Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-821/2021 12.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə və vəkili Vəkil2, Cavabdeh1 Şadətulla oğlunun və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Şadətulla oğluna və Cavabdeh2 qarşı mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair mülki işə ünvan 1qayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh1 Şadətulla oğluna və Cavabdeh2 (bundan sonra – cavabdehlər) qarşı iddia ərizəsi ilə ünvan 1qayıt Şəhər Məhkəməsinə müraciət edərək cavabdehlərin ünvan 1qayıt şəhəri, 1-ci mikrorayon, 122 saylı evin 21 saylı mənzilinə olan istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1qayıt şəhəri, 1-ci mikrorayon, 122 saylı evin 21 saylı mənzili dövlət fonduna aid olan mənzildir. Həmin mənzilin icarədarı orderə əsasən iddiaçıdır. Cavabdeh1 iddiaçının oğlu, Cavabdeh2 isə iddiaçının nəvəsidir. Cavabdehlər 2009-cu ilin ortalarından həmin mənzili tərk edərək ailə üzvləri ilə birlikdə Bakı şəhərində yaşayırlar. Onların mənzilə faktiki olaraq heç bir ehtiyacları yoxdur. Buna baxmayaraq iddiaçı ilə cavabdehlər arasında mənzillə bağlı fikir ayrılığı yaranmışdır. İddiaçı mənzilin potensial mülkiyyətçisi olmaqla gələcəkdə mənzilə sərəncam vermək hüququndan istifadə etmək fikrindədir. Cavabdehlərin qanunsuz hərəkətləri isə onu bu imkandan məhrum edir. Cavabdeh1 işin məhkəmə baxışı zamanı iddiaya yazılı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, xx.xx.1971-ci il tarixli order əsasında Cavabdeh1 ünvan 1qayıt şəhəri, 1-ci mikrorayon, 122 saylı evin 21 saylı mənzilindən istifadə hüququ vardır ki, o da həmin hüquqdan istifadə edərək həmin mənzildə yaşayır. Onun pasport qeydiyyatı da həmin evədir və başqa hər hansı yaşayış yeri yoxdur. Cavabdeh mənzili tərk etməmişdir. Hətta o, ailə üzvləri ilə müvəqqəti olaraq Bakı şəhərində kirayə mənzildə yaşamış olsa belə, bu onun ünvan 1qayıt şəhəri, 1-ci mikrorayon, 122 saylı evin 21 saylı mənzilinə olan ehtiyacının aradan qalxması anlamına gələ bilməz. Cavabdehin oğlu ünvan 1qayıt şəhərində orta məktəbdə təhsil almışdır. Bu da onun həmin mənzildə yaşadığını təsdiq edir. Cavabdeh1 məxsus olan bir çox məişət əşyaları da həmin mənzildə yerləşir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddia ərizəsi ilə oxşar məzmunlu izahat verdi və həmçinin bildirdi ki, o, iddiaçının qızıdır. Cavabdeh1 mübahisəli mənzildə bir neçə əşyası qalmışdır. Lakin, o mənzildən istifadə etmir. İddiaçının məqsədi mənzili özəlləşdirməkdir. Lakin, Cavabdeh1 buna razılıq vermir. Hətta cavabdehə pul da təklif edilib ki, özəlləşdirməyə razılıq versin. Lakin, o buna razı olmayıb. Qeyd edilənlərə əsasən nümayəndə iddianın təmin edilməsini xahiş etdi. İddiaçının vəkili məhkəmə iclasında iddianı müdafiə edərək bildirdi ki, iddiaçının məqsədi mənzili özəlləşdirməkdir. Lakin, cavabdehin buna razılıq verməməsi vəziyyəti çıxılmaz edir. Bu səbəbdən iddiaçının hüquqları pozulur. Qeyd edilənlərə əsasən vəkil iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında iddia tələbinə yazılı etirazla oxşar məzmunlu izahat verdi və iddianın təmin edilməməsini xahiş etdi. Cavabdehin vəkili məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, cavabdehlərin Bakı şəhərində yaşamaları və onların ünvan 1qayıt şəhəri, 1-ci mikrorayon, 122 saylı evin 21 saylı mənzilinə yaşayış sahəsi kimi ehtiyaclarının aradan qalxması iş üzrə sübutlarla təsdiq edilmir. Əksinə onların təqdim etdiyi sübutlar cavabdehlərin mübahisəli mənzildə yaşadıqlarını təsdiq edir. Bu səbəbdən vəkil iddianın təmin edilməməsini xahiş etdi. Digər Cavabdeh2 məhkəmə iclası barədə məlumagt verilsə də, o məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən edilir ki, iddiaçı xx.xx.1943-cü ildə anadan olmuşdur. O, hazırda ünvan 1qayıt şəhəri, 1-ci mikrorayon, 122 saylı evin 21 saylı mənzilində (bundan sonra – mübahisəli mənzil) qeydiyyatdadır. Cavabdeh1 xx.xx.1964-cü ildə, Cavabdeh2 isə xx.xx.1992-ci ildə anadan olmuşlar. Cavabdehlər hər ikisi mübahisəli mənzildə qeydiyyatdadırlar. İşdən görünür ki, mübahisəli mənzil xx.xx.1971-ci il tarixli order əsasında iddiaçıya verilmişdir. Orderdə iddiaçının ailə üzvləri sırasında Cavabdeh1 da göstərilmişdir. ünvan 1qayıt şəhəri, 1-ci mikrorayon, 122 saylı evin 19 saylı mənzilində yaşayan X3 və həmin evin 7-ci mənzilində yaşayan X1 tərəfindən tərtib edilərək imzalanmış və 5 saylı Mənzil Kommunal Sahəsinin möhürü ilə təsdiq edilmiş aktda göstərilmişdir ki, aktı tərtib edən şəxslərdə olan məlumata əsasən cavabdehlər mübahisəli mənzildən 2009-cu ilin ortalarından istifadə etmirlər və həmin ünvanda heç bir əmlakları yoxdur. ünvan 1qayıt şəhəri, 1-ci mikrorayon, 122 saylı evin 18 saylı mənzilində yaşayan X4 və həmin evin 48-ci mənzilində yaşayan X1 tərəfindən tərtib edilərək imzalanmış və 5 saylı Mənzil Kommunal Sahəsinin möhürü ilə təsdiq edilmiş aktda göstərilmişdir ki, Cavabdeh1 mübahisəli mənzildə yaşayır və mənzildə ona məxsus olan məişət əşyaları mövcuddur. Cavabdeh tərəfindən məhkəməyə Cavabdeh1 ünvan 1qayıt şəhər 16 nömrəli tam orta məktəbdən verilmiş fəxri fərmanın fotoşəkli, həmçinin həmin məktəblə bağlı çəkilmiş fotoşəkilləri və Cavabdeh1 mübahisəli mənzildə çəkdirdiyi fotoşəkillər əlavə edilmişdir. Məhkəmə iclasında ifadə vermiş şahid X2 öz ifadəsində bildirmişdir ki, o, Cavabdeh1 təxminən 3-4 ildir ki, tanıyır. Diş poliklinikasının aşağısında taksi dayanacağı yerləşir. O, həmin dayanacaqda nəzarətçi işləyir. Cavabdeh1 hər gün təxminən 09:00-da dayanacağa gəlir və avtomobilini burada saxlayır. Avtomobili saxladıqdan sonra onun hara getdiyini bilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2001-ci il tarixli Qərarında göstərilmişdir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. İşdən göründüyü kimi mübahisəli mənzil 09/188 saylı, xx.xx.1971-ci il tarixli order əsasında iddiaçıya verilmişdir. Bu səbəbdən hazırkı mübahisəyə xx.xx.2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin müddəalarına əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. İşin müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh1 iddiaçının oğlu, Cavabdeh2 isə nəvəsi (Cavabdeh1 oğlu) olmaqla mübahisəli evdə ididaçının ailə üzvü kimi yaşamış və onunla birgə təsərrüfat aparmışlar. Eyni zamanda xx.xx.1971-ci il tarixli orderdə iddiaçının ailə üzvü kimi Cavabdeh1 adı qeyd edilmişdir. Yəni, cavabdehlərin mübahisəli mənzilə istifadə hüquqları mövcuddur. Yuxarıda qeyd edilən Məcəllədə həmçinin göstərilir ki, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır (60). İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir (87). İddiaçı cavabdehlərin mübahisəli mənzilə istifadə hüquqlarına xitam verilməsini xahiş etsə də, öncə qeyd edilməlidir ki, mübahisəli mənzil özəlləşdirilməmişdir və dövlət mənzil fonduna aiddir. Belə olan halda Cavabdeh1 da icarədarın ailə üzvü kimi mənzillə bağlı iddiaçı ilə bərabər hüquq və vəzifələrə malikdir. Eyni zamanda iddiaçı özünü potensial mülkiyyətçi hesab edərək cavabdehlərin mübahisəli mənzildən istifadə hüquqlarına xitam verilməsini xahiş edirsə, onların daimi yaşamaq üçün başqa yerə getdiklərini, mənzillə heç bir əlaqələrinin olmadığını və mənzilə yaşayış sahəsi kimi ehtiyaclarının aradan qalxdığını sübut etməlidir. Lakin, iddiaçı qeyd edilən halları sübut edə bilməmişdir. Əksinə cavabdeh tərəfin məhkəməyə təqdim etdiyi sübutlar cavabdehlərin mübahisəli mənzili daimi tərk edərək getmədiklərini, mənzilə yaşayış sahəsi kimi ehtiyaclarının aradan qalxmadığını sübut edir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia əsaslı sayıla və təmin edilə bilməz. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 Şadətulla oğluna və Cavabdeh2 qarşı cavabdehlərin ünvan 1qayıt şəhəri, 1-ci mikrorayon, 122 saylı evin 21 saylı mənzilinə olan istifadə hüquqlarına xitam verilməsi barədə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində ünvan 1qayıt Şəhər Məhkəməsi vasitəsilə ünvan 1qayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-821/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-821/2021
12.03.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver