Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-836/2021 23.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi, İddiaçı, cavabdeh X9 və onun vəkili X5 iştirakı ilə, İddiaçı cavabdeh X6 qarşı mənzilə köçürülmə, X2 İddiaçı qarşı mənzilə yaşayış və istifadə hüququna xitam verilməsi barədə ilkin və qarşılıqlı iddialarına dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) X6 (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, onun Sumqayıt şəhər, 2-ci mikrorayon, ev 19/23-də yerləşən 41 saylı mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər ilə xx.xx.1980-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuşlar. Sumqayıt şəhər, 2-ci mikrorayon, ev 19/23-də yerləşən 41 saylı mənzil ilkin olaraq iddiaçının qayınatasının adına qeydə alınmışdır. Ailə qurduqdan sonra qayınatası evi onlara satmışdır. xx.xx.1989-cu il tarixdə həmin mənzil cavabdehin adına özəlləşdirilmişdir. Belə ki, iddiaçı 1981-ci ildən həmin mənzildə qeydiyyatdadır. İddiaçı onkoloji xəstə olmasının və maddi vəziyyətinin yaxşı olmamasının nəzərə alınaraq alınaraq həmin mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsi verərək, İddiaçı ünvan 1 ünvanına yaşayış və istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, hal-hazırda Sumqayıt şəhəri, 2ci mkr, ev 23/19, 41 saylı mənzil cavabdehin xüsusi mülkiyyətindədir. İddiaçı onun keçmiş həyat yoldaşıdır. İddiaçı 1988-ci ildə özü könüllü bu ünvandan çıxıb getmişdir və aralarında ailə münasibətləri həmin ildən də kəsilmişdir. Bu günə kimi iddiaçı cavabdehə və ailəsinə ailə başçısı kimi heç bir diqqət və qayğı göstərməmişdir. Son bir neçə ildə cavabdehə məlum olmuşdur ki, o qeyri-rəsmi yaşadığı qadınla Rusiya Federasiyasında yaşamışdır. Cavabdeh Sumqayıt şəhər Məhkəməsinə nikahın pozulması ilə bağlı xx.xx.2020-ci ildə iddia ərizəsi ilə müraciər etmişdir. Həmin mülki iş Sumqayıt şəhər Məhkəməsinin icraatındadır. Məhkəmə tərəflərin barışması üçün 3 ay müddət təyin etmişdir. 2020-ci ilin təxminən aprel-may aylarında iddiaçı cavabdehə məxsus mənzilə gələrək, mənzilin satılmağını istəmiş, buna razılıq vermədikdə isə cavabdehi döymüşdür. İddiaçının Sumqayıt şəhəri, 2-ci mkr, ev 23/19, 41 saylı mənzillə heç bir hüquqi bağlılığı yoxdur. Bu mənzil əvvəllər cavabdehin atasının mənzili olmuş, sonra isə cavabdehin adına keçirilmişdir. 2015-ci ildə isə mənzil tam mülkiyyət hüququ ilə cavabdehin adına özəlləşdirilmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, qarşılıqlı iddia ərizəsi ilə razı deyildir. Belə ki, o xx xxxxx 2020-ci ilə qədər həmin mənzildə yaşamışdır. Bundan sonra isə işləmək üçün Rusiya federasiyasına getmişdir. Rusiyada olarkən evə cavabdehə ərzaq, pul göndərmişdir. Cavabdehin atasına 500 rubl ödəyərək evi almışdır. Ev dövlət evi idi. Rusiyada işləyərkən 3-4 aydan bir ölkəyə gəlmiş və gələrkən həmin mənzildə qalmışdır. O, 2020-ci ilin 15 martından ölkəyə daimi qayıtmışdır. Həmin vaxtdan cavabdeh onu mənzilə buraxmır. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh qarşılıqlı iddia ərizəsini müdafiə edərək bildirdi ki, iddiaçı ilə 30 ildir ki ailə münasibətləri kəsilmişdir. İddiaçı alkoqol aludəçisidir. Hər dəfə spirtli içki qəbul edərək onu döymüşdür. 1988-ci ildə mənzildən çıxıb getmiş və həmin vaxtdan mənzildə yaşamır. Yalnız 2008-ci ildə oğlu vəfat etdikdə mənzilə gəlmiş, lakin sonra yenə qayıtmışdır. Qeyd edilənlərə əsasən cavabdeh iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Cavabdehin vəkili qarşılıqlı iddia ərizəsini müdafiə edərək bildirdi ki, ilkin iddia tamamilə əsassızdır. İddiaçının 1988-ci ildən gedib 2020-ci ildə qayıtması qonşular tərəfindən təsdiqlənərək akt tərtib edilmişdir. Ev order əsasında cavabdehin atasının adına olmuşdur. Qeyd edilənlərə əsasən vəkil ddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edənlərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən olunur ki, iddiaçı xx.xx.1958-ci il tarixində, İsmayıllı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır. Cavabdeh isə xx.xx.1959-cu ildə, Sumqayıt şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır. RX seriyalı ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın notarial qaydada təsdiq edilmiş surətinə əsasən Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 23/19-da yerləşən 41 nömrəli mənzil (bundan sonra – mübahisəli mənzil) xx.xx.2015-ci il tarixdə cavabdehin tam mülkiyyət hüququ ilə dövlət qeydiyyatına alınmışdır. 6 saylı Mənzil-Kommunal Sahəsinin 970 saylı, xx.xx.2020-ci il tarixli arayışında mübahisəli mənzildə qeydiyyatda olan şəxslər sırasında iddiaçının və cavabdehin adları qeyd edilmişdir. 6 saylı Mənzil-Kommunal Sahəsinin xx.xx.2020-ci il tarixli, 969 saylı ətraflı arayışında göstərilmişdir ki, mübahisəli mənzil 1 saylı protokol əsasında xx.xx.1989-cu ildə X2 adına keçirilmişdir. xx.xx.2015-ci ildə isə həmin mənzil cavabdehin adına özəlləşdirilmişdir. xx.xx.2020-ci il tarixdə verilmiş 05/Q-1863/69 saylı arayışdan görünür ki, İddiaçı ilə X9 xx xxxxxx 1980-ci ildə Sumqayıt şəhər Qeydiyyat şöbəsində rəsmi nikaha daxil olmuşlar. Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 23/19-da yaşayan şəxslər Mönsümova Aidə İsmayıl qızı və X3 və 6 saylı Mənzil-Kommunal Sahəsinin sahə ustası tərəfindən tərtib edilərək imzalanmış və həmin MKS-in möhürü ilə təsdiq edilmiş aktda göstərilmişdir ki, İddiaçı 1988-ci ildən bəri ünvan 1 ünvanında yaşamır. xx.xx.2008-ci il tarixli, 1647 saylı ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X11 xx.xx.2008-ci ildə vəfat etmişdir. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı X7 xx xxxxxx 2020-ci il tarixli məktubunda göstərilmişdir ki, Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 23/19-da yerləşən 41 nömrəli mənzil Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt filialı tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, 54/2 saylı arxiv çıxarışı və 6 saylı MİS tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, 1092 saylı mənzilə hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış və mənzil sahəsinə hüququ olan 18 yaşı tamam olmuş şəxslərin mənzili özəlləşdirməyə razılıqları barədə ərizələr əsasında X2 adına qeydiyyatı aparılmış və xx.xx.2015-ci il tarixli, ********** saylı çıxarış verilmişdir. Həmin məktuba əlavə edilmiş sənədlərdən görünür ki, mübahisəli mənzil X8 Soveti İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli qərarı əsasında cavabdehə 4 nəfərdən ibarət ailə tərkibinə əsasən verilmişdir. Qərarda cavabdehin ailə üzvləri kimi hazırkı iş üzrə iddiaçı və onların uşaqları göstərilmişdir. İddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə ünvanlanmış xx.xx.2015-ci il tarixli ərizəsində mübahisəli mənzilin cavabdehin adına özəlləşdirilməsinə etiraz etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2001-ci il tarixli Qərarında göstərilmişdir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Hazırkı iddiada iddiaçı mübahisəli mənzilə köçürülməsini tələb edir. Bu səbəbdən onun mübahisəli mənzilə istifadə hüququnun olub-olmaması aydınlaşdırılmalıdır. Göründüyü kimi mübahisəli mənzil xx.xx.1989-cu ildə cavabdehə 4 nəfərlik ailə tərkibinə uyğun verilmişdir. Bu iddiaçının mübahisəli mənzilə istifadə hüququ həmin dövrdə yaranmışdır. Bu səbəbdən mübahisəyə həmin vaxt qüvvədə olan Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikasının 2009-cu ilədək qüvvədə olmuş xx xxxx 1982-ci il tarixli Mənzil Məcəlləsinə əsasən dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla—mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar — adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən yaşayış sahəsini icarə müqaviləsinə uyğun olaraq istifadə edilir (51). İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar (53). Göründüyü kimi mübahisəli mənzil 2015-ci ildə cavabdehin adına özəlləşdirilmişdir. Mənzil özəlləşdirilərkən iddiaçı da cavabdehin ailə üzvü kimi mənzilin özəlləşdirilməsinə razılıq ərizəsi vermişdir. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında Azərbaycan Respublikası Qanunun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair“ Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2012-ci il tarixli Qərarında göstərilmişdir ki, özəlləşdirilən mənzildə faktiki yaşayan ailə üzvlərinin həmin mənzilin onlardan birinin mülkiyyətinə verilməsi haqqında razılığının olması, onların həmin mənzildə yaşamaq hüququndan imtinası kimi qiymətləndirilə bilməz. Qeyd edilən normaların məzmunundan göründüyü kimi iddiaçı mübahisəli mənzilin cavabdehin adına özəlləşdirilməsinə razılıq versə də bu onun mənzildən istifadə hüququnu itirməsi anlamına gəlmir. Yəni, iddiaçı mübahisəli mənzilə istifadə hüququna malikdir. Bu səbəbdən ilkin iddia təmin edilməli və iddiaçı mübahisəli mənzilə köçürülməlidir. Qarşılıqlı iddiada cavabdeh iddiaçının mənzili daimi tərk etdiyini və orada hər hansı əşyasının olmadığını bildirsə də, iddiaçının mənzildən daimi yaşamaq üçün başqa yerə köçdüyünü, adında daşınmaz əmlakın olmasını və mübahisəli mənzilə yaşayış yeri kimi ehtiyacının qalmadığını sübut edə bilməmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır. Keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə etmək ehtiyacının olmasına baxmayaraq, mülkiyyətçi və (və ya) mənzilin digər sakinləri onun həmin yaşayış sahəsindən istifadəsini mümkünsüz etdiyi hallarda, bu hüquqa yalnız müvafiq kompensasiyanın ödənilməsi şərti ilə xitam verilə bilər. İddiaçının mübahisəli mənzilə yaşayış sahəsi kimi ehtiyacı aradan qalxmadığından onun mənzildən istifadə hüququna müvafiq kompensasiya qarşılığında xitam verilə bilərdi. Lakin, cavabdeh iddiaçıya hər hansı kompensasiya təklif etməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qarşılıqlı iddia təmin edilməməlidir. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia təmin edilsin. İddiaçı Kərimov X4 şəhəri, 2-ci mikrorayon, ev 23/19, mənzil 41-ə köçürülsün. Qarşılıqlı iddia təmin edilməsin. Cavabdeh X1 10 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-836/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-836/2021
23.02.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver