Məhkəmə qərarları › İş №2(060)-8027/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-8027/2021

17.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-8027/2021 17.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlu, Ərizəçi hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi (Maraqlı tərəf: Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsi) tələbinə dair ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək müəyyən etdi: Ərizəçi hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi (Maraqlı tərəf: Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsi) tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edilməlidir. Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Məhkəmə hesab edir ki, torpağın və ya evin qanuni qeydiyyata alınması tələbi ilə bağlı iddiaçı səlahiyyətli inzibati orqana müraciət etməlidir. İddiaçı, səlahiyyətli orqan müraciətinə münasibət bildirdikdən sonra narazı qaldığı təqdirdə həmin orqanın hərəkəti və ya qərarı ilə bağlı inzibati, eləcə də məhkəmə qaydasında müraciət etmək hüququna malikdir. İş materiallarından görünür ki, 14 iyul 2021-ci il tarixli müraciətə baxılması barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsindən Ərizəçi ünvanlanmış məktubdan görünür ki, sözügedən daşınmaz əmlaka dair qanunvericilikdə nəzərdə tutulmuş əsaslardan biri idarəyə təqdim edildikdən sonra müraciətə qanuna müvafiq qaydada baxılacağı qeyd edilmişdir. Buna görə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən ərizənin icrasından imtina edilməsi məqsədə müvafiq hesab edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçının qeyd etdiyi mənzilin qanuni qeydiyyata alınması inzibati orqana müraciəti əsasında mümkün olur. İddiaçı, səlahiyyətli orqan müraciətinə münasibət bildirdikdən sonra narazı qaldığı təqdirdə həmin orqanın hərəkəti və ya qərarı ilə bağlı inzibati, eləcə də məhkəmə qaydasında müraciət etmək hüququna malikdir. Göstərilənlərə əsasın və Azərbaycan Respublikası MPM-nin 153.2.1, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizəçi hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi (Maraqlı tərəf: Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsi) tələbinə dair ərizənin yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar