Məhkəmə qərarları › İş №2(060)-8084/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-8084/2024

06.12.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-8084/2024 06.12.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Hüseynov Elmir Xoşbəxt oğlu, İddiaçı Cavabdeh ASC-yə qarşı pozumuş hüquqlarının bərpası və vurulmuş xəsarətə görə ödənc pulunun ödənilməsi və digər tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, pozulmuş əmək hüquqlarının və maddi prosessual hüquqlarının bərpa olunması, 668 saylı arayışa əsasən 1989-cu il avqust və sentyabr aylarının orta əmək haqqından vurulmuş xəsarətə görə ödənc pulu 1991-ci ildən 2024-cı ilədək hesablanması, vurulmuş xəsarətə görə ödənc pulunun ödənilməsi, həmçinin 1992-cı ildən müharbəyə könüllü getməyinə mane olan 2-ci dərəcəli əlillik dərəcəsi 1992-ci il iyun ayından 2015-ci il iyul ayınadək orta əmək haqqının bərpa olunması 403293 manat vurulmuş xəsarətə görə ödənc pulun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edilməlidir. Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Belə ki, ərizənin mətnindən görünür ki, ərizəçi 2-ci dərəcəli əlillik dərəcəsinin bərpa olunması üçün məhkəməyə müraciət etmişdir, halbu ki, bu barədə müvafiq inzibati orqana Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməli idi. Beləliklə, məhkəmə MPM-nin 153.2.1-ci maddəsini tətbiq edərək hesab edir ki, İddiaçı Cavabdeh ASC-yə qarşı pozumuş hüquqlarının bərpası və vurulmuş xəsarətə görə ödənc pulunun ödənilməsi əlilliyin bərpa edilməsi tələbinə dair iddia ərizəsinin iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, ərizə məhkəməyə verilərkən MPM-nin 153.2.1-ci maddəsinin tələbi pozulduğundan, ərizənin qəbulundan imtina edilməli, Şərh edilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh ASC-yə qarşı pozumuş hüquqlarının bərpası və vurulmuş xəsarətə görə ödənc pulunun ödənilməsi və digər tələbinə dair iddia ərizəsinin iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilsin. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) verilir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar