Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-8317/2021 29.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Allahverdili Nuranə Həmzə qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi doğum faktının müəyyən edilməsi (maraqlı şəxs Sumqayıt şəhər Qeydiyyat şöbəsi) barədə ərizəsinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi X7 hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizə və həmin ərizəyə dəqiqləşmə barədə ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək (Sumqayıt şəhər Qeydiyyat şöbəsini maraqlı şəxs kimi göstərməklə) onun xx xxxxxx 1963cü ildə, Ermənistanın Krasnoselo rayonunda doğulmasının, atasının X4, anasının X3 olmasının qeyd edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi xx xxxxxx 1963-cü ildə, Ermənistanın Krasnoselo rayonunda doğulub. Həmin vaxt o doğum haqqında şəhadətnamə alıb. Lakin doğum haqqında şəhadətnaməni itirmişdir. Hal-hazırda müəyyən sənədlərin düzəlməsi üçün ona doğum haqqında şəhadətnamə lazımdır. Arxiv sənədləri isə Ermənistanın ərazisində qalmışdır. Qeydiyyat şöbəsi tərəfindən ona məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və həmçinin bildirdi ki, onun sovet pasportu var idi. Lakin, şəxsiyyət vəsiqəsini alarkən həmin pasportu təhvil vermişdir. Qeyd edilənlərə əsasən ərizəçi ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq maraqlı şəxs məhkəmə iclasında təmsil edilməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. Şəxsiyyət vəsiqəsinin surətinə əsasən ərizəçi xx.xx.1963-cü ildə, Ermənistanın Krasnoselo rayonunda anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır. Şəxsiyyət vəsiqəsinin surətinə əsasən X3 1963-cü ildə, Ermənistanın Krasnoselo rayonunda anadan olmuş, ünvan 2 ünvanında qeydiyyatdadır. Nikah şəhadətnaməsinin surətinə əsasən X4 ilə X1 22 noyabr 1962-ci ildə nikaha daxil olmuşlar. Nikaha daxil olduqdan sonra ərə Babayev, arvada Babayeva soyadları verilmişdir. Ölüm haqqında şəhadətnaməyə əsasən X4 11.04.2014-cü ildə vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, ərizəçi onun qızıdır. Ərizəçi xx.xx.1963-cü ildə, Ermənistanın Krasnoselo rayonunda anadan olmuşdur. Azərbaycana köçərkən ərizəçinin doğum şəhadətnaməsini götürməmişlər. Qənbər Babayev isə onun mərhum əri, ərizəçinin isə atasıdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 bildirdi ki, ərizəçinin xalasıdır. Ərizəçi xx.xx.1963-cü ildə, Ermənistanın Krasnoselo rayonunda anadan olmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra - MPM) əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir (307.1.). Məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır (307.2.3.). Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın (308). Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir (310.1.). Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır (310.1.). İşdən göründüyü kimi ərizəçi onun doğumun qeyd edilməsi faktının müəyyən edilməsini xahiş edir. O, həmin faktı təsdiq edən sənədi almaq üçün müvafiq qeydiyyat orqanına müraciət etmiş, lakin qeydiyyat orqanı ona məhkəməyə müraciət etməsini tövsiyyə etmişdir. Məhkəmə hesab edir ki, işdə olan sənədlər əsasında ərizəçinin xx.xx.1963-cü ildə, Ermənistanın Krasnoselo rayonunda anadan olması, atasının X4, anasının X3 olması sübuta yetirilir. Həmin faktları təkzib edən hər hansı sübut iş materialları ilə müəyyən edilmir. Bu səbəbdən ərizə təmin edilməli və ərizəçinin doğumunun qeyd edilmə faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 216-220, 307-311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi xx xxxxxx 1963-cü ildə, Ermənistanın Krasnoselo rayonunda anadan olması, atasının X4, anasının X3 olmasının qeyd edilməsi faktı müəyyən edilsin. Hazırkı qətnamə həmin fakt üzrə müvafiq qeydiyyatın aparılması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-8317/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-8317/2021
29.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver