Məhkəmə qərarları › İş №2(060)-8701/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-8701/2021

07.12.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-8701/2021 07.12.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" BOKT MMC-nin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı mənzilin boşaldılaraq iddiaçıya qaytarılması, cavabdehlərin mənzildən çıxarılması və ödənilmiş 100 manat dövlət rüsumunun əvəzinin tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, işin məhkəmədə baxılmağa hazırlanması üzrə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı "xxxx" BOKT MMC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mənzilin boşaldılaraq iddiaçıya qaytarılması, cavabdehlərin mənzildən çıxarılması və ödənilmiş 100 manat dövlət rüsumunun əvəzinin tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ərizədə göstərilmişdir ki, məhkəmə qətnaməsinə əsasən Sumqayıt şəhəri, 34-cü məhəllədə yerləşən 10/53 nömrəli binanın 62.5 kv.m ümumi, 49,1 kv.m yaşayış və 13,4 kv.m yardımçı sahədən ibarət 3 otaqlı 17 nömrəli mənzili Sumqayıt şəhər İcra və Probasiya əməkdaşları tərəfindən boşaldılaraq müvafiq aktla tələbkar "xxxx" BOKT MMC nümayəndəsinə təhvil verilmiş, lakin icra sənədi üzrə borclular Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən yenidən qanunsuz olaraq zəbt edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, onun məhkəmə baxışına təyin olunmasını xahiş etdi. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə, iddiaçının nümayəndəsini dinləyib, ərizəni araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddia ərizəsinə əlavə edilmiş Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 188/2017 saylı icra vərəqəsindən və əldə edilmiş qərarlardan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3575/2016 saylı, 04.04.2016-cı il tarixli qətnaməsi ilə cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada iddiaçı "xxxx" bank olmayan kredit təşkilatı MMC-nin xeyrinə 39 266,55 ABŞ dolları məblığində əsas, 25 270,98 ABŞ dolları faiz, cəmi 64 537,53 ABŞ dolları, ödənilmiş 30 manat dövlət rüsumu, müqavilələrin surətlərinin notarial qaydada təsdiqlənməsi ilə əlaqədar xərclənmiş 32 manat və bildirişin DƏDRX-də qeydə alınması üçün ödənilmiş 30 manat məbləğində pul vəsaiti tutulması və ipoteka ilə yüklü edilmiş Sumqayıt şəhəri, 34-cü məhəllədə yerləşən 10/53 nömrəli binanın 62.5 kv.m ümumi, 49,1 kv.m yaşayış və 13,4 kv.m yardımçı sahədən ibarət 3 otaqlı 17 nömrəli mənzilinin ilkin satış qiyməti 50 000 manat müəyyən edilməklə açıq hərracda satılması və Sumqayıt şəhəri, 34- cü məhəllədə yerləşən 10/53 nömrəli binanın 62.5 kv.m ümumi, 49,1 kv.m yaşayış və 13,4 kv.m yardımçı sahədən ibarət 3 otaqlı 17 nömrəli mənzilində yaşayan cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məcburi qaydada çıxarılması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-188/2017 saylı qətnaməsi ilə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3575/2016 saylı, 04.04.2016-cı il tarixli qətnaməsi “cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada iddiaçı "xxxx" bank olmayan kredit təşkilatı MMC-nin xeyrinə 39.266,55 ABŞ dolları məbləğində əsas, 25.270,98 ABŞ dolları faiz, cəmi 64.537,53 ABŞ dolları tutulsun.» hissəsində dəyişdirilmiş, eyni zamanda cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada ... 9.280,91 (doqquz min iki yüz səksən dollar doxsan bir sent) ABŞ dolları məbləğində faiz borcu, cəmi 48547.46 (qırx səkkiz min beş yüz qırx yeddi dollar qırx altı sent) ABŞ dolları məbləğində borc (qətnamənin icra edildiyi anda milli manat məzənnəsində) tutularaq iddiaçıya ödənilməsi qət edilmiş və qətnamə “ödənilmiş 30 manat dövlət rüsumu, müqavilələrin surətlərinin notarial qaydada təsdiqlənməsi ilə əlaqədar xərclənmiş 32 manat və bildirişin DƏDRX-də qeydə alınması üçün ödənilmiş 30 manat məbləğində məbləğində pul vəsaiti tutulması, ipoteka ilə yüklü edilmiş Sumqayıt şəhəri, 34- cü məhəllədə yerləşən 10/53 nömrəli binanın 62.5 kv.m ümumi, 49,1 kv.m yaşayış və 13,4 kv.m yardımçı sahədən ibarət 3 otaqlı 17 nömrəli mənzilinin ilkin satış qiyməti 50.000 manat müəyyən edilməklə açıq hərracda satılması, Sumqayıt şəhəri, 34-cü məhəllədə yerləşən 10/53 nömrəli binanın 62,5 kv.m ümumi, 49,1 kv.m yaşayış və 13,4 kv.m yardımçı sahədən ibarət 3 otaqlı 17 nömrəli mənzilində yaşayan cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məcburi qaydada çıxarılması, iddia tələbinin X2 aid hissəsinə xitam verilməsi hissəsində” dəyişdirilmədən saxlanılmışdır. Ekspertiza xərci 50.00 (əlli) manat müştərək qaydada iddiaçı və cavabdeh tərəflərdən tutularaq Az.MEM, VÖEN **********, AZ34CTRE**********0002088501, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİİFTBİKCTREAZ22 hesabına köçürülməsi qət edilmişdir. Göründüyü kimi hazırki iddia tələbi üzrə cavabdehlərin Sumqayıt şəhəri, 34-cü məhəllədə yerləşən 10/53 nömrəli binanın 62.5 kv.m ümumi, 49,1 kv.m yaşayış və 13,4 kv.m yardımçı sahədən ibarət 3 otaqlı 17 nömrəli mənzilindən məcburi qaydada çıxarılmalarına dair "xxxx" BOKT MMC-nin iddiasının təmin edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur. Məhkəmə hesab edir ki, sözügedən mənzilin boşaldılaraq iddiaçıya təhvil verildikdən sonra yenidən cavabdehlər tərəfindən zəbt olunması məhkəmə qərarlarının icrası qaydasında baxılmalı məsələdir. Odur ki, iddiaçı müvafiq qanunvericiliyə uyğun olaraq məcburi icra orqanın hərəkət və qərarlarından qətnamənin icrası ilə əlaqədar yuxarı quruma və ya məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən işin məhkəmə baxışına hazırlanmasının dayandırılması və ya xitam verilməsi zamanı hakim qərardad çıxarır. Azərbaycan Respublikası MPM-nin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Həmçinin həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən, məhkəmə iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarır. Bu Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Məhkəmə belə nəticəyə gəlir ki, əvvəllər eyni tərəflər arasında eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmə mübahisəsi olmuş və məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi mövcuddur. Bu isə hazırkı iş üzrə məhkəmə baxışına hazırlığın icraatına xitam verilməsinə əsasdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı "xxxx" BOKT MMC-nin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı mənzilin boşaldılaraq iddiaçıya qaytarılması, cavabdehlərin mənzildən çıxarılması və ödənilmiş 100 manat dövlət rüsumunun əvəzinin tutulması tələbinə dair mülki iş üzrə məhkəmə baxışına hazırlığın icraatı xitam edilsin. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar