Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-7850/2021 14.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Allahverdili Nuranə Həmzə qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi qızının nikah akt qeydinin düzgün olmamasının müəyyən edilməsi və digər məsələlər (maraqlı şəxs Sumqayıt şəhər Qeydiyyat şöbəsi) barədə ərizəsinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi qızı (bundan sonra - ərizəçi) xüsusi icraat qaydasında ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək (Sumqayıt şəhər Qeydiyyat şöbəsi maraqlı şəxs kimi göstərməklə), 01 avqust 1992-ci il tarixli, 26 saylı akt qeydinin (Ceyranbatan icra nümayəndəliyi tərəfindən 05 iyul 1972-ci il təvəllüdlü X11 ilə nikahı haqqında akt qeydi) düzgün olmamasının müəyyən edilməsini, ərizəçinin qardaşı 13 noyabr 1973-cü il təvəllüdlü X3 vərəsəsi olması və mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin qardaşı 13 noyabr 1973-cü il təvəllüdlü X10 hərbi xidmətə çağırılmış və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə 01 iyul 1992-ci il tarixdə itkin düşmüşdür. Sumqayıt Şəhər Məhkəməsinin 24 yanvar 2000-ci il tarixli qətnaməsi ilə qardaşının döyüşlərdə itkin düşməsi faktı müəyyən olunmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 19 mart 2003-cü il tarixli qətnaməsi ilə X10 ölmüş elan edilmişdir. Ərizəçinin anası X9 19 yanvar 2016-cı ildə, X2 isə 15 sentyabr 1994-cü ildə vəfat etmişlər. Sumqayıt şəhər Qeydiyyat Şöbəsinin 04 may 2021-ci il tarixli məktubundan görünür ki, axtarış zamanı qardaşı ilə Ceyranbatan icra nümayəndəliyi tərəfindən 05 iyul 1972-ci il təvəllüdlü X11 arasında 01 avqust 1992-ci il tarixli, 26 saylı nikah haqqında qeydi aşkar olunmuşdur. Tərəflər arasında qeydiyyata alınmış nikahın pozulması ilə bağlı müraciətin olub-olmamasına görə dövlət arxivinin Sumqayıt filialına müraciət olunmuş, cavab olaraq bildirilmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin 1992-1998-ci illəə dair mülki işlərinin əlifba göstəricisində sorğu edilən məsələ barədə məlumat aşkar olunmamışdır. Maraqlı şəxs2nə 01 sentyabr 2021-ci ildə müraciət edilmiş, akt qeydinin ləğv edilməsi üçün kifayət qədər əsas olmadığından aidiyyatı üzrə məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Məhkəmə iclasında ərizəçi ərizənin məzmununa uyğun izahat verdi, həmçinin bildirdi ki, qardaşı vətən uğrunda gedən döyüşlərdə itkin düşmüş və ona şəhidlik statusu verilmişdir. Bununla bağlı olaraq dövlət tərəfindən müəyyən edilmiş ödənişləri anası alırdı. Daha sonra anasının vəfatından sonra bildirilmişdir ki, qardaşnın Leyla Nəcəfova adlı şəxslə nikah akt qeydi aşkar olunub. Buna görə də vərəsə kimi X11 çıxış edir. Lakin həmin şəxs Moskvada yaşayır və o, X6 tanımır. Qardaşı 01 iyul 1992-ci ildə itkin düşərək döyüşlərdə şəhid olduğu təqdirdə 01 avqust 1992-ci il 26 saylı akt qeydinin olması onu göstərir ki, bu qeyd formal olmuş, qardaşı əslində nikaha daxil olmamışdır. Qeyd edilənlərə əsasən ərizəçi ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq maraqlı şəxs məhkəmə iclasında təmsil edilməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatın dinləyib, iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən edilir ki, ərizəçi xx.xx.1972-ci ildə anadan olmuşdur. O, ünvan 1 ünvanında qeydiyyatdadır. Sumqayıt Şəhər Məhkəməsinin 19 mart 2003-cü il tarixli qətnaməsi ilə X10 ölmüş elan edilmişdir. İş materialında olan ölüm haqqında şəhadətnamələrin surətlərinə əsasən müəyyən olunur ki, X10 21.04.2003-cü ildə, X9 isə 19.01.2016-cı ildə vəfat etmişlər. Doğum akt qeydindən çıxarışlara əsasən X10 13 noyabr 1973-cü ildə Sumqayıt şəhərində anadan olmuşdur. X2,anası X4r. Ərizəçi qızı xx xxxxxxxx 1972-ci ildə andan olmuşdur. X2, anası X4r. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra - MPM) əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir (307.1.). Məhkəmə şəxslərin qohumluq münasibətlərinin, qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır (307.2.1 və 307.2.11.). “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarında göstərilmişdir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir (1.2.). Göründüyü kimi vərəsəlik faktının tanınması ərizəçiyə qardaşı X7 şəhidliyə görə verilən müavinətin alınması üçün lazımdır. İşdən göründüyü kimi X10 Ərizəçi qızının doğma qardaşıdır. Buna görə də Ərizəçi qızının X3 vərəsəsi olması faktı tanınmalıdır. Ərizənin mirasın qəbul edilməsi faktının tanınması və vərəsəliyin açılma yerinin müəyyən edilməsi ilə bağlı hissəsində gəldikdə qeyd edilməlidir ki, ərizəçinin hazırkı tələbi qardaşından qalan hansısa konkret miras əmlakın qəbulu ilə bağlı deyil. Bu səbəbdən ərizə həmin hissədə təmin edilə bilməz. Ərizəçi eyni zamanda 01 avqust 1992-ci il tarixli, 26 saylı akt qeydinin düzgün olmamasının müəyyən edilməsini xahiş edir. Lakin ərizəçi bu barədə hər hansı sübut təqdim etməmişdir. Bu səbəbdən ərizə həmin hissədə də təmin edilə bilməz. Göstərilənlərə əsasən və MPM-in 216-220, 307-311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə qismən təmin edilsin. Ərizəçi qızının 13 noyabr 1973-cü il təvəllüdlü X3 vərəsəsi olması faktı müəyyən edilsin. Ərizə qalan hissədə təmin edilməsin Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-7850/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-7850/2021
14.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver