Məhkəmə qərarları › İş №2(060)-8005/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-8005/2021

01.11.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-8005/2021 01.11.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi ilə, İddiaçı Sumqayıt İcra Hakimiyyəti Mənzil Kommunal X1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı zəbt edilmiş xüsusi təyinatlı yaşayış sahəsinin boşaldılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Sumqayıt İcra Hakimiyyəti Mənzil Kommunal X2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı zəbt edilmiş xüsusi təyinatlı yaşayış sahəsinin boşaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, məhəllə 15, 20 Yanvar küçəsi, 2 saylı yataqxanın 4 saylı otağını zəbt etmiş Cavabdeh1 və 3 nəfər ailə üzvünün həmin yaşayış sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə məhkəmə iclasında baxılması 01.11.2021-ci il tarixə təyin edilmiş, tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinin tələbinə görə işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə, ərizə baxılmamış saxlanılır. Məhkəmə hesab edir ki, tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclaslarına gəlmədikləri üçün ərizə baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 260.1-ci maddəsinə görə iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 260, 263, 264, 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Sumqayıt İcra Hakimiyyəti Mənzil Kommunal X1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı zəbt edilmiş xüsusi təyinatlı yaşayış sahəsinin boşaldılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 (on) gün müddətində Sumqayıt şəhər məhkəməsinə şikayət verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar