Məhkəmə qərarları › İş №2(060)-8088/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-8088/2021

27.10.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-8088/2021 27.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qızına qarşı “mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və onların azyaşlı övladları 01.09.2015-ci il təvəllüdlü X6 oğlunun və 29.06.2013-cü il təvəllüdlü Nəsirova Banu Sərvaz qızının barədə qətnamə qəbul etməyi xahiş etmişdir. İddiaçı iddia tələbinə dəqiqləşmə verərək, Cavabdeh1 və azyaşlı övladları 01.09.2015-ci il təvəllüdlü X6 oğlunun və 29.06.2013-cü il təvəllüdlü Nəsirova Banu Sərvaz qızının Sumqayıt şəhəri, 9-cu mikrorayon (köhnə), 73 saylı evin, 52-ci mənzilindən istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı iddia ərizəsini müdafiə edərək göstərdi ki, Sumqayıt şəhəri, 9cu mikrorayon (köhnə), 73 saylı evin, 52-ci mənzili mülkiyyət hüququ ilə ona məxsusdur. Sözügedən mənzili 13.07.2021-ci ildə, AN-1 № ******* saylı "Daşınmaz əmlakın alqı-satqı” müqaviləsi əsasında almışdır. Həmin mənzilə görə AR Əmlak Məsələləri Dövlət Komitəsi Yanında DƏDRX-niıı Sumqayıt Ərazi İdarəsi tərəfindən 22.07.2021-ci ildə Çıxarış verilmişdir. “Daşınmaz əmlakın alqı-satqı” müqaviləsinin 13-cü bəndinə görə satıcı(lar) 13 sentyabr 2021-ci ilə qədər qeydiyyatdan çıxmalı olduğu halda hal-hazıradək mənzildən qeydiyyatdan çıxmamışlar. Cavabdehlər mənzilin keçmiş mülkiyyətçisi (Cavabdeh1) və onun ailə üzvləridir. Bundan əlavə cavabdehlərin azyaşlı övladları 01.09.2015-ci il təvəllüdlü X6 oglu və 29.06.2013-cü il təvəllüdlü Nəsirova Banu Sərvaz qızı da qeydiyyatdadırlar. Onların onun mənzilində qeydiyyatda olmaları onun mənzil hüququnun həyata keçirilməsinə mane olur, əlavə xərclər çəkilməsinə səbəb olur. Cavabdehlərin qeydiyyatı formal xarakter daşıyır. İddia ərizəsi məhkəməyə təqdim edildikdən sonra Asan- Sumqayıt tərəfindən verilmiş 26.10.2021 -ci il tarixli arayışdan ona məlum olmuşdur ki, mülkiyyətçisi olduğu mənzildə iddia ərizəsində qeyd etdiyi cavabdehlərdən Cavabdeh2 və Cavabdeh3 mülkiyyətçisi olduğu Sumqayıt şəhəri, 9-cıı mikrorayon (köhnə), 73 saylı evin, 52-ci mənzilindən pasport qeydiyyatından çıxmışlar. Digər Cavabdeh1 və onuna zyaşlı övladları 01.09.2015-ci il təvəllüdlü X6 oğlu və 29.06.2013-cü il təvəllüdlü Nəsirova Banu Sərvaz qızı mülkiyyətçisi olduğu Sumqayıt şəhəri, 9-cu mikrorayon (köhnə), 73 saylı evin, 52-ci mənzilində pasport qeydiyyatındadırlar. Göstərilənləri nəzərə alaraq, Cavabdeh1 və azyaşlı övladları 01.09.2015-ci il təvəllüdlü X6 oğlunun və 29.06.2013-cü il təvəllüdlü Nəsirova Banu Sərvaz qızının Sumqayıt şəhəri, 9-cu mikrorayon (köhnə), 73 saylı evin, 52-ci mənzilindən istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarmağı məhkəmədən xahiş etdi. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclaslarında “COVİD-19” virusu əleyhinə peyvənd olunmadığı üçün iştirak edə bilməyəcəyini və iddia tələbini qəbul edir və iddia tələbinə qarşı heç bir etirazının olmadığını bildirmişdir. Belə olan halda, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə Cavabdeh1 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə İddiaçı izahatını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edib, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. İş materiallarında olan 13.07.2021-ci il tarixli, AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən müəyyən edilir ki, X4, X5 və Cavabdeh1 mülkiyyətlərində olan Sumqayıt şəhəri, 9-cu mikrorayon (köhnə), ev 73, mənzil 52-ni İddiaçı 80000 (səksən min) manata satmışdır. Müqavilənin 13-cü bəndinə əsasən satıcılar X4, X5 və Cavabdeh1 13.09.2021-ci il tarixə kimi qeydiyyatdan çıxmağı öhdələrinə götürmüşlər. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən “çıxarış”ın surətindən görünür ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon (köhnə), ev 73, mənzil 52 xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəli reyestrində 22.07.2021-ci il tarixində qeydiyyata alınmışdır. İş materiallarında olan Cavabdeh1 ərizəsindən görünür ki, o, iddianı qəbul edir və iddiaçıya qarşı heç bir etirazı yoxdur. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı, 26.10.2021-ci il tarixli arayışın surətindən görünür ki, Cavabdeh1 və azyaşlılar 01.09.2015-ci il təvəllüdlü X6 oğlu və 29.06.2013-cü il təvəllüdlü Nəsirova Banu Sərvaz qızı Sumqayıt şəhəri, 9-cu mikrorayon (köhnə), ev 73, mənzil 52-də qeydiyyatdadırlar. İş materiallarında AZE seriyalı, № ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh1 Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 73, mənzil 52-də qeydiyyatdadır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİ hissəsinə görə mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Cavabdehin qeyd olunan mənzildə qeydiyyatda qalması iddiaçının mülkiyyət hüquqlarını, həmçinin mülkiyyət hüququnun tərkib hissəsi olan sərəncam hüququnu məhdudlaşdırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyanın alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarından göründüyü kimi, Sumqayıt şəhəri, 9-cu mikrorayon (köhnə), ev 73, mənzil 52-nin keçmiş sahibləri alqı-satqı müqaviləsinə əsasən həmin mənzili alıcı İddiaçı hüquqlarından azad verməyi və müqavilə notarial qaydada təsdiq olunduğu tarixdən razılaşdırılmış müddətdə satdığı mənzildən qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. Lakin mənzilin keçmiş sahibləri üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirməmiş, özləri və ailə üzvləri mənzili boşaldaraq alıcıya təhvil verib, başqa yaşayış yerinə getsələr də, mənzildən qeydiyyatdan çıxmamış və mənzil cavabdehlərin hüquqlarından azad olunmamışdır. Hazırda iddiaçının qanunla qorunan mülkiyyət hüquqları pozulduğundan, o, məhkəmədə haqlı olaraq iddia qaldırmaq məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Azərbayçan Respublikası MPM-nin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Şərh edilənləri və cavabdehlin iddia tələbini qəbul etməsini nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh1 və azyaşlı övladları 01.09.2015ci il təvəllüdlü X6 oğlunun və 29.06.2013-cü il təvəllüdlü Nəsirova Banu Sərvaz qızının Sumqayıt şəhəri, 9-cu mikrorayon (köhnə), 73 saylı evin, 52-ci mənzilinə olan istifadə hüquqlarına xitam verilməli və iş üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumu Cavabdeh1 alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmələr yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş ücün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh1 və azyaşlı övladları 01.09.2015-ci il təvəllüdlü X6 oğlunun və 29.06.2013-cü il təvəllüdlü Nəsirova Banu Sərvaz qızının Sumqayıt şəhəri, 9-cu mikrorayon (köhnə), 73 saylı evin, 52-ci mənzilinə olan istifadə hüquqlarına xitam verilsin. İş üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumu Cavabdeh1 alınaraq İddiaçı ödənilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, bir ay müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar