Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-8021/2021 22.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızı, İddiaçı Cavabdeh oğluna qarşı «istifadə hüququnun itirilməsinə dair» ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib müəyyən etdi: İddiaçı Cavabdeh qarşı «istifadə hüququnun itirilməsinə dair» iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə geri qaytarılmalıdır. Belə ki, iddiaçı tərəfindən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edlməmişdir. İddia ərizəsinə əlavə edilmiş ödəniş qəbzində isə həmin ödənişin «notarius ödənişləri» olduğu göstərilmişdir. Odur ki, qeyd olunan ödəniş qəbzi dövlət rüsumunun qanunla nəzərdə tutulmuş qaydada ödənilməsini təsdiq edən sənəd kimi qəbul edilə bilməz. MPM-nin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd olunanlara əsasən ərizə və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalı və ona izah edilməlidir ki, o, qeyd olunan nöqsanları aradan qaldırdıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 152, 263-264, 267- 268-cu maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı Cavabdeh oğluna qarşı «istifadə hüququnun itirilməsinə dair» ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Almaz Süleymanova
Məhkəmə qərarları › İş №2(060)-8021/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-8021/2021
22.09.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver