Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-8063/2025 13.01.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mübahisəli mənzilə-mərhum anası X1 məxsus dövlət mənzil fonduna aid ünvan 1 ünvanında 5 mərtəbəli daş binanın 5-ci mərtəbəsində yerləşən, sahəsi 47,05 kv.metr, 3 otaqlı mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh vəsatətlə məhkəməyə müraciət edərək Sumqayıt Şəhər Məhkəməsində İddiaçı qarşı verdiyi mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair iddasının hakim xanım Vəfa Şirəliyevanın icraatında olduğunu (2(060)-7980/2025 saylı iş) və hər iki işdə eyni tərəflər, eyni predmet barədə mübahisə olunduğu üçün hər iki iş bir icraatda birləşdirilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı, onun nümayəndəsi və vəkili iddianı müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh, onun nümayəndəsi və vəkili vəsatəti müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, hər iki tələb bir-biri ilə əlaqəli olduğundan, hər iki işlərin bir icraatda baxılması tərəflər arasında olan mübahisələrin daha tez və obyektiv həllinə xidmət etdiyi üçün hazırkı mülki işlər bir icraatda birləşdirilməlidir. Məhkəmə gedişatında müəyyən edilmişdir ki, iddiaçı Cavabdeh İddiaçı qarşı qarşı mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair 2(060)-7980/2025 saylı iddia ərizəsi üzrə mülki iş Sumqayt Şəhər Məhkəməsinin digər hakiminin icraatında baxılmaqdadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 43.1-ci maddəsinə əsasən əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 43.2-ci maddəsinə əsasən birbiri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 169.3-cü maddəsinə əsasən, hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Həmin Məcəllənin 169.4-cü maddəsinə əsasən, bu Məcəllənin 169.1-169.3-cü maddələrində göstərilən hərəkətləri hakim çəkişmə prinsipinə əməl etməklə həmin məsələ üzrə işdə iştirak edən şəxsləri dinlədikdən sonra edə bilər. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə barədə iddia tələbi üzrə 2(060)-8063/2025 saylı mülki iş məhkəmənin digər hakiminin icraatında olan iddiaçı Cavabdeh İddiaçı qarşı mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair 2(060)-7980/2025 saylı iddia ərizəsi üzrə mülki işə birləşdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261, 263 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə barədə iddia tələbi üzrə 2(060)-8063/2025 saylı mülki iş məhkəmənin digər hakiminin icraatında olan iddiaçı Cavabdeh İddiaçı qarşı qarşı mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair 2(060)-7980/2025 saylı iddia ərizəsi üzrə mülki işə birləşdirilsin. Hakim Elçin Kazımov
Məhkəmə qərarları › İş №2(060)-8063/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-8063/2025
13.01.2026 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver