Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-8018/2021 02.12.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı tərəf Sumqayıt şəhər Qeydiyyat Şöbəsinə qarşı «doğum faktının müəyyən edilməsi barədə» ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun xx.xx.1965-ci il tarixdə Ermənistan Respublikasının Krasnoselo rayonunda doğum qeydi faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Ərizəçi ərizəni müdafiə edərək göstərdi ki, o, Ərizəçi xx.xx.1965-ci il tarixdə Ermənistan Respublikasının Krasnoselo rayonunda anadan olmuşdur. X2 , anası X10 olmuşdur. Hər ikisi vəfat etmişdir. Ümumilikdə 8 bacı-qardaş olmuşlar. Hal- hazırda bir qardaşı, bir bacısı və o, yaşayır. Digərləri də vəfat etmişdir. O, doğularkən ona müvafiq orqan tərəfindən doğum haqqında şəhadətnamə verilmişdir. Sonradan o, doğum haqqında şəhadətnaməni itirmişdir. Həmin şəhadətnaməni bəzi mülki hüquqlarının həyata keçirilməsində ona lazımdır. Doğum haqqında şəhadətnaməmin bərpası ilə bağlı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Sumqayıt şəhər Qeydiyyat Şöbəsinə ərizə ilə müraciət etsə də, qeydiyyat şöbəsinin 05/Q-3616/15 saylı, 14.09.2021-ci il tarixli məktubu ilə imtina cavabı almışdır. Həmin məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli, 52 nömərli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəlar”ın 13 və 14-cü bəndinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir və itmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Bu səbəbdən də Vətəndaşlıq vəziyyəti aktının arxiv sənədləri itdiyinə görə onun təkrar surəti və ya bərpasını etmək mümkün olmamışdır. Ona görə də məhkəməm müraciət etməyə məcbur olmuşdur. Hal-hazırda ********№ li, 27.12.2015-ci il tarixli şəxsiyyət vəsiqəsindən də görünür ki, o, 1965-ci ilin dekabr ayının 27- də anadan olmuşdur. Qanunvericlikdə də qeyd olunmuşdur ki, Azərbaycan vətəndaşının şəxsiyyət vəsiqəsi ona doğum haqqında şəhadətnaməsinin əsasında verilir. Belə ki, uşaqlıqdan bəri o, hər il doğum gününü dekabrın ayının 27-si tarixində qeyd etmişdir. Hesab edir ki, ən yaxın qohumlarının dedikləri də ən düzgün sübutudur. Göstərilənləri nəzərə alaraq, onun xx.xx.1965-ci il tarixdə Ermənistan Respublikasının Krasnoselo rayonunda doğum qeydi faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı tərəf qismində dəvət olunmuş Sumqayıt şəhər Qeydiyyat şöbəsi məhkəmənin yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməyin səbəblərini bildirməmişdir. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə şahid qismində dindirilən X7 ifadəsində göstərdi ki, ərizəçi onun bibisiqızıdır. Ərizəçi xx.xx.1965-ci ildə Ermənistan Respublikası, Krasnoselo rayonunda anadan olmuşdur. Onun X2, anası isə X8r. Onların ailəsi 1988-ci ildən Azərbaycan Respublikasında yaşayırlar. Məhkəmədə şahid qismində dindirilən X4 ifadəsində göstərdi ki, ərizəçi onun bacısıdır. Ərizəçi Tərgül xx.xx.1965-ci ildə Ermənistan Respublikasının Krasnoselo rayonunda anadan olmuşdur. O, onlara məlum olmayan səbəblərə görə doğum haqqında şəhadətnaməsini itirmişdir. Onlar 1988-ci ildən Azərbaycan Respublikasında yaşayırlar. Məhkəmə Ərizəçi, şahidlər X5 və X1 dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Sumqayıt Şəhər Qeydiyyat şöbəsinin Ərizəçi ünvanladığı 14.09.2021-ci il tarixli məktubundan müəyyən edilir ki, itmiş qeydin bərpası üçün kifayət qədər əsaslar olduğu təqdirdə ölən şəxsin qanuni vərəsəsi onun doğum haqqında akt qeydinin bərpa olunması məqsədilə qohumluq faktını təsdiq edən sənədləri təqdim etməklə yaşadığı yer üzrə qeydiyyat şöbəsinə kifayət qədər əsas olmazsa qeydiyyat şöbəsinin imtina barədə məktubuna əsasən yaşadığı yer üzrə məhkəməyə müraciət edə bilər. İş materiallarında olan İİ-SL № 483601 saylı, 04.02.1985-ci il tarixli “Nikahın bağlanması haqqında” şəhadətnamənin surətindən görünür ki, X13 ilə X6 arasında olan nikah Ermənistan Respublikası Krasnoselo rayonu, Çaykənd Sovetliyində 04.02.1985-ci il tarixdə bağlanmış və 04 nömrə ilə qeyd edilməklə sonuncuya “Rəsulova” soyadı verilmişdir. İş materiallarına olan “Sumqayıt” İctimai-siyasi qəzetin 05.11.2021-ci il tarixli nəşrindən görünür ki, Ərizəçi adına Ermənistan Respublikası Krosnoselski rayonunun Çaykənd kənd Sovetliyi tərəfindən verilmiş doğum haqqında şəhadətnamə itdiyi üçün etibarsız sayılması nəşr olunmuşdur. İş materiallarında olan Seriya AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1965-ci il tarixdə Ermənistan Respublikası, Krasnoselo rayonunda anadan olmuşdur. Ərizəçi ona məxsus doğum haqqında şəhadətnamənin naməlum şəraitdə itdiyini və hazırda onun surətini əldə etməyin mümkün olmadığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən şahidlər X5 və X4 ifadə verərək Ərizəçi həqiqətən də xx xxxxxx 1965-ci ildə Ermənistan Respublikası, Krasnoselo rayonunda doğulması faktını təsdiq etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. Həmin Məcəllənin 162.2-ci maddəsinə əsasən itmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o, zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi xx.xx.1965-ci ildə Ermənistan Respublikası, Krasnoselo rayonunda doğulması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1965-ci ildə Ermənistan Respublikası, Krasnoselo rayonunda doğulması faktı müəyyən edilsin. Qətnamə Ərizəçi xx.xx.1965-ci ildə Ermənistan Respublikası, Krasnoselo rayonunda doğulması akt qeydinin bərpa edilməsi və yeni doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, bir ay müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(060)-8018/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-8018/2021
02.12.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver