Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-802/2023 23.02.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X7 oğlunun katibliyi, iddiaçının nümayəndəsi, Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Əhmədova (Vəlizadə) Aynurə Səxavət qızı və Cavabdeh3 qarşı (üçüncü şəxs-Azərbaycan Respublikası Qaçqınların və Məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsi) qarşı mənzildən çıxarılma tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh1, Əhmədova (Vəlizadə) Aynurə Səxavət qızı və Cavabdeh3 (bundan sonra – cavabdehlər) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlərin və Cavabdeh1 yetkinlik yaşına çatmayan övladı xx.xx.2005-ci il təvəllüdlü Vəlizadə Rza Heydər oğlunun xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 1-dən əmlakları ilə birlikdə çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Cavabdehlərdən Cavabdeh1 və Vəlizadə X4 rayonundan məcburi köçkündürlər. Həmçinin Cavabdeh1 yetkinlik yaşına çatmayan oğlu - Vəlizadə Rza Heydər oğlu (xx.xx.2005-ci il təvəllüdlü: şəxsiyyət vəsiqəsinin seriya nömrəsi: AA3376540) da Zəngilan rayonundan məcburi köçkündür. Digər cavabdeh Əhmədova (Vəlizadə) Aynurə Səxavət qızı isə məcburi köçkün deyil. O, Cavabdeh1 keçmiş həyat yoldaşıdır. Cavabdehlər Zəngilan rayonundan məcburi köçkün düşdükdən sonra, yəni, 1993-cü ildə iddiaçıya məxsus olan mənzilə özbaşına girmişlər və indiyə qədər də həmin mənzildə arada bir yaşayırlar. Onların daimi yaşayış yerləri var. İddiaçının nümayəndəsi, Vəkil məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək onunla oxşar məzmunlu izahat verdi və həmçinin bildirdi ki, cavabdehlər həmin mənzildə daimi yaşamasalar da, onların orada əmlakları vardır. Həmçinin mənzilin açarı cavabdehlərdədir və onlar qapını bağlayıblar. Cavabdehlərin icazəsi olmadan isə iddiaçı mənzilə daxil ola bilmir. Qeyd edilənlərə əsasən nümayəndə iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlərə və üçüncü şəxsə lazımi qaydada məhkəmə bildirişi göndərilsə də, onlar məhkəmə iclasında təmsil edilməmişlər. İddiaçının nümayəndəsi, Vəkil oğlu ərizə təqdim edərək işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 238.1-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən olunur ki, iddiaçı xx.xx.1988-ci ildə, Sumqayıt şəhərində doğulmuşdur. O, hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. 10 saylı Mənzil-Kommunal Sahəsinin xx.xx.2023-cü il tarixli, 220 saylı ailə tərkibi haqqında arayışına əsasən Cavabdeh1 , Əhmədova (Vəlizadə) Aynurə Səxavət qızı, Cavabdeh3 və Vəlizadə Rza Heydər oğlu ünvan 1 ünvanında məcburi köçkün kimi məskunlaşıblar. İşdə olan 10 saylı Mənzil-Kommunal sahəsi tərəfindən təsdiq edilmiş və sahə ustası X1, qonşular X6, X3 tərəfindən tərtib edilərək imzalanmış akta əsasən cavabdehlər 2020ci ildən bu ünvanda uşaqlarla birlikdə yaşamırlar. Daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışa əsasən ünvan 1 (bundan sonra – mübahisəli ev) iddiaçının xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (152.1.). Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır (157.1.). Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (157.2.). Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər (157.4.). İşin müəyyən edilmiş halları ondan ibarətdir ki, mübahisəli ev xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur. Cavabdehlər məcburi köçkün kimi iddiaçıya məxsus mənzildə məskunlaşmışlar. Həmin mənzildə cavabdehlərin əmlakları mövcuddur. İddiaçı öz mülkiyyətində olan mənzildən istifadə edə bilmir. Bu səbəbdən məhkəmə hazırkı halda hesab edir ki, cavabdehlərin mübahisəli mənzildə yaşamaları iddiaçının hüquqlarının pozulmasına səbəb olur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin olunmalı, cavabdehlər mübahisəli mənzildən çıxarılmalıdırlar. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. Məhkəmə hesab edir ki, cavabdehlərin həmin mənzildən çıxarılmaları təmin olunduğundan onlarla birlikdə yaşayan ailə üzvü olan yetkinlik yaşına çatmayan şəxs xx.xx.2005-ci il təvəllüdlü Vəlizadə Rza Heydər oğlu da həmin mənzildən çıxarılmalıdır. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Əhmədova (Vəlizadə) Aynurə Səxavət qızı və Cavabdeh3, həmçinin yetkinlik yaşına çatmayan şəxs xx.xx.2005-ci il təvəllüdlü Vəlizadə Rza Heydər oğlu ünvan 1-dən əmlakları ilə birlikdə çıxarılsınlar. Cavabdehlər qiyabi qətnamənin onlara rəsmi qaydada verildiyi gündən 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxarmış məhkəməyə ərizə verə bilərlər. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-802/2023
Sumqayıt Şəhər Məhkəməsi Qiyabi qətnamə — İş №2(060)-802/2023
23.02.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver