Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-8815/2021 15.11.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «şəxsi mülkiyyətdə olan mənzildən əmlakların çıxarılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı «şəxsi mülkiyyətdə olan mənzildən əmlakların çıxarılması» tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər məhkəməsinə müraciət edərək, Cavabdeh məxsus olan əmlakların-yataq mebel dəstinin (termo,şifoner,taxt, 2 tumba) uşaq beşiyinin, xalça, kamot, servant, stol-stullarının, künc divanının, yorğan-döşək dəstlərinin, qab-qaşıq, pərdə, çilçırağının, qabqaşıqlarının onun şəxsi mülkiyyətində olan Sumqayıt şəhəri, 6-cı mikrorayon, 11 nömrəli evin, 78 saylı mənzilindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırdı ki, cavabdeh onun gəlinidir, oğlu X2 ilə 01.11.2020-ci ildə ailə həyatı qurmuş və onun şəxsi mülkiyyətində olan Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 11-də yerləşən 78 saylı mənzilə gəlin köçmüşdür. Lakin iyun 2021-ci il tarixdə o mübahisə edərək evdən çıxmış və sonradan evə qayıtmamışdır. Cavabdeh mənzili tərk etsə də özünə məxsus olan cehiz əmlaklarını gəlib aparmamışdır. Bununla bağlı onun qohumlarına və özünə xəbər göndərsə də, cavabdeh həmin əmlakları yalnız məhkəmə yolu ilə gəlib aparacaqlarını bildirmişlər. Bu səbəbdən də o məhkəməyə iddia ilə müraciət edir. Cavabdeh onun mülkiyyətində olan mənzilə gəlin köçdüyü üçün əmlakları onun mənzilindədir və o cavabdehlə mənzildən istifadə hüququ ilə bağlı hər hansı bir müqavilə bağlamamış və buna notariat qaydada öz razılıq ərizəsini verməmişdir. Bundan başqa cavabdehin onun mülkiyyətində olan mənzilə dair hər hansı bir hüququ yoxdur. Göstərilənləri nəzərə alaraq məhkəmədən iddia ərizəsinin təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası ƏMDK Yanında DƏDRX tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, Sumqayıt şəhəri, 6-cı mikrorayon, 11 nömrəli evin, 78 saylı mənzili İddiaçı adına qeydiyyatdan keçmişdir. İş materiallarında olan nikah haqqında şəhadətnamədən görünür ki, X2 ilə X1 arasında Sumqayıt qeydiyyat şöbəsində 01.11.2020-ci il tarixdə akt qeydləri kitabında 1646 nömrəli qeyd aparılmaqla rəsmi nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada “Məmmədova” soyadı verilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinin mənasından görünür ki, əgər mülkiyyətə maneələr mülkiyyətdən məhrum etmədən törədilərsə, mülkiyyətçi bu hərəkətlərə son qoymağı tələb edə bilər və bu cür hərəkətlər davam edərsə, həmin hərəkətlərə son qoyulması məhkəmə vasitəsilə tələb oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh məxsus olan əmlaklar-yataq mebel dəsti (termo,şifoner,taxt, 2 tumba) uşaq beşiyi, xalça, kamot, servant, stol-stullar, künc divanı, yorğandöşək dəstləri, qab-qaşıq, pərdə, çilçıraq, qab-qaşıqlar onun şəxsi mülkiyyətində olan Sumqayıt şəhəri, 6-cı mikrorayon, 11 nömrəli evin, 78 saylı mənzilindən çıxarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh məxsus olan əmlaklar-yataq mebel dəsti (termo,şifoner,taxt, 2 tumba) uşaq beşiyi, xalça, kamot, servant, stol-stullar, künc divanı, yorğan-döşək dəstləri, qab-qaşıq, pərdə, çilçıraq, qab-qaşıqlar Sumqayıt şəhəri, 6-cı mikrorayon, 11 nömrəli evin, 78 saylı mənzilindən çıxarılsın. Qətnamədən rəsmi qaydada təqdim edildikdən sonra bir ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Azər İsmayılov
Məhkəmə qərarları › İş №2(060)-8815/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-8815/2021
15.11.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver