Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-863/2022 07.02.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı, Cavabdeh X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X2, Cavabdeh4, Cavabdeh5 qarşı mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair mülki işə Sumqayıt şəhərində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X2, Cavabdeh4, Cavabdeh5 qarşı mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, X1, Cavabdeh4, Cavabdeh5 və onların azyaşlı övladları 22.03.2013-cü il təvəllüdlü X3, 18.02.2012-ci il təvəllüdlü X4, 09.05.2010-cu il təvəllüdlü X5, 17.06.2015-ci il təvəllüdlü Səmədzadə Nərmin Rəşad qızının Sumqayıt şəhəri, 9-cu mikrorayon (təzə), 28 saylı evin, 19 saylı mənzilindən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon (təzə), ev 28, mənzil 19 mülkiyyət hüququ ilə ona məxsusdur. Sözügedən mənzilə görə AR Əmlak Məsələləri Dövlət Komitəsi Yanmda DƏDRX-nin Sumqayıt Ərazi İdarəsi tərəfindən 09.08.2021-ci ildə Çıxarış verilmişdir. Cavabdehlər mənzilin keçmiş mülkiyyətçisinin ailə üzvləridir. Bundan əlavə mülkiyyətçisi olduğu mənzildə cavabdehlərin azyaşlı övladları 22.03.2013-cü il təvəllüdlü X7, 18.02.2012-ci il təvəllüdlü X8, 09.05.2010-cu il təvəllüdlü X9, 17.06.2015-ci il təvəllüdlii Səmədzadə Nərmin Rəşad qızı da qeydiyyatdadırlar. Cavabdehlərin mənzilində qeydiyyatda olmaları onun mənzil hüququnun həyata keçirilməsinə mane olur, əlavə xərclər çəkilməsinə səbəb olur. Onların qeydiyyatı formal xarakter daşıyır. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh X6 iddia tələbi ilə bağlı izahat verərək bildirdi ki, iddia tələbini qəbul edir. İş üzrə digər cavabdehlər onun ailə üzvləridir. O və ailə üzvləri Sumqayıt şəhəri, 9-cu mikrorayon (təzə), 28 saylı evin, 19 saylı mənzilindən qeydiyyatdan çıxmağa razıdırlar. Onun özünün evi olsa da, həmin mənzilin sənədi yoxdur. Hazırda qeydiyyata düşməyə başqa yerləri olmadığından mübahisəli mənzildən qeydiyyatdan çıxmamışlar. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsinə etiraz etmir. İş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada (SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə bildirişə əsasən) bildiriş göndərilsə də, onlar məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdirlər. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli 09.12.2021-ci il tarixli arayışından görünür ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, X6, Cavabdeh4, Cavabdeh5 və onların azyaşlı övladları 22.03.2013-cü il təvəllüdlü X7, 18.02.2012-ci il təvəllüdlü X8, 09.05.2010-cu il təvəllüdlü X9, 17.06.2015-ci il təvəllüdlü Səmədzadə Nərmin Rəşad qızı Sumqayıt şəhəri, 9cu mikrorayon (təzə), 28 saylı evin, 19 saylı mənzilində qeydiyyatdadırlar. İşdə olan çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon (təzə), 28 saylı evin, 19 saylı mənzili xüsusi mülkiyyət hüququ üzrə İddiaçı Ramaza oğlunun adına ********** qeydiyyat nömrəsi ilə 09.08.2021-ci il tarixdə qeydə alınmışdır. Göründüyü kimi, İddiaçı Ramaza oğlunun adına Sumqayıt şəhəri, 9-cu mikrorayon (təzə), 28 saylı evin, 19 saylı mənzilinə dair hüquqların dövlət qeydiyyatı haqqında çıxarış verilməklə, o həmin evə mülkiyyət hüququ əldə etmişdir. Mənzilin əvvəlki ev sahibi və ailə üzvləri evi boşaldaraq mənzili İddiaçı Ramaza oğluna təhvil vermiş, özlərinə isə başqa bir yaşayış yeri seçmişlər. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehlərin iddiaçının mülkiyyətində olan mənzilə istifadə hüququnun qalması İddiaçı Ramaza oğlunun göstərilən mənzillə bağlı mülkiyyət hüququnun həyata keçirilməsinə maneə yaradır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİ bəndlərinin tələblərinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Konstitusiyanın 33-cü maddəsinin tələbinə əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-mülkiyyətçinin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqlamüəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri , sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Həmin Qanunun 9-cu maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Belə məlumat olmadıqda isə, yaşayış yerini dəyişmiş şəxs məhkəmə qətnaməsi ilə yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmalıdır. Belə olan halda, məhkəmə hesab edir ki, iddia ərizəsi təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, X1, Cavabdeh4, Cavabdeh5 və onların azyaşlı övladları 22.03.2013-cü il təvəllüdlü X3, 18.02.2012-ci il təvəllüdlü X4, 09.05.2010-cu il əvəllüdlü X5, 17.06.2015-ci il təvəllüdlü Səmədzadə Nərmin Rəşad qızının Sumqayıt şəhəri, 9-cu mikrorayon (təzə), 28 saylı evin, 19 saylı mənzilinə istifadə hüquqları itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3). Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır (217.4). Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, X1, Cavabdeh4, Cavabdeh5 və onların azyaşlı övladları 22.03.2013-cü il təvəllüdlü X3, 18.02.2012-ci il təvəllüdlü X4, 09.05.2010-cu il əvəllüdlü X5, 17.06.2015-ci il təvəllüdlü Səmədzadə Nərmin Rəşad qızının Sumqayıt şəhəri, 9-cu mikrorayon (təzə), 28 saylı evin, 19 saylı mənzilinə istifadə hüququ itirilmiş hesab edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-863/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-863/2022
07.02.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver