Məhkəmə qərarları › İş №2(060)-8449/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-8449/2021

05.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-8449/2021 05.11.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 oğuna, Cavabdeh2 və 3-cü şəxs "xxxx" MMC-yə qarşı borc pul məbləğinin qaytarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 oğuna, Cavabdeh2 və 3-cü şəxs “A&T Mobile MMC-yə qarşı borc pul məbləğinin qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 19.08.2020-ci il tarixli **********34120/1 nömrəli Sonrakı İpoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən Cavabdeh1 məxsus olan Sumqayıt şəhəri, MİK-1., C.Cabbarlı küç., istifadədə olan 0.017 ha torpaq sahəsində yerləşən 8C nömrəli 272.00 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasına (1-ci İpoteka predmeti), 19.08.2020-ci il tarixli **********34120/2 nömrəli Sonrakı İpoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən Cavabdeh1 məxsus olan Sumqayıt şəhəri, Novxanı bağ massivi 3576 ünvanında 0.2152 hatorpaq sahəsində yerləşən ümumi sahəsi 205.6 kv.m. olan fərdi yaşayış evinə (2-ci İpoteka predmeti), 19.08.2020-ci il tarixli **********34120/3 nömrəli Sonrakı İpoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən Cavabdeh1 məxsus olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən kateqoriyasına (məqsədli təyinatına) görə yaşayış məntəqələrinin torpaqlarına aid olan 0.1367 ha torpaq sahəsinə (3-cü İpoteka predmeti), 19.08.2020-ci il tarixli **********34120/4 nömrəli Sonrakı İpoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən Cavabdeh2 məxsus olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən kateqoriyasına (məqsədli təyinatına) görə yaşayış məntəqələrinin torpaqlarına aid olan 0.1051 ha torpaq sahəsinə (4cü İpoteka predmeti), 19.08.2020-ci il tarixli **********34120/5 nömrəli Sonrakı İpoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən Cavabdeh1 məxsus olan Abşeron rayonu, Sumqayıt şəhəri, Heydər Əliyev prospektində istifadədə olan 0.070599 ha torpaq sahəsində yerləşən 22/54 nömrəli binanın 1-ci mərtəbəsində 148 kv.m. ümumi, 75.50 kv.m əsas, 72.50 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsinə (5-ci İpoteka predmetinə) tutmanın yönəldilməsi, ipoteka predmetlərinin açıq hərracda satılması və həmin əmlak obyektlərinin satışından əldə olunan vəsaitlər hesabına borc alan "xxxx" MMC-nin 19.08.2020-ci il tarixli **********34120 N-li Kredit müqaviləsi üzrə iddiaçı ASC «Xalq» Bankı qarşısındakı 512 506.09 (beş yüz on iki min beş yüz altı manat 09 qəpik) manat məbləğində əsas borcu, kreditdən istifadəyə görə hesablanmış 60 863.72 (altmış min səkkiz yüz altmış üç manat 72 qəpik) manat məbləğində adi faizlər üzrə borc məbləği, 29.09.2021-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanmış 17 050.04 (on yeddi min əlli manat 04 qəpik) manat məbləğində cərimə faizləri, cəmi 590 419.85 (beş yüz doxsan min dörd yüz on doqquz manat 85 qəpik) manat və 29.09.2021-ci il tarixindən başlayaraq Kredit müqaviləsi üzrə İddiaçının tələblərinin ipoteka predmetləri hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 16 % (on altı faiz) dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış fayda və illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanan penya, ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişlərin dövlət qeydiyyatına alınmasına görə 380 (üç yüz səksən) manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 15 manat məbləğində çəkilmiş xərclərin 1-ci, 2-ci, 3-cü, 4-cü və 5-ci İpoteka predmetlərinin satışından əldə olunan vəsaitlər hesabına iddiaçı ASC «Xalq» Bankının xeyrinə tutulması, iddia ərizəsinin verilməsinə görə 30 (otuz) manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclər birgə qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçının xeyrinə tutulması, ipoteka predmetlərinin ilkin satış qiymətinin (likvid qiymət) məhkəmə tərəfındən tərəflərin qarşılıqlı razılığı ilə seçdikləri ipoteka müqavilələrində qeyd olunmuş ("xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC) müstəqil qiymətləndiricilərdən birinin rəyi əsasında müəyyən edilməsi, 2-ci İpoteka predmeti olan Fərdi yaşayış evi satıldıqdan sonra orada yaşayan Cavabdeh1, onun ailə üzvləri və digər şəxslərin fərdi yaşayış evini 1 (bir) ay ərzində tərk etmədikləri halda, həmin şəxslərin fərdi yaşayış evindən məcburi qaydada çıxarılmaları, məhkəmə qətnaməsinin "xxxx" MMC-nin hüquq və vəzifələrinə təsir edə biləcəyini nəzərə alaraq, qeyd edilən şirkəti cavabdehlərin tərəfındə üçüncü şəxs qismində işdə iştiraka cəlb edilməsini xahiş etmişdir. Hal-hazırda iddiaçı "xxxx" ASC ərizə ilə məhkəməyə müraciət edərək, yaranmış zərurətlə əlaqədar olaraq iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin qaytarılmasını xahiş etmiş, cavabdehlər Cavabdeh1 oğu, Cavabdeh2 və 3-cü şəxs “A&T Mobile MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işin mahiyyəti üzrə həll olunmasını tələb etməmişdirlər. Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin qaytarılmasını xahiş etdiyindən və cavabdehlər işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyindən, ərizə baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.1-ci maddəsinə görə iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 260, 263, 264, 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 oğuna, Cavabdeh2 və 3-cü şəxs “A&T Mobile MMC-nə qarşı borc pul məbləğinin qaytarılması tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçı "xxxx" ASC -yə qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Sumqayıt şəhər məhkəməsinə şikayət verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar