Məhkəmə qərarları › İş №2(060)-855/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-855/2023

01.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-855/2023 01.02.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Tağızadə Gülnarə Fikrət qızının sədrliyi, Hacıyeva Yeganə Müslüm qızının katibliyi, Ərizəçi iştirakları ilə Ərizəçi maraqlı tərəf Maraqlı şəxsnə qarşı «doğum faktının müəyyən edilməsi tələbinə» dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, X1 07 avqust 2017-ci ildə Azərbaycan Respublikasının Sumqayıt şəhərində anadan olmağını, veriləcək yeni doğum haqqında şəhadətnamədə adının Leyla, atasının adı Hafiz, soyadının «Səmədova», anasının adının isə «Şəlalə» kimi göstərilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hazırkı mülki işin hazırlıq iclası xx.xx.2023-cü il tarixə təyin olunmuş, işdə iştirak edən şəxslərə vaxtında məhkəmənin yeri və vaxtı barədə məlumat verilmişdir. Hazırda Ərizəçi ərizə ilə müraciət edərək, sənədlərin ona geri qaytarılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə. Yuxarıdakıları və Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsini rəhbər tutaraq, məhkəmə, Q Ə R A R A A L D İ: Ərizəçi maraqlı tərəf Maraqlı şəxsnə qarşı «doğum faktının müəyyən edilməsi tələbinə» dair ərizə baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar