Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-81/2021 20.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Məmmədov Rəsul Yasər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh və qeyrilərinə qarşı mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, cavabdehin ünvan 1-dən istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisəli ünvan 1 (bundan sonra – mübahisəli mənzil) yataqxana tipli olmaqla 1999-cu ildə mərhum iddiaçının əri X3 verilmişdir. 1999-cu ildə göstərilən mənzilə ailəsi ilə birgə köçmüşlər. Cavabdeh mərhum ərinin qeyri rəsmi nikahdan anadan olmuş qızıdır. Müəyyən sosial problemlərin həll olunması üçün xx.xx.2003- cü il tarixdə göstərilən mənzildə onların razılıqları olmadan qeydiyyata düşsə də, mənzildə heç vaxt yaşamamışdır. Cavabdeh 1999-cu ildən 2003-cü ilə qədər Vladimir vilayətinin Kolçuqino şəhərinin 4 saylı məktəbində təhsil almışdır. Daha sonra Azərbaycana qayıdıb Bakı şəhərində anasıyla yaşamış və orada orta təhsilini davam etdirmişdir. Cavabdeh heç vaxt həmin mənzildə yaşamamış və həmin mənzildə onun hər hansı bir əmlakı mövcud deyil. Cavabdeh mübahisəli mənzildə heç vaxt yaşamamışdır. Bunu qonşuların iştirakı ilə tərtib olunmuş akt təsdiq edir. Mübahisəli mənzil 1999-cu ildə alınarkən cavabdeh anası ilə birgə başqa bir mənzildə yaşamışdır. Sonradan cavabdeh Rusiya Federasiyasına getmiş, orada təhsil almışdır. 2003-cü ildə Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyət vəsiqəsinin alınması ilə bağlı müraciət olunmuş, cavabdehə Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyət vəsiqəsi verilmiş qeydiyyat yeri kimi mübahisəli mənzil göstərilmişdir. İddiaçı sonradan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddianın dəqiqləşməsi barədə ərizələr təqdim edərək, Cavabdeh ilə yanaşı X8, X5, X11, Tağıyeva Pərvanə Fərhad qızının və cavabdehin övladı xx.xx.2006-cı il təvəllüdlü X1 da mübahisəli mənzilə istifadə hüquqlarına xitam verilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə iş üzrə icraat Cavabdeh İddiaçı qarşı mənzilə köçürülmə tələbinə dair mülki işə baxılıb yekun qərar qəıbul edilənədək dayandırılmışdır. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2021-ci il tarixli qərardadı ilə iş üzrə icraat təzələnmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə bildiriş göndərilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən edilir ki, iddiaçı xx.xx.1966-cı ildə anadan olmuş, hazırda mübahisəli mənzildə qeydiyyatdadır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışına əsasən xx.xx.1986-cı il təvəllüdlü Cavabdeh, xx.xx.1952-ci il təvəllüdlü X8, xx.xx.1955-ci il təvəllüdlü X5, habelə yetkinlik yaşına çatmayan xx.xx.2017ci il təvəllüdlü X12, xx.xx.1985-ci il təvəllüdlü X11, xx.xx.1980-ci il təvəllüdlü Tağıyeva Pərvanə Fərhad qızı Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, ev 6-da yerləşən 8 saylı mənzildə (bundan sonra – mübahisəli mənzil) qeydiyyatdadırlar. İ-HA 317046 saylı nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, cavabdeh X6 ilə xx.xx.2000-ci il tarixdə nikah bağlamışdır. “Neftqazavtomat” EİB-nin xx.xx.1999-cu il tarixli, 211 saylı orderinə əsasən mübahisəli mənzilin X3 verildiyi müəyyən edilir. Kimyaçılar qəsəbəsi üzrə 2 saylı Məhəllə Komitəsinin möhürü ilə təsdiq edilmiş, Ramiz Səmədov, Gülnar Səmədova, Əminə Rzayeva və Bəyim Əliyeva tərəfindən tərtib olunmuş və imzalanmış aktda göstərilmişdir ki, mübahisəli mənzilin icarədarı X6 olmuş və həmin mənzildə yaşamışdır. Qismət Hüseynov xx.xx.2018-ci ildə vəfat etmişdir. İddiaçı Qismət Hüseynovun həyat yoldaşı olmaqla həmin mənzildə yaşayır. Cavabdeh isə mübahisəli mənzildə yaşamır və onun mənzildə heç bir əmlakı yoxdur. Müəyyən edilmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(060)-497/2019 saylı qətnaməsi ilə cavabdehin övladı xx.xx.2006-cı il təvəllüdlü X7 ilə birlikdə mübahisəli mənzilə köçürülmələri qət edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(105)-2795/219 saylı qətnaməsi ilə həmin qətnamə ləğv edilmiş, cavabdehin xx.xx.2006-cı il təvəllüdlü X7 ilə birlikdə mübahisəli mənzilə köçürülməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(102)-1820/2020 saylı qərarı ilə Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının qətnaməsi ləğv edilmiş və iş yeni apelyasiya baxışına qaytarılmışdır. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020ci il tarixli, 2(105)-2430/2020 saylı qətnaməsi ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(060)-497/2019 saylı qətnaməsi ləğv edilmiş, cavabdehin mübahisəli mənzilə köçürülmə barədə iddiası təmin edilməmişdir. Qətnamədən kassasiya şikayəti verilməmiş və qətnamə qanuni qüvvəsini almışdır. Əvvəlki məhkəmə iclasında ifadə vermiş şahid X10 ifadəsində bildirmişdir ki, iddiaçı ilə qonşudur və onu 1 ildən artıq müddətdir ki, tanıyır. Mübahisəli mənzildə əvvəllər iddiaçının baldızı, Mahirə adlı qadın qızı ilə birlikdə yaşayırdı. Sonra qızı ailə həyatı quraraq oradan köçmüşdür. İddiaçının həyat yoldaşı vəfat etdikdən sonra o, mübahisəli mənzilə köçmüş, Mahirə isə qızının yanına getmişdir. Məhkəmə hesab edir ki, öncə iddiaçının hazırkı tələblə məhkəməyə müraciət etmək hüququnun, yəni iddia qaldırmaq üçün subyektiv hüququnun olub-olmaması müəyyən edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Göründüyü kimi mübahisəli mənzil order əsasında iddiaçının mərhum həyat yoldaşına verilmişdir. İddiaçı həmin mənzildə qeydiyyatda olmaqla yaşayır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Önəryıldız Türkiyəyə qarşı” iş üzrə xx.xx.2004-cü il tarixli qərarında göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci hissəsində «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da əmlak və beləliklə, «mülkiyyət» kimi qiymətləndirilə bilər. «Mülkiyyət» anlayışı mövcud mülkiyyətlə məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və qanuni gözləntiyə malik olduğuna dair tələblərini də əhatə edir. Məhkəmə hesab edir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda qeyd edilən Qərarında göstərilən “hüquqi gözlənti” anlayışı konkret əmlak üzərində şəxsin hazırda mülkiyyət hüququ olmasa da, onun həmin hüququ gələcəkdə əldə edəcəyinə dair real gözləntisini nəzərdə tutur. İddiaçı özü mübahisəli mənzilin mülkiyyətçisi olmasa da, həmin əmlakın icarədarı onun mərhum əri olduğundan və həmin əmlak üzərində onun hüquqi gözləntisinin olduğu üçün məhkəmə hesab edir ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməkdə subyektiv hüquqa malikdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra - MPM) əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir (82.3.). Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(105)- 2430/2020 saylı qətnaməsində göstərilmişdir ki, Cavabdeh mübahisəli mənzildə heç vaxt yaşamamışdır və onun mənzildə heç bir əmlakı yoxdur. Bu qeyd edilən əsasla da onun mənzilə köçürülmə barədə iddiası təmin edilməmişdir. Göründüyü kimi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə cavabdehin mübahisəli mənzilə köçürülmə barədə iddiası təmin edilməmişdir. Lakin, cavabdehin və onun yetkinlik yaşına çatmayan uşağı mübahisəli mənzildə qeydiyyatdadırlar. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Göründüyü kimi şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması əsaslarından da biri onun barəsində yaşayış sahəsindən çıxarılma və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamənin olmasıdır. Digər cavabdehlərə gəldikdə isə işin müəyyən edilmiş hallarından göründüyü kimi onların mübahisəli mənzildə qeydiyyatları formal xarakter daşıyır. Məhkəmə hesab edir ki, cavabdehlərin iddiaçının xüsusi mülkiyyətində olan mənzildə qeydiyyatda qalmaları iddiaçının mənafeyinə zidd olmaqla bir mülkiyyətçi kimi onun hüquqlarının məhdudlaşdırılmasına səbəb olur. Bu səbəbdən iddia təmin edilməli və cavabdehlərin mübahisəli mənzilə istifadə hüquqlarına xitam verilməlidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. Məhkəmə hesab edir ki, cavabdehlərin mübahisəli mənzilə istifadə hüquqları itirildiyi üçün Cavabdeh ilə birlikdə yaşayan xx.xx.2006-cı il təvəllüdlü X1 da mübahisəli mənzildən istifadə hüquqlarına xitam verilməlidir. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər X4, X2, X9, Tağıyeva Pərvanə Fərhad qızının, Cavabdeh və yetkinlik yaşına çatmayan xx.xx.2006-cı il təvəllüdlü X1 ünvan 1 ünvanına istifadə hüquqları itirilmiş hesab olunsun. Hazırkı qətnamə göstərilən şəxslərin həmin mənzildən qeydiyyatdan çıxarılmaları üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-81/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-81/2021
20.04.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver