Məhkəmə qərarları › İş №2(060)-8030/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-8030/2021

04.11.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-8030/2021 04.11.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi Məhkəmə iclas katibi X1 İddiaçı nümayəndəsi və vəkili Vəkil və Cavabdeh1 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və maraqlı tərəf Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı “yaşayış sahəsinin naturada bölgüsü, təcrid olunmuş otaqlara dair ayrıca icarə müqaviləsinin bağlanması və mənzildən həm istifadə, həm də xərclərlə iştirakla bağlı qaydaların müəyyən edilməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, 2-ci m/r-n, 35/20 B saylı evin 1-ci mərtəbəsində yerləşən 46-cı mənzilin naturada bölünməsinə və həmin mənzilin bir otağının onun, digər iki otağının isə qardaşının və onun ailə üzvlərinin istifadəsinə verilməklə təcrid olunmuş otaqlara dair ayrıca mənzil icarə müqaviləsinin bağlanması və aralarında mübahisəli mənzildən həm istifadə, həm də xərclərdə iştirakla bağlı qaydaların müəyyən edilməsi barədə qətnamə qəbul etməyi xahiş etmişdir. Məhkəmədə İddiaçı nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək göstərdi ki, mübahisəli 46-cı mənzil Sumqayıt şəhəri, 2-ci mikrorayon, 35/20 B saylı 5 mərtəbəli evin 1-ci mərtəbəsində yerləşməklə ümumi yaşayış sahəsi 47,05 kv.metr olan 3 otaqdan ibarətdir və həmin mənzil Sumqayıt şəhər XDS İK-nin Mənzillərin Qeydiyyatı və Bölüşdürülməsi Şöbəsinin 12.10.1978-ci il tarixli, 06/358 saylı Orderi ilə iddiaçının mərhumə anası X2 adına verilmişdir. Anası 08.05.2017-ci il tarixdə vəfat etmiş və onun vəfatından sonra mənzildə qardaşı Cavabdeh1 və onun ailəsi ilə onlarla birgə yaşayışları alınmır. Tez-tez aralarında ailə-məişət münaqişəsi zəminində mübahisə baş verir. Birgə yaşayışlarının alınmadığından, mənzilin naturada bölünərək bir otağının iddiaçının, digər iki otağının isə qardaşının və onun ailə üzvlərinin istifadəsinə verilməklə təcrid olunmuş otaqlara dair ayrıca mənzil icarə müqaviləsinin bağlanmasını və aralarında mübahisəli mənzildən həm istifadə, həm də xərclərdə iştirakla bağlı qaydaların müəyyən edilməsini məqsədə müvafiq hesab edir. Ona görə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Göstərilənləri nəzərə alaraq, Sumqayıt şəhəri, 2-ci m/r-n, 35/20 B saylı evin 1-ci mərtəbəsində yerləşən 46-cı mənzilin naturada bölünməsinə və həmin mənzilin bir otağının iddiaçının, digər iki otağının isə qardaşının və onun ailə üzvlərinin istifadəsinə verilməklə təcrid olunmuş otaqlara dair ayrıca mənzil icarə müqaviləsinin bağlanması və aralarında mübahisəli mənzildən həm istifadə, həm də xərclərdə iştirakla bağlı qaydaların müəyyən edilməsi barədə qətnamə çıxarmağı məhkəmədən xahiş etdi. Məhkəmədə Cavabdeh1 iddia tələbini qəbul etməyərək göstərdi ki, iddiaçının ərizəsində qeyd etdikləri şər-böhtan xarakteri daşıyır. Belə ki, valideynləri rəhmətə gedən gündən bu vaxta qədər bacısı Səbinə onun yanında qalıb, nə o, nə də evdə olan digər bir nəfər iddiaçıya heç nə deməyib. Əksinə tapşırmışdır ki, iddiaçıya heç nə deyilməsin, bütün kommunal xərclər də onun tərəfindən həyata keçirilir. Valideynlərinin bütün yas mərasimi xərclərini o, tək oğlu olaraq yoluna qoymuşdur. Səbinənin bu yolda heç bir rolu olmayıb. Əksinə valideynlərinin təqaüd pulları alınan gündən valideynləri ölənə qədər bacıları arasında xərclənir. Hazırda iddiaçını sözügedən mənzildən heç kəs qovmur. İstədiyi müddətə qədər yaşaya bilər. Qətnamə çıxarılarkən göstərilənləri nəzərə alıb iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. İş üzrə cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və maraqlı tərəf Sumqayıt şəhər İcra Hakimiyyəti qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişlər. Ona görə də Azərbayçan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və maraqlı tərəf Sumqayıt şəhər İcra Hakimiyyətinin nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə İddiaçı nümayəndəsi və vəkili Vəkil və Cavabdeh1 dinləyib, izahatını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək, sübutlara məcmu halda qiymət verərək belə hesab edir ki, iddia tələbi “təcrid olunmuş otaqlara dair ayrıca icarə müqaviləsinin bağlanması” hissəsi ümumi məhkəmədə baxılmalı olmadığından iş üzrə həmin hissədə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi inzibati hüquq münasibətləri ilə bağlı münasibətlərin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 261.0 və 261.0.1-ci maddələrinə görə iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli, 4 saylı Qərarının 15.4-cü bəndinə əsasən inzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, Mülki Prosessual Məcəllənin 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, Mülki Prosessual Məcəllənin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən irəli sürülmüş tələbin mahiyyəti inzibati xarakterli olduğundan hazırki iddia tələbinə ümumi yurisdiksiyalı məhkəmədə baxılmalı deyil, həmin tələblə bağlı müvafiq inzibati məhkəməyə müraciət olunmalıdır. İddiaçıya hazırki iddia tələbi ilə müvafiq inzibati məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və maraqlı tərəf Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı «təcrid olunmuş otaqlara dair ayrıca icarə müqaviləsinin bağlanması tələbinə dair» hissəsi ilə bağlı mülki işə ümumi yurisdiksiyalı məhkəmədə baxılmalı olmadığından iddia tələbinin icraatına həmin hissədə xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRAR V E R D İ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və maraqlı tərəf Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı «təcrid olunmuş otaqlara dair ayrıca icarə müqaviləsinin bağlanması tələbinə dair» hissəsi ilə bağlı mülki işə ümumi yurisdiksiyalı məhkəmədə baxılmalı olmadığından iddia tələbinin icraatına həmin hissədə xitam verilsin. Qərardaddan 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar