Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-8284/2025 05.03.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin X1 İdarəsi tabeli Sumqayıt şəhəri 2 saylı Uşaq İncəsənət Məktəbinə qarşı işdən azad olunma ilə bağlı müvafiq əmrin ləğv edilməsi, işə bərpa edilmə və məcburi buraxılan günlər üçün əmək haqqının hesablanıb verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək işdən azad edilmə ilə bağlı *7.*7.2*25-ci il tarixli, 93 saylı əmrin qanunsuz hesab edilərək ləğv edilməsi, iddiaçının əvvəlki işinə bərpa edilməsi, işə bərpa olunana qədər *7.*7.2*25-ci il tarixdən başlayaraq məcburi iş buraxdığı günlər üçün orta əmək haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi və hesablanmış əmək haqqı və əmək haqqının gecikdirildiyi hər gün üçün *7.*7.2*25-ci il tarixdən başlayaraq 1 faiz məbləğində ödənişin iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 16.*4.1991-ci il tarixindən etibarən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, X1 İdarəsinə tabeli Sumqayıt şəhəri 2 nömrəli Uşaq İncəsənət Məktəbində kamança müəlliməsi işləmişdir. Bu sahədə 38 illik ümumi əmək stajına malikdir. 29.*5.2*25-ci il tarixdə iş yeri üzrə təşkil olunmuş Attestasiya Komissiyası tərəfindən attestasiya keçirilmişdir. Attestasiya Komissiyasının iclasına dair 1 saylı Protokola əsasən işçi İddiaçı tutduğu vəzifəyə uyğun olmadığı qərara alınmışdır. Attestasiya, əmək qanunvericiliyinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2**21-ci il 23 may tarixli 97 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları” nın tələblərinin kobudcasına pozulması ilə keçirilmiş, müəyyən olunmuş proqramdan kənar suallar verilmiş, cavablar qərəzli olaraq obyektiv və düzün rəsmiləşdirilməmiş, digər attestasiyaya məruz qalan işçinin göstəriciləri ondan aşağı olsada müsbət rəy verilmiş, qanunsuz olaraq işdən azad edilmiş, əmək müqaviləsinə xitam verilməsinin sənədləşdirilməsi və attestasiya qaydaları pozulmuş, bu günə kimi bərpa edilməmişdir. 24.11.2*25-ci il tarixdə, İddiaçı ilə bağlanmış əmək müqaviləsinin, işdən çıxma əmrin, Attestasiyanın keçirilmə qaydalarına müvafiq olaraq Attestasiya komissiyasının yaradılması haqqında əmrin, attestasiya vərəqəsinin, komissiyanın iclas protokolunun və onun işdən azad edilməsinə dair əsas olmuş bütün digər sənədlərin təsdiq edilmiş surətlərini təqdim edilməsi rəsmi sorğu ilə xahiş olunsa da, cavabdeh sənədləri təqdim etməmiş, qeyri-rəsmi olaraq sənədlərin kserosurətləri təqdim etmişdir. Bu səbəblərdən də attestasiyanın əmək qanunvericiliyinin, iş yerlərinin attestasiyası, onun məqsədi və keçirilməsinin tənzimlənməsi qanunvericiliyin tələblərinə müvafiq olması müəyyən edilməmişdir. Attestasiya zamanı Komissiyanın sədri Oktay Şərifov birmənalı şəkildə İddiaçı qarşı qərəzli münasibət göstərmiş, açıqca kobud və obyektivliyə şübhə doğuran tərzdə suallar vermiş, Proqramda olan suallardan yarıdan çoxu verilməmişdir. Onun davranışı, verdiyi suallar işçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə, peşəyə uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə deyil, sanki İddiaçı 38 illik fəaliyyətini 25 dəqiqəlik imtahanla silmək məqsədi daşımışdır. O, İddiaçı pedaqoji müəllimlik stajına və dərs saatlarına baxıb rişxəndlə, “38 il stajla 36 saatı necə çatdıra bilirsiniz?” sualını verməkdən çəkinməmişdir. Onun hərəkətlərindən iddiaçı son dərəcə məyus olmuş, təzyiq və qərəz hiss etmiş, özünü ələ alıb yenidən imtahan keçirilməsini tələb etmiş. Onun tələblərinə əhəmiyyət verilməmişdir. 29.*5.2*25-ci il tarixli Attestasiya vərəqəsinə əsasən attestasiya keçən şəxsə verilən suallar və cavablar: -“S.Rüstəmov kamança konserti 1-ci hissənin ifası - zəif ifa olundu. -Azərbaycan Xalq mahnısı - “Laçın ifası” - orta ifa olundu. -S.Rüstəmovun konsertində hansı melizmlərdən istifadə olunub - cavab verildi. -Üzdən oxunun təhlili və ifası - orta təhlil olundu, zəif ifa edildi. -Mahur hindi müğamının şöbələri hansılardır? - zəif cavab verildi. -Mahur hindi muğamının ifası - pis ifa olundu. -Vilayət hissəsinin ifası - zəif ifa olundu. -Mübərriqə hissəsinin ifası - zəif ifa olundu. -Mübərriqə hissəsi başqa hansı muğamlarda var? - cavab verildi. -Bayatı qacar muğamının hissələri hansılardır? - hissələrin adlarını bilmədi. -Tədrisdə rast muğamı hansı kökdə ifa olunur? - cavab verildi. -Hansı etüd kitablardan istifadə edirsiniz? - cavab verildi. -Nöqtəli not nədir? - cavab verildi. -Allebreve nədir? - düzgün cavab verilmədi. Tempi ağırlaşdıran işarələr hansılardır? - natamam cavab verdi”. Verilən sualların 8nə cavab verilmiş, yalnız 6-na cavab yazılıb, 2 düz cavab isə yazılmayıb. İddiaçı ifa etdiyi konsertin bəstəkarı, əsərlərin təhlili, pedaqoji müəllimlik fəaliyyəti, Kamança ixtisası və qammalar haqqında heç bir suallar verilməmişdir. Bir daha təkrar olunur-proqramda olan suallardan yarıdan çoxu verilməmişdir. Əmək Məcəlləsinin 65.5.maddəsinə, “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları”na əsasən, Attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə), əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilə bilər. İddiaçı əmək funksiyasına, yerinə yetirdiyi işlər və onların nəticələri barədə bir dənə də olsun sual verilməmişdir. Bu sualların yarısından çoxu müəyyən olunmuş proqrama və qanunvericiliyin tələblərinə ziddir. Attestasiya vərəqəsindəki sonuncu sual belə yazılıb- Allebreve nədir? -düzgün cavab verilmədi. Amma baxın, əslində Allebreve deyil, Alla Breve yazılmalıdır və bunun mənası İtalyanca musiqi ifadəsi alla breve (litve "breve" - Breve yarım qeyd aiddir) kəsilmiş vaxtda oynamaq üçün bir göstəricidir, söz ifadəsinə görə qısa ritm deməkdir. 38 ilin müəlliməsi qısa ritm nə olduğunu bilməmiş deyil, amma bunu kamança musiqisinə uyğun azərbaycan dilində də vermək olardı, ən azından Attestasiya vərəqəsində bu sözləri düz yaza bilmək lazımdır ki, sonra iddiaçıya qarşı mənfi rəy kimi istifadə edilsin. Sual yanlış olduğu üçün attestasiya qiymətləndirilməsində hüquqi əsası olmamış sayılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 may 2**1-ci il 97 saylı qərarı ilə təsdiq edilmiş, Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydalarına Əlavə kimi təsdiq edilmiş Attestasiya Vərəqəsinin zəruri olan 12 və 13 bəndlərində qeydlər aparılmamış, Attestasiya vərəqəsindən də görünür ki, bu günə kimi İddiaçı attestasiya vərəqəsi ilə tanış edilməmiş, Attestasiya nəticələrinə görə müəssisə rəhbərinin qərarı və onun qəbul olunduğu tarix qeyd edilməmiş və rəsmi olaraq təqdim edilməmişdir. Yuxarıda qeyd olunan əsaslara görə İddiaçı qanunsuz olaraq işdən azad edilmiş. İşdən azad edilmə əmri Əmək Məcəlləsinin tələblərinə ziddir, qanunsuz attestasiya qərarına müvafiq olaraq düzgün əsaslandırılmamış və qanunsuz hesab olunmalıdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin X1 İdarəsi tabeli Sumqayıt şəhəri 2 saylı Uşaq İncəsənət Məktəbinin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında izahat verərək iddia tələbini qəbul etdiklərini bildirdi. Məhkəmə, işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - MŞS/MT*3*/2*25-*21*4 saylı, *4.12.2*25-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı nümayəndəsi və vəkili Vəkil ilkin mediasiya sessiyasında iştirak etmiş və iddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı cəmi 6* manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. - Sumqayıt şəhər Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin 93 saylı, *7.*7.2*25-ci il tarixli əmrindən görünür ki, həmin məktəbin kamança müəllimi İddiaçı *7.*7.2*25-ci il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7*-ci maddəsinin "c" bəndinə əsasən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. - İddiaçı ilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin X1 İdarəsi arasında bağlanmış əmək müqaviləsindən görünür ki, İddiaçı 16.*4.1991-ci ildən Sumqayıt şəhər Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbində kamança müəllimi vəzifəsinə qəbul edilmişdir. - İddiaçı attestasiya vərəqəsindən görünür ki, attestasiyadan keçən şəxsə verilən suallar və cavablar: 1.“S.Rüstəmov kamança konserti 1-ci hissənin ifası - zəif ifa olundu, 2. Azərbaycan Xalq mahnısı - “Laçın ifası” - orta ifa olundu, 3. S.Rüstəmovun konsertində hansı melizmlərdən istifadə olunub - cavab verildi, 4. Üzdən oxunun təhlili və ifası - orta təhlil olundu, zəif ifa edildi, 5. Mahur hindi müğamının şöbələri hansılardır? - zəif cavab verildi, 6. Mahur hindi muğamının ifası - pis ifa olundu, 7. Vilayət hissəsinin ifası - zəif ifa olundu, 8. Mübərriqə hissəsinin ifası - zəif ifa olundu, 9. Mübərriqə hissəsi başqa hansı muğamlarda var? - cavab verildi, 1*. Bayatı qacar muğamının hissələri hansılardır? hissələrin adlarını bilmədi, 11. Tədrisdə rast muğamı hansı kökdə ifa olunur? - cavab verildi, 12. Uzundərə rəqsininin ifası – düzgün ifa olunmadı, 13. Detaşe, stakkato, leqato ştrixləri hansılardır?- cavab verildi. 14. Hansı etüd kitablardan istifadə edirsiniz? - cavab verildi, 15. Nöqtəli not nədir? - cavab verildi, 16. Allebreve nədir? - düzgün cavab verilmədi, 17. Tempi ağırlaşdıran işarələr hansılardır? - natamam cavab verdi”. Komissiyadakı səsvermənin nəticələrinə görə (2 lehinə, 3 əleyhinə) İddiaçı vəzifəsinə uyğun hesab edilməmişdir. - Sumqayıt şəhər Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin 29.*5.2*25-ci il tarixli, 1 nömrəli protokolundan görünür ki, işçi X2 tutduğu vəzifəyə uyğun hesab edilmiş, işçi İddiaçı isə tutduğu vəzifəyə uyğun hesab edilməmişdir. - Sumqayıt Şəhər Məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə ünvanlanmış 29 dekabr 2*25-ci il tarixli 5-155/2-8553/2*25 saylı sorğuya əsasən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən daxil olmuş *4.*2.2*26-cı il tarixli, 3-24/2-266/*8-*4/2*26 saylı cavab məktubundan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin icraatında olan İddiaçı cavabdeh Sumqayıt Şəhər 2 nömrəli Uşaq İncəsənət Məktəbinə qarşı "işə bərpa” tələbinə dair mülki işlə əlaqədar, iddiaçının attestasiyası zamanı çəkilmiş videogörüntülərin məhkəməyə təqdim edilməsi texniki nasazlıq səbəbindən imkan xaricində hesab edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 64-cü maddəsinə əsasən bu maddənin ikinci hissəsində nəzərdə tutulan məqsədlə əmək şəraitindən asılı olmayaraq işəgötürən müvafiq normativ hüquqi aktla müəyyən edilmiş qaydada iş yerlərinin attestasiyasının keçirilməsini və attestasiyanın aparılması nəticələrinə dair sənədlərin surətinin 1* iş günü müddətində məlumat üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim olunmasını təmin etməlidir. İşəgötürən müvafiq iş yerlərində əməyin mühafizəsi tədbirlərinin təmin olunmasını və ya istehsal sanitariyasının, gigiyenasının vəziyyətini müəyyən etmək və yaxşılaşdırmaq məqsədi ilə, habelə əmək məhsuldarlığının və işin səmərəliliyinin artırılması, əməyin təşkilində ən mütərəqqi üsulların, o cümlədən yeni texnikanın və ya texnologiyanın tətbiqi zamanı iş yerlərinin attestasiyasını keçirməlidir. Bu məqsədlə həmkarlar ittifaqları təşkilatının nümayəndələrindən, əməyin mühafizəsi xidmətlərinin və əməyin təşkili üzrə peşəkar mütəxəssislərdən ibarət iş yerlərinin attestasiyası komissiyası yaradılır. İş yerlərinin attestasiyasının keçirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilən normativ hüquqi aktla tənzimlənir. Həmin Məcəllənin 65-ci maddəsinin 1-ci bəndinə görə işçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə bu Məcəllənin 66-cı maddəsində göstərilən işçilər istisna olunmaqla qalan bütün işçilərin attestasiyası keçirilə bilər. Həmin maddəsinin 5-ci bəndinə görə attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə), əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilə bilər. Attestasiya olunan işçinin siyasi baxışlarına, mənəvi, əxlaqi kamilliyinə, şəxsiyyətinə, etiqadına və digər sırf şəxsi dəyərlərinə görə, o cümlədən onun intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir. İşçinin tutduğu vəzifəyə uyğunluğu müəyyən edilərkən onun son 5 (beş) il ərzində peşə hazırlığı səviyyəsinin yüksəldilməsinin, yeni ixtisasa yiyələnməsinin və ixtisasının artırılmasının nəticələri nəzərə alınır. Həmin maddənin 6-cı bəndində göstərilmişdir ki, attestasiya komissiyasının işi aşkarlıq şəraitində, obyektiv, qərəzsiz və qanunvericiliyin tələblərinə əməl edilməklə aparılmalıdır. Attestasiya komissiyası qərarını gizli və ya açıq səsvermə yolu ilə səs çoxluğu ilə qəbul edir. Müvafiq iş yeri üzrə əmək kollektivi nümayəndələrinin attestasiya komissiyasının iclasında müşahidəçi kimi iştirak etmək istəyi təmin olunmalıdır. Əmək Məcəlləsinin 67-ci maddəsinin 1-ci bəndinə görə attestasiya komissiyası tərəfindən barəsində tutduğu vəzifəyə uyğun olmadığı haqqında qərar çıxarılmış işçinin əmək müqaviləsi bu Məcəllənin 7*-ci maddəsinin “c” bəndinə müvafiq olaraq, 71-ci maddəsində nəzərdə tutulan qaydalara əməl edilməklə işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin maddənin 5-ci bəndinə görə işçilərin və iş yerlərinin attestasiya komissiyalarının qərarlarını qanunsuz, əsassız, qərəzli və qeyri-obyektiv hesab edən şəxslər məhkəməyə müraciət edə bilər. Həmin maddənin 6-cl bəndinə görə attestasiya komissiyasının qərarı ilə tutduğu vəzifəyə (peşəyə) uyğun olmadığına görə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilən və ya başqa vəzifəyə (peşəyə) keçirilən işçinin iddiası əsasında fərdi əmək mübahisəsinə bu Məcəllə ilə müəyyən edilmiş qaydada yalnız məhkəmələrdə baxılır. Əmək Məcəlləsinin 7*-ci maddəsinin “c” bəndinə görə peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə, əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 3**.1-ci maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 7*, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79- cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 may 2**1-ci il tarixli «İşçilərin atestasiyasının keçirilməsi» Qaydalarının 2.4-cü bəndində göstərilmişdir ki, atestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə) əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilir. İşdən görünür ki, İddiaçı İncəsənət təhsil müəssisəində 38 il, 1 ay kamança müəlliməsi stajı vardır. Müəssisədə attestasiya keçirilməsi məqsədilə komissiya yaradılmış və Sumqayıt şəhər Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin işçilərinin attestasiyası keçirilmişdir. Nəticələrə dair komissiya üzvləri iclas keçirmiş və İddiaçı vəzifəsinə uyğun olmayan hesab edilmişdir. Bu qərardan sonra isə məktəbin rəhbərliyi iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə 93 saylı, *7.*7.2*25-ci il tarixli əmr imzalamışdır. Hazırda İddiaçı işdən azad edilmə ilə bağlı *7.*7.2*25-ci il tarixli, 93 saylı əmrin qanunsuz hesab edilərək ləğv edilməsi, iddiaçının əvvəlki işinə bərpa edilməsi, işə bərpa olunana qədər *7.*7.2*25ci il tarixdən başlayaraq məcburi iş buraxdığı günlər üçün orta əmək haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi və hesablanmış əmək haqqı və əmək haqqının gecikdirildiyi hər gün üçün *7.*7.2*25-ci il tarixdən başlayaraq 1 faiz məbləğində ödənişin iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işin faktiki hallarını qiymətləndirib yuxarıda qeyd edilmiş maddi hüquq normalarına əsaslanaraq belə qənaətə gəlir ki, iddiaçının attestasiyası “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydalarının pozulması ilə keçirildiyindən, iddiaçının attestasiyanın nəticələrinə görə işdən çıxarılması qanunsuz olmaqla yanaşı dövlətin bəzi ailələrinin sosial müdafiəsinin möhkəmləndirilməsi siyasətinə zidd olmuşdur. Belə ki, ilk növbədə məhkəmə vurğulayır ki, Əmək Məcəlləsinin 7*-ci maddənin “c” bəndində nəzərdə tutulmuşdur ki, peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Məhkəmə qeyd edir ki, qanunun bu göstərişi imperativ xarakter daşımır, qanun müqavilənin ləğv edilməsini mütləq qoymur, onu işəgötürənin səlahiyyətinə buraxır. Bu halda həmin Məcəllənin 67-ci maddəsinin ikinci bəndi müəyyən edir ki, işəgötürən attestasiya komissiyasının tövsiyəsini nəzərə alaraq işçinin peşə hazırlığının yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması üçün onu təlimlərə cəlb edə və yaxud işçinin razılığı ilə onu başqa müvafiq vəzifəyə (peşəyə) keçirə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, attestasiya zamanı iddiaçıya qarşı qərəzli mövqe olmuş, iddiaçıya verilmiş sualların əksəriyyətinə qənaətbəxş cavablar verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2**1-ci il 23 may tarixli 97 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydalarına əsasən attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə) əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilməlidir. Qeyd edilən halların həqiqiliyini müəyyənləşdirmək məqsədilə məhkəmənin iddiaçının attestasiya zamanı çəkilmiş videogörüntülərin təqdim edilməsi barədə sorğusuna AR Mədəniyyət Nazirliyi cavab məktubu ilə texniki nasazlıq səbəbindən sözügüdən görüntülərin təqdim edilməsinin imkan xaricində olduğunu bildirmişdir. Cavabdehin nümayəndəsi isə məhkəmə iclasında iddianı qəbul etdiyini bildirmişdir. Belə olduğu halda məhkəmə, attestasiya komissiyasnın iddiaçıya qarşı attestasiyada qərəzli mövqeni nümayiş etdirməsi qənaətinə gələrək hesab edir ki, AR Əmək Məcəlləsinin 65.3-cü maddəsində müəyyən edilmiş obyektivlik və qərəzsizlik prinsiplərinin pozulmasına yol verilmişdir. Bununla yanaşı, işəgötürən iddiaçının komissiyadakı cavablarını, iddiaçının uzun müddət kamança müəllimi üzrə qüsursuz fəaliyyətini nəzərə almadan onunla bağlanmış əmək müqaviləsinə xitam vermiş və bu zaman əmrin tərtibində Əmək Məcəlləsinin 71-ci maddəsində müəyyən edilmiş tələbi pozmuşdur. Belə ki, həmin maddəyə görə işəgötürən bu Məcəllənin 7*-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. İşəgötürən Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbi 93 saylı, *7.*7.2*25-ci il tarixli əmrində iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmamışdır. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X1 idarəsi Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin *7.*7.2*25-ci il tarixli, 93 saylı əmri, habelə attestasiya komissiyasının iddiaçı barədə verdiyi rəy ləğv edilməli, İddiaçı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X1 idarəsi Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin kamança müəllimi vəzifəsinə bərpa edilməli, məcburi işburaxma müddəti üçün ödənilməmiş əmək haqqı, hesablanmış əmək haqqı və əmək haqqının gecikdirildiyi hər gün üçün *7.*7.2*25-ci il tarixdən başlayaraq 1 faiz məbləğində ödənişin cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X1 idarəsi Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbindən tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda sadalananlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-22*, 227, 233 və 36*-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X1 idarəsi Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin *7.*7.2*25-ci il tarixli, 93 saylı əmri və Attestasiya Komissiyasının iddiaçı barəsində verdiyi rəy ləğv edilsin. İddiaçı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X1 idarəsi Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin kamança müəllimi vəzifəsinə bərpa edilsin, məcburi işburaxma müddəti üçün ödənilməmiş əmək haqqı, hesablanmış əmək haqqı və əmək haqqının gecikdirildiyi hər gün üçün *7.*7.2*25-ci il tarixdən başlayaraq 1 faiz məbləğində ödənişin cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin X1 İdarəsi tabeli Sumqayıt şəhəri 2 saylı Uşaq İncəsənət Məktəbindən tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elçin Kazımov
Məhkəmə qərarları › İş №2(060)-8284/2025
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-8284/2025
05.03.2026 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver