə müraciət edərək, işin baxılmamış saxlanılmasını xahiş etmiş, Cavabdeh məhkəmə iclasına gəlməmiş və işin mahiyyəti üzrə həll olunmasını tələb etməmişdir. Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin qaytarılmasını xahiş etdiyindən və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyindən, ərizə baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.1-ci maddəsinə görə iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 260, 263, 264, 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Sumqayıt şəhər X2 Cavabdeh qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılma və qanunsuz olaraq inşa edilmiş tikilinin cavabdehin hesabına sökülməsi tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçı Sumqayıt şəhər X1ytarılsın. Qərardaddan 10 (on) gün müddətində Sumqayıt şəhər məhkəməsinə şikayət verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-7793/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-7793/2022
30.12.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver