Məhkəmə qərarları › İş №2(060)-7923/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-7923/2021

22.09.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-7923/2021 22.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızı, İddiaçı cavabdeh «Etilen-Polietilen» zavoduna qarşı «işə bərpa və s. tələbinə dair» ərizəsini nəzərdən keçirib müəyyən etdi: İddiaçı cavabdeh «Etilen-Polietilen» zavoduna qarşı «işə bərpa və s. tələbinə dair» iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi və əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, həmin iddia ərizəsini qəbul etməkdən imtina olunmalıdır. Belə ki, iddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı cavabdehə qarşı əvvəllər iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh "Etilen-Polietilen" zavodunun E-14 № sexinin 04 saylı kompressor qurğuları sexinə maşınist vəzifəsinə bərpa olunması və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 17 oktyabr 2005ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Azərbaycan Respublikası Apellyasiya Məhkəməsi Mülki işlər üzrə Məhkəmə Kollegiyasının 16 dekabr 2005-ci il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməyərək Sumqayıt Şəhər Məhkəməsinin 17 oktyabr 2005-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 17.06.2011-ci il tarixli, 2(102)-1796/2011 nömrəli qərarı ilə Azərbaycan Respublikası Apellyasiya Məhkəməsi Mülki işlər üzrə Məhkəmə Kollegiyasının 16.12.2005-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. İddiaçı və vəkili X1 qanuni qüvvəyə minmiş məhkəmə aktına yeni açılmış hallar əsasında yenidən baxılmasına dair ərizə verərək Sumqayıt Şəhər Məhkəməsinin 17 oktyabr 2005-ci il tarixli və Azərbaycan Respublikası Apellyasiya Məhkəməsi Mülki işlər üzrə Məhkəmə Kollegiyasının 16 dekabr 2005-ci il tarixli qətnamələrinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin 17.06.2011 -ci il tarixli qərarının ləğv edilərək işin yenidən baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair Məhkəmə Tərkibinin 04.02.2020-ci il tarixli Qərardadı ilə ərizənin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun baxışına çıxarılmasından imtina edilmişdir. Göründüyü kimi əvvəllər eyni tərəflər arasında eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmə mübahisəsi olmuş və məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi mövcuddur. Bu isə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina edilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 153, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı cavabdeh «Etilen-Polietilen» zavoduna qarşı «işə bərpa və s. tələbinə dair» iddia ərizəsinin qəbul edilməsindən imtina olunsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. ddddb Hakim: Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar