Məhkəmə qərarları › İş №2(060)-858/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-858/2022

02.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-858/2022 02.06.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, İbrahimova Nuranə Əjdər qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC -nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun ipoteka predmetinə yönəldilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 İddiaçı ASC-in xeyrinə 2020-ci il 24 fevral tarixli kredit müqaviləsi üzrə 145305,33 manat əsas, 9211,58 manat faiz borcu olmaqla cəmi 154516,91 manat məbləğində borcun 444,52 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumunun və 60 manat xidmət haqqının ödənilməsi, Tutmanın Cavabdeh1 mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən, 128.8 kv.m ümumi sahədən ibarət 223 nömrəli mənzilinə (Yeni Qaydalarla : AZ 1130 , Bakı şəhəri , Binəqədi rayonu , M-Ə.Rəsulzadə qəsəbəsi, Qəzənfər Musabəyov küçəsi 128 , M 12 , m 2 ) yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun ünvan 2 ünvanında yerləşən, 128.8 kv.m ümumi sahədən ibarət 223 nömrəli mənzilinin (Yeni Qaydalarla : AZ 1130 , Bakı şəhəri , Binəqədi rayonu , M.Ə.Rəsulzadə qəsəbəsi, Qəzənfər Musabəyov küçəsi 128 , M 12 , m 2 ) hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC -nə ödənilməsi, Tutmanın Cavabdeh2 mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən, 107.7 kv.m ümumi sahədən ibarət 224 nömrəli mənzilinə (Yeni Qaydalarla : AZ 1130 , Bakı şəhəri, Binəqədi rayonu , M.Ə.Rəsulzadə qəsəbəsi , Qəzənfər Musabəyov küçəsi 128 , M 12 . m 3 ) yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun ünvan 1 ünvanında yerləşən, 107.7 kv.m ümumi sahədən ibarət 224 nömrəli mənzilinin (Yeni Qaydalarla : AZ1130 , Bakı şəhəri , Binəqədi rayonu , M.Ə.Rəsulzadə qəsəbəsi , Qəzənfər Musabəyov küçəsi 128 , M 12 , m 3 ) hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-nə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh1 məxsus olan ünvan 2 ünvanında yerləşən, 128.8 kv.m ümumi sahədən ibarət 223 nömrəli mənzilinə (Yeni Qaydalarla : AZ1130 , Bakı şəhəri , Binəqədi rayonu , M.Ə.Rəsulzadə qəsəbəsi, Qəzənfər Musabəyov küçəsi 128 , M 12 , m 2 ) tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh1 və digər şəxslərin ünvan 1 ünvanında yerləşən, 128.8 kv.m ümumi sahədən ibarət 223 nömrəli mənzilinə (Yeni Qaydalarla : AZ1130 , Bakı şəhəri , Binəqədi rayonu , M.Ə.Rəsulzadə qəsəbəsi, Qəzənfər Musabəyov küçəsi 128 , M 12 , m 2 ) olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1 və digər şəxslərin həmin mənzildən çıxarılmaları, həmin mənzilin boşaldılması və Banka təhvil verilməsi, Cavabdeh2 məxsus olan ünvan 1 ünvanında yerləşən, 107.7 kv.m ümumi sahədən ibarət 224 nömrəli mənzilinə (Yeni Qaydalarla : AZ1130 , Bakı şəhəri , Binəqədi rayonu , M.Ə.Rəsulzadə qəsəbəsi , Qəzənfər Musabəyov küçəsi 128 , M 12 , m 3 ) tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh2 və digər şəxslərin ünvan 1 ünvanında yerləşən, 107.7 kv.m ümumi sahədən ibarət 224 nömrəli mənzilinə (Yeni Qaydalarla : AZ1130 , Bakı şəhəri , Binəqədi rayonu , M.Ə.Rəsulzadə qəsəbəsi, Qəzənfər Musabəyov küçəsi 128 , M 12 , m 3 ) olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh2 və digər şəxslərin həmin mənzildən çıxarılmaları, həmin mənzilin boşaldılması və Banka təhvil verilməsi, Cavabdeh1 ilə "xxxx" ASC arasında bağlanmış 21 fevral 2020-ci il tarixli Baş kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək tələbin borcun tutulması hissəsində dəyişiklik edərək Cavabdeh1 İddiaçı ASC-in xeyrinə 2020-ci il 24 fevral tarixli kredit müqaviləsi üzrə 145305,33 manat əsas, 19554,99 manat faiz və 2792,24 manat cərimə borcu olmaqla cəmi 167652,56 manat məbləğində borcun tutulmasını xahiş etmiş, tələbin digər hissələri isə əvvəlki kimi saxlanılmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2020-ci il 21 fevral tarixli Baş kredit müqaviləsinə əsasən Cavabdeh1 "Yelo Bank ”ASC-dən illik 19 %-dən çox olmamaqla, 120 ay müddətinə 1 000 000 (bir milyon) manat məbləğində kredit limiti verilmişdir. 2020-ci il 24 fevral tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 “Yelo Bank “ASC -dən illik 17%-lə 36 ay müddətinə 250000 manat məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh1 mülkiyyətindəki ünvan 2 ünvanında yerləşən, 128.8 kv.m ümumi sahədən ibarət 223 nömrəli mənzili (Yeni Qaydalarla : AZ1130 , Bakı şəhəri , Binəqədi rayonu , M.Ə.Rəsulzadə qəsəbəsi, Qəzənfər Musabəyov küçəsi 128 , M 12 , m 2 ) 2020-ci il 21 fevral tarixli ipoteka müqaviləsilə, Cavabdeh2 mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən, 107.7 kv.m ümumi sahədən ibarət 224 nömrəli mənzili (Yeni Qaydalarla : AZ1130 , Bakı şəhəri , Binəqədi rayonu , M.Ə.Rəsulzadə qəsəbəsi , Qəzənfər Musabəyov küçəsi 128 , M 12 , m 3 ) 2020-ci il 21 fevral tarixli ipoteka müqaviləsilə yüklü edilmişdir. Cavabdeh2 ilə 2020-ci il 24 fevral tarixli zaminlik müqaviləsi bağlanmışdır. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 2020-ci il 24 fevral tarixli kredit müqaviləsinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş cədvəli aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 11-ci bəndinə əsasən hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğin illik 0,1 faizlə cərimə hesablayıb borcludan tələb edir. 2021-ci il noyabrın 26-dək Cavabdeh1 2020-ci il 24 fevral tarixli kredit müqaviləsi üzrə banka 145305,33 manat əsas, 19554,99 manat faiz və 2792,24 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 167652,56 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh1 borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirmir. İddiaçının nümayəndəsi iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbini təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasında iştirak etməmiş, iştirak etməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə2 məhkəmə iclasından kənar etibarnamə və vəkil orderini məhkəməyə təqdim etmişdir. xx.xx.2022-ci il tarixli məhkəmə iclası barədə Nümayəndə2 məlumatlandırılmış, lakin o, məhkəmə iclasında iştirak etməmişdir. Belə olan halda məhkəmə mülki işə MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə qeyd edilir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan - 21 fevral 2020-ci il tarixli Baş kredit müqaviləsindən görünür ki, Cavabdeh1 "Yelo Bank ”ASC-dən illik 19 %-dən çox olmamaqla, 120 ay müddətinə 1 000 000 (bir milyon) manat məbləğində kredit limiti verilmişdir. - 24 fevral 2020-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 “Yelo Bank “ASC -dən illik 17%-lə 36 ay müddətinə 250000 manat məbləğində kredit götürmüşdür. - İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanan 24 fevral 2020-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, 21 fevral 2020-ci il tarixli 6-BUZ-1-0-46-20 saylı Baş Kredit Müqaviləsinə əsasən bankdan kredit götürmüş borcalan tərəfindən kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti zamin öz üzərinə götürür. - 21 fevral 2020-ci il tarixli, 6-BİZ-0-0-46-20 (G1) saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh2 mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən, 107.7 kv.m ümumi sahədən ibarət 224 nömrəli mənzili (Yeni Qaydalarla : AZ1130 , Bakı şəhəri , Binəqədi rayonu , M.Ə.Rəsulzadə qəsəbəsi , Qəzənfər Musabəyov küçəsi 128 , M 12 , m 3 ) ipoteka müqaviləsilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. - 21 fevral 2020-ci il tarixli, 6-BİZ-0-0-46-20 (G2) saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh1 mülkiyyətindəki ünvan 2 ünvanında yerləşən, 128.8 kv.m ümumi sahədən ibarət 223 nömrəli mənzili (Yeni Qaydalarla : AZ1130 , Bakı şəhəri , Binəqədi rayonu , M.Ə.Rəsulzadə qəsəbəsi, Qəzənfər Musabəyov küçəsi 128 , M 12 , m 2 ) ipoteka müqaviləsilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. - xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 İddiaçı ASC-yə 145305,33 manat əsas, 19554,99 manat faiz və 2792,24 manat cərimə borcu olmaqla cəmi 167652,56 manat məbləğində kredit borcu vardır. - Azərbaycan Respublikası ƏMDK Yanında DƏDRX tərəfindən verilmiş çıxarışların surətindən görünür ki, Cavabdeh2 məxsus olan ünvan 1 ünvanında yerləşən, 107.7 kv.m ümumi sahədən ibarət 224 nömrəli mənzili (Yeni Qaydalarla : AZ1130 , Bakı şəhəri , Binəqədi rayonu , M.Ə.Rəsulzadə qəsəbəsi , Qəzənfər Musabəyov küçəsi 128 , M 12 , m 3 ) ; Cavabdeh1 məxsus ünvan 2 ünvanında yerləşən, 128.8 kv.m ümumi sahədən ibarət 223 nömrəli mənzili (Yeni Qaydalarla : AZ1130 , Bakı şəhəri , Binəqədi rayonu , M.Ə.Rəsulzadə qəsəbəsi, Qəzənfər Musabəyov küçəsi 128 , M 12 , m 2 ) İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. - Bildiriş məktubundan görünür ki, cavabdehlər ipoteka predmetinə tutmanın yönəldilməsi üçün xəbərdar edilmişdir. - "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-il tarixli hesabatdan görünür ki, ünvan 1 ünvanında yerləşən, 107.7 kv.m ümumi sahədən ibarət 224 nömrəli mənzili (Yeni Qaydalarla : AZ1130 , Bakı şəhəri , Binəqədi rayonu , M.Ə.Rəsulzadə qəsəbəsi , Qəzənfər Musabəyov küçəsi 128 , M 12 , m 3 ) mənzilin likvid qiyməti 240000 manat müəyyən edilmişdir. - "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-il tarixli hesabatdan görünür ki, ünvan 2 ünvanında yerləşən, 128.8 kv.m ümumi sahədən ibarət 223 nömrəli mənzili (Yeni Qaydalarla : AZ1130 , Bakı şəhəri , Binəqədi rayonu , M.Ə.Rəsulzadə qəsəbəsi, Qəzənfər Musabəyov küçəsi 128 , M 12 , m 2 ) mənzilin likvid qiyməti 140000 manat müəyyən edilmişdir. «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanununun: 39.1-ci maddəsində göstərilir ki, ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. 34.1.3-cü maddəsinə əsasən ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci il tarixli 01 saylı Qərardadına əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 2020-ci il 21 fevral tarixli Baş kredit müqaviləsinə əsasən Cavabdeh1 "Yelo Bank ”ASC-dən illik 19 %-dən çox olmamaqla, 120 ay müddətinə 1 000 000 (bir milyon) manat məbləğində kredit limiti verilmişdir. 2020-ci il 24 fevral tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 “Yelo Bank “ASC -dən illik 17%-lə 36 ay müddətinə 250000 manat məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh1 mülkiyyətindəki ünvan 2 ünvanında yerləşən, 128.8 kv.m ümumi sahədən ibarət 223 nömrəli mənzili (Yeni Qaydalarla : AZ1130 , Bakı şəhəri , Binəqədi rayonu , M.Ə.Rəsulzadə qəsəbəsi, Qəzənfər Musabəyov küçəsi 128 , M 12 , m 2 ) 2020-ci il 21 fevral tarixli ipoteka müqaviləsilə, Cavabdeh2 mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən, 107.7 kv.m ümumi sahədən ibarət 224 nömrəli mənzili (Yeni Qaydalarla : AZ1130 , Bakı şəhəri , Binəqədi rayonu , M.Ə.Rəsulzadə qəsəbəsi , Qəzənfər Musabəyov küçəsi 128 , M 12 , m 3 ) 2020-ci il 21 fevral tarixli ipoteka müqaviləsilə yüklü edilmişdir. Cavabdeh2 ilə 2020-ci il 24 fevral tarixli zaminlik müqaviləsi bağlanmışdır. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 2020-ci il 24 fevral tarixli kredit müqaviləsinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş cədvəli aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 11-ci bəndinə əsasən hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğin illik 0,1 faizlə cərimə hesablayıb borcludan tələb edir. 2021-ci il noyabrın 26-dək Cavabdeh1 2020-ci il 24 fevral tarixli kredit müqaviləsi üzrə banka 145305,33 manat əsas, 19554,99 manat faiz və 2792,24 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 167652,56 manat borcu vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 269-cu və 270.1-ci maddələrinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur. Girov və ipoteka əlavə (aksessor) əşya hüququ olmaqla yanaşı, həm də borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Öhdəliyin icrasının təmin edilmə üsulu kimi ipoteka əsas öhdəliyin icrasına zəmanət verməklə, əmlakdan məhrum olma təhlükəsi altında borclunu lazımı icraya stimullaşdırmaq məqsədi daşıyır. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Girov və ipoteka müqavilə üzrə əmələ gəlir. Məhkəmə iddia tələbinin müqavilənin xitam edilməsi hissəsini araşdıraraq, hesab edir ki, borcluya pulun geri qaytarılması ilə bağlı bildirişlə müraciət olunaraq, pulun geri qaytarılması tələb edildiyinə görə iddiaçı tərəfindən pretenziya qaydalarına riayət olunmuşdur. Qeyd olunan bildirişləri məhkəmə müqavilənin birtərəfli qaydada xitam edilməsi üçün təklifə bərabər tutur. Odur ki, iddia tələbi bu hissədə təmin edilməlidir. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 ilə "xxxx" ASC arasında bağlanmış 21 fevral 2020-ci il tarixli Baş kredit müqaviləsinin ləğv edilməli, Cavabdeh1 2020-ci il 24 fevral tarixli kredit müqaviləsi üzrə 145305,33 manat əsas, 19554,99 manat faiz və 2792,24 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 167652,56 manat məbləğində borc, 444,52 manat ödənilmiş dövlət rüsumunun əvəzi ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumunun və 60 manat xidmət haqqının əvəzi İddiaçı ASC-in xeyrinə ödənilməli, tutma Cavabdeh1 mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən, 128.8 kv.m ümumi sahədən ibarət 223 nömrəli mənzilinə (Yeni Qaydalarla : AZ 1130 , Bakı şəhəri , Binəqədi rayonu , M- Ə.Rəsulzadə qəsəbəsi, Qəzənfər Musabəyov küçəsi 128 , M 12 , m 2 ) yönəldilməli, həmin əmlak açıq hərracda satılmalı, ünvan 2 ünvanında yerləşən, 128.8 kv.m ümumi sahədən ibarət 223 nömrəli mənzilinin (Yeni Qaydalarla : AZ 1130 , Bakı şəhəri , Binəqədi rayonu , M.Ə.Rəsulzadə qəsəbəsi, Qəzənfər Musabəyov küçəsi 128 , M 12 , m 2 ) hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC -nə ödənilməlii, tutman Cavabdeh2 mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən, 107.7 kv.m ümumi sahədən ibarət 224 nömrəli mənzilinə (Yeni Qaydalarla : AZ 1130 , Bakı şəhəri, Binəqədi rayonu , M.Ə.Rəsulzadə qəsəbəsi , Qəzənfər Musabəyov küçəsi 128 , M 12 . m 3 ) yönəldilməli, həmin mənzil açıq hərracdan satılmalı və borc ünvan 1 ünvanında yerləşən, 107.7 kv.m ümumi sahədən ibarət 224 nömrəli mənzilinin (Yeni Qaydalarla : AZ1130 , Bakı şəhəri , Binəqədi rayonu , M.Ə.Rəsulzadə qəsəbəsi , Qəzənfər Musabəyov küçəsi 128 , M 12 , m 3 ) hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-nə ödənilməlidir. İddia tələbinin hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin ümumi qaydada tutulması hissəsi qeyri-müəyyən olduğundan rədd edilməlidir. Belə ki, hazırki qətnamə ilə ipoteka predmetinə yönəlməli olan borcun tutulması ipoteka ilə yüklü edilmiş mənzillərin satışından əldə olunan vəsait hesabına mümkün olacaqdır. Ona görədə hərracdan əldə edilmiş vəsait kifayət etmədiyi halda qalan borcun kimdən və hansı qaydada ya məbləğdə tutulmasını müəyyən etmək hazırda mümkün deyil. «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanununun 42.5-ci maddəsinə əsasən - Ən yüksək qiymət təklif etmiş şəxs hərracı udmuş sayılır. Qanunun bu norması onu qeyd edir ki, hərraca çıxarılmış əmlak ilkin satış qiymətindəndə yüksək qiymətə satıla bilər, ona görədə hazırda əmlakın alıcı tərəfindən hansı qiymətə əldə ediləcəyidə qeyri müəyyəndir. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi kredit borcunun tutulması hissədində təmin olunduğundan dövlət rüsumu ilə bağlı tələb də təmin edilməli, Cavabdeh1 444,52 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumunun və 60 manat xidmət haqqının əvəzi tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin ipoteka predmeti olan mənzilin qiymətləndirilməsi ilə bağlı olan 400 manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq "xxxx" MMC-nə ödənilməlidir Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “İpoteka haqqında” Qanunun 59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Qanunun mənasından göründüyü kimi, ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka predmetinə tutma yönəldildikdən və o satıldıqdıqdan sonra, yaşayış sahəsini tərk etməlidirlər. Yəni müvafiq iddia tələbini irəli sürmək hüququ ipoteka predmetini əldə edən şəxsə məxsusdur və belə bir iddia o zaman irəli sürülə bilər ki, ipoteka qoyan və digər şəxslər yaşayış sahəsini tərk etməsinlər. İddiaçı ipoteka saxlayandır, o, müvafiq iddia irəli sürmək üzrə subyektiv hüquqa malik deyildir. Həmçinin hazırki mərhələdə ipoteka qoyanın və onun ailə üzvlərinin ipoteka predmetini tərk etməməsi ilə bağlı heç bir mübahisə yoxdur. Ona görə də iddia tələbinin ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin fərdi yaşayış evinin boşaldılaraq İddiaçı ASC-yə təhvil verilməsi hissəsini araşdıraraq, hesab edir ki, bu hissədə iddia tələbi təmin oluna bilməz. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 9.3-cü bəndinə əsasən Pul vəsaitlərinin tutulması haqqında iddia təmin edilərkən, qətnamədə əsas borc, ziyan, dəbbə pulu (cərimə, peniya) ayrı-ayrılıqda müəyyən edilməli, həm də alınmalı olan ümumi məbləğ hesablanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cu maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 ilə "xxxx" ASC arasında bağlanmış 21 fevral 2020-ci il tarixli Baş kredit müqaviləsi ləğv edilsin. Cavabdeh1 2020-ci il 24 fevral tarixli kredit müqaviləsi üzrə 145305,33 manat əsas, 19554,99 manat faiz və 2792,24 manat cərimə borcu olmaqla cəmi 167652,56 manat məbləğində borc, 444,52 manat ödənilmiş dövlət rüsumunun əvəzi ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumunun və 60 manat xidmət haqqının əvəzi İddiaçı ASC-in xeyrinə ödənilsin. Tutma Cavabdeh1 mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən 223 nömrəli mənzilinə (Yeni Qaydalarla : AZ 1130 , Bakı şəhəri , Binəqədi rayonu , M-Ə.Rəsulzadə qəsəbəsi, Qəzənfər Musabəyov küçəsi 128 , M 12 , m 2 ) yönəldilsin, həmin əmlak açıq hərracda satılsın və borc satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC -nə ödənilsin, əmlakın ilkin satış qiyməti likvid olaraq 140000 manat müəyyən edilsin. Tutma Cavabdeh2 mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən 224 nömrəli mənzilinə (Yeni Qaydalarla : AZ 1130 , Bakı şəhəri, Binəqədi rayonu , M.Ə.Rəsulzadə qəsəbəsi , Qəzənfər Musabəyov küçəsi 128 , M 12 . m 3 ) yönəldilsin, həmin mənzil açıq hərracdan satılsın və borc satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-nə ödənilsin, əmlakın ilkin satış qiyməti likvid olaraq 240000 manat müəyyən edilsin. İddia tələbi qalan hissədə rədd edilsin. İpoteka predmeti olan mənzilin qiymətləndirilməsinin dəyəri olan 400 manat pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq "xxxx" MMC-nə (Müxbir hesab: AZ37NABZ********************, kod: 200093, VÖEN: **********) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar