Məhkəmə qərarları › İş №2(060)-8343/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-8343/2021

28.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-8343/2021 28.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Məhkəmənin hakimi İsmayılov Azər İbrahim oğlu, Ərizəçi qızının maraqlı şəxslər Sumqayıt şəhər Qeydiyyat şöbəsi, X6, Maraqlı şəxs3 və Maraqlı şəxs4 qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə” dair ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Ərizəçi qızının maraqlı şəxs Sumqayıt şəhər Qeydiyyat şöbəsi, Maraqlı şəxs2, Maraqlı şəxs3 və Maraqlı şəxs4 qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə” dair ərizə ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, mərhum əri X3 01.06.1951-ci ildə Zaqatala şəhərində doğulmasına dair doğumun qeyd edilmə faktının müəyyən olunması, atası X4, anası isə X1 olmasına dair doğum haqqında akt qeydinin bərpa olunması, X3 - X5 qardaşı, X3 - Maraqlı şəxs3 bacısı, X3 - Qaniyeva (Maliki) Əfsun Bəhmən qızının atası olması faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, həmin ərizə və əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 306.2-ci maddəsinə əsasən xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. Ərizədən görünür ki, ərizəçi ərizəsində mərhum əri X3 01.06.1951-ci ildə Zaqatala şəhərində doğulmasına dair doğumun qeyd edilmə faktının müəyyən olunması, atası X4, anası isə X1 olmasına dair doğum haqqında akt qeydinin bərpa olunması ilə yanaşı, X3 - X5 qardaşı, X3 - Maraqlı şəxs3 bacısı, X3 - Qaniyeva (Maliki) Əfsun Bəhmən qızının atası olması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Halbuki, həmin ərizədə X6, Maraqlı şəxs3 və Qaniyeva (Maliki) Əfsun Bəhmən qızı ərizəçi qismində məhkəməyə müraciət etməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinin tələbinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bundan başqa Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Lakin Ərizəçi qeyd edilən faktın müəyyən olunmasının nə məqsəd üçün lazım olduğunu ərizəsində qeyd etməmişdir. Eyni zamanda Sumqayıt şəhər Məhkəməsinin 2(060)-4077/2021 saylı, 16.04.2021-ci il tarixli qərardadı ilə hazırkı iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsa da, iddiaçı qərardadda qeyd olunan nöqsanları aradan qaldırmadan iddia ərizəsini yenidən eyni qaydada məhkəməyə vermişdir. Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.2.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-152, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Ərizəçi qızının maraqlı şəxslər Sumqayıt şəhər Qeydiyyat şöbəsi, X6, Maraqlı şəxs3 və Maraqlı şəxs4 qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə” dair ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Ərizəçiyə izah edilsin ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə müvafiq məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Azər İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar