Məhkəmə qərarları › İş №2(060)-801/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-801/2021

03.03.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-801/2021 03.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «mənzildən istifadə hüququna xitam verilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzildən istifadə hüququna xitam verilməsi» tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 , Cavabdeh2 və xx.xx.2003-cü il təvəllüdlü Əliquliyev Səttar Səfər oğlunun Sumqayıt şəhəri, 26-cı məhəllə ünvanında yerləşən, 72/42 saylı evin, 27 saylı mənzilinə olan istifadə hüquqlarına xitam verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırdı ki, Sumqayıt şəhəri, 26-cı məhəllə, ev 72/42, mənzil 27 mülkiyyət hüququ ilə mənə məxsusdur. Sözügedən mənzili xx.xx.2016-cı ildə, AN-İ № ******* saylı “Daşınmaz əmlakın alqı-satqı” müqaviləsi əsasında almışdır. Həmin mənzilə görə AR Əmlak Məsələləri Dövlət Komitəsi Yanında DƏDRX-nin Sumqayıt Ərazi İdarəsi tərəfindən xx.xx.2016-ci ildə RX Seriyalı ******* №-li Çıxarış verilmişdir. “Daşınmaz əmlakın alqı- satqı” müqaviləsinin 13-cü bəndinə görə satıcı və onun ailə üzvləri xx xxxxx 2016-cı ilə qədər qeydiyyatdan çıxmalı olduğu halda hal-hazıradək mənzildən qeydiyyatdan çıxmamışdır. Daxili İşlər Nazirliyinin xx.xx.2020-ci il tarixli “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* №-li arayışına görə 27 aprel 1970ci il təvəllüdlü Cavabdeh1 xx xxxxx 1972-ci il təvəllüdlü Cavabdeh2 və xx xxxxxxx 2003-cü il təvəllüdlü Əliquliyev Səttar Səfər oğlu mülkiyyətçisi olduğu mənzildə qeydiyyatdadırlar. Cavabdehlərin onun mənzilində qeydiyyatda olması mənzil hüququnun həyata keçirilməsinə mane olur, əlavə xərclər çəkilməsinə səbəb olur. Cavabdehlərin qeydiyyatı formal xarakter daşıyır. Qeyd olunanlara əsasən iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehin qeydiyyatda olduğu ünvan üzrə məhkəmə bildirişi göndərilmiş, lakin onlar faktiki olduğu yer məlum olmadığından məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə, iddiaçını dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2016-cı il tarixli alqı-satqı müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Kərimov Natiq Rəşid oğlu Sumqayıt şəhəri, 26-cı məhəllə, 72/42 saylı evin, 27 saylı mənzilini İddiaçı satmışdır. İş materiallarına əlavə olunan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, 26-cı məhəllə, 72/42 saylı evin, 27 saylı mənzili İddiaçı adına qeydiyyatdan keçmişdir. İş materiallarında olan ******* nömrəli, xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, cavabdehlər Cavabdeh1 , Cavabdeh2 və xx.xx.2003-cü il təvəllüdlü Əliquliyev Səttar Səfər oğlu Sumqayıt şəhəri, 26-cı məhəllə, 72/42 saylı evin, 27 saylı mənzilində rəsmi olaraq qeydiyyatdadırlar. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 178.1. maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Eyni zamanda, həmin Məcəllənin 203.1. maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Beləliklə, işin məhkəmə iclasında araşdırılan hallarına və tədqiq edilən sənədlərə əsasən İddiaçı Sumqayıt şəhəri, 26-cı məhəllə, 72/42 saylı evin, 27 saylı mənzili alqı-satqı müqaviləsi əsasında ilə əldə etmiş, buna baxmayaraq, cavabdehlər Cavabdeh1 , Cavabdeh2 və xx.xx.2003-cü il təvəllüdlü Əliquliyev Səttar Səfər oğlu həmin mənzildə rəsmi olaraq qeydiyyatda qalmaları iddiaçının mülkiyyət hüquqlarını lazımi şəkildə həyata keçirməsinə maneçilik törədərək iddiaçının bu hüququndan tam istifadə etmək imkanını məhdudlaşdırmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.4-cü maddəsinin mənasından görünür ki, əgər mülkiyyətə maneələr mülkiyyətdən məhrum etmədən törədilərsə, mülkiyyətçi bu hərəkətlərə son qoymağı tələb edə bilər və bu cür hərəkətlər davam edərsə, həmin hərəkətlərə son qoyulması məhkəmə vasitəsilə tələb oluna bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və xx.xx.2003-cü il təvəllüdlü Əliquliyev Səttar Səfər oğlunun Sumqayıt şəhəri, 26-cı məhəllə, 72/42 saylı evin, 27 saylı mənzilinə olan istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Azər İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar