Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-89/2022 14.01.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «borc tələbi və ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Yelo Bank ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «borc tələbi və ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 2019-ci il 12 fevral tarixli kredit müqaviləsi üzrə 11030.39 manat əsas, 1780.51 manat faiz, 584.85 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 13395.75 manat məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh2 mülkiyyətindəki Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsində yerləşən, 3 otaqlı, 60.0 kv.m ümumi, 46.1 kv.m yaşayış, 13.9 kv.m yardımçı sahədən ibarət 16 nömrəli evin 49 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsində yerləşən, 3 otaqlı, 60.0 kv.m ümumi, 46.1 kv.m yaşayış 13.9 kv.m yardımçı sahədən ibarət 16 nömrəli evin 49 nömrəli mənzilinin hərracdan satışdan əldə olunaı vəsait hesabına İddiaçı ASC-nə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissəsinin ümumi qaydada icra edilməsi, Cavabdeh2 mülkiyyətindəki Sumqayıt şəhəri. Hacı Zeynalabdin qəsəbəsində yerləşən, 3 otaqlı, 60.0 kv.m ümumi, 46.1 kv.m yaşayış, 13.9 kv.m yardımçı sahədən ibarət 1 nömrəli evin 49 nömrəli mənzilinə yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh2 və Cavabdeh1 Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsində yerləşən, 3 otaqlı, 60 kv.m ümumi, 46.1 kv.m yaşayış, 13.9 kv.m yardımçı sahədən ibarət 16 nömrəli evin, 49 nömrəli mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh2 və Cavabdeh1 həmin mənzildən çıxarılmaları, həmin mənzilin boşaldılması və Banka təhvil verilməsi, "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 12 fevral 2019-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddianı müdafiə edərək onunla əsaslandırdı ki, 2019-ci il 12 fevral tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 “Nikoyl ASC-nin “Sumqayıt” filialından illik 20 %-lə 60 ay müddətinə 12500 manat məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq, Cavabdeh2 mülkiyyətindəki Sumqayıt şəhəri, Zeynalabdin qəsəbəsində yerləşən, 3 otaqlı, 60.0 kv.m ümumi, 46.1 kv.m yaşayış, 13.9 kv.m ya sahədən ibarət 16 nömrəli evin 49 nömrəli mənzili 2019-cu il 12 fevral tarixli ipoteka müqaviləsilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 2019-ci il 12 fevral tarixli kredit müqaviləsinə görə şərtləşdirilmiş cədvəldə göstərilən aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 1.14-cü bəndinə əsasən hər gecikdirilən gün gecikdirilmiş məbləğin illik 72 faizlə cərimə hesablayıb borcludan tələb edir. 2021-ci il mayın 07-dək Cavabdeh1 2019-ci il, 12 fevral tarixli kredit müqaviləsi üzrə banka 11030.39 manat əsas, 1780.51 manat faiz, 584.85 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 13395.75 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh1 borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirmir. Göstərilənlərə əsasən o, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehlər qeydiyyatda olduğu ünvanı üzrə məhkəmə bildirişi göndərilmiş, lakin onların faktiki olduğu yer məlum olmadığından məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə, proses iştirakçılarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan kredit müqaviləsindən görünür ki, 2019-ci il 12 fevral tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 “Nikoyl ASC-nin “Sumqayıt” filialından illik 20 %-lə 60 ay müddətinə 12500 manat məbləğində kredit götürmüşdür. İş materiallarında olan ipoteka müqaviləsindən görünür ki, kredit müqaviləsinin təminatı kimi Cavabdeh2 mülkiyyətindəki Sumqayıt şəhəri, Zeynalabdin qəsəbəsi, Fərrux Qayıbov küçəsində yerləşən, 3 otaqlı, 60.0 kv.m ümumi, 46.1 kv.m yaşayış, 13.9 kv.m yaşayış sahədən ibarət 16 nömrəli evin, 49 nömrəli mənzili ipoteka müqaviləsilə yüklü edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK Yanında DƏDRX tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, Fərrux Qayıbov küçəsində yerləşən, 3 otaqlı, 60.0 kv.m ümumi, 46.1 kv.m yaşayış 13.9 kv.m yardımçı sahədən ibarət 16 nömrəli evin 49 nömrəli mənzili Cavabdeh2 mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK Yanında DƏDRX tərəfindən verilmiş 234 nömrəli reyestr nömrəli çıxarışın surətindən görünür ki, Cavabdeh2 mülkiyyətində olan Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsində yerləşən, 3 otaqlı, 60.0 kv.m ümumi, 46.1 kv.m yaşayış 13.9 kv.m yardımçı sahədən ibarət 16 nömrəli evin 49 nömrəli mənzili İddiaçı ASC-nin xeyrinə yüklü edilmişdir. İş materiallarında olan bildiriş məktubundan görünür ki, Cavabdeh1 ipoteka predmetinə tutmanın yönəldilməsi üçün xəbərdar edilmişdir. İş materiallarına əlavə edilmiş 07.05.2021-ci il tarixli, maliyyə arayışından görünür ki, Cavabdeh1 İddiaçı ASC-yə 2019-ci il 12 fevral tarixli kredit müqaviləsi üzrə 11030.39 manat əsas, 1780.51 manat faiz, 584.85 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 13395.75 manat kredit borcu vardır. İş materiallarına əlavə edilmiş "xxxx" MMC tərəfindən verilmiş 08.10.2021-il tarixli, 01/21-514 saylı rəydən görünür ki, Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, Fərrux Qayıbov küçəsində yerləşən, 3 otaqlı, 60.0 kv.m ümumi, 46.1 kv.m yaşayış 13.9 kv.m yardımçı sahədən ibarət 16 nömrəli evin 49 nömrəli mənzilinin bazar dəyəri 50000 manat, likvid qiyməti isə 42500 manat müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1. və 739.2. maddələrindən görünür ki, kredit müqaviləsinə əsasən borc verən pula mülkiyyət hüququnu borc alana keçirməyi, borc alan isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1. maddəsində göstərilir ki, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanununun 39.1-ci maddəsində göstərilir ki, ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Qeyd edilən Qanunun 34.1.3-cü maddəsinə əsasən ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Həmçinin, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər və həmin Məcəllənin 319.1. maddəsinin tələbinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir və həmin Məcəllənin 319.6. maddəsinin tələbinə əsasən əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalı, çatışmayan məbləğ borclu tərəfindən ipoteka saxlayana ödənilməlidir. İddia tələbindən göründüyü kimi cavabdehdən eyni zamanda kredit müqaviləsi üzrə 584.85 manat məbləğində dəbbə pulunun tutulması tələb olunur. Məhkəmə, işin hallarını nəzərə alaraq hesab edir ki, dəbbə pulu tənasübsüz surətdə yüksək miqdarda müəyyən edilmişdir və tərəflərin qarşılıqlı mənafeyinə uyğun gəlmir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanunun qeyd edilən tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən 2019-ci il 12 fevral tarixli kredit müqaviləsinə əsasən 50 manat dəbbə pulunun tutulması tərəflərin maraqlarına uyğun hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirib məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 2019-ci il 12 fevral tarixli kredit müqaviləsi üzrə 11030.39 manat əsas, 1780.51 manat faiz, 50 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 12860.9 manat məbləğində borc, 30 manat ödənilmiş dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 30 manat xidmət haqqı ödənilməli, tutma Cavabdeh2 mülkiyyətindəki Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsində yerləşən, 3 otaqlı, 60.0 kv.m ümumi, 46.1 kv.m yaşayış, 13.9 kv.m yardımçı sahədən ibarət 16 nömrəli evin, 49 nömrəli mənzilinə yönəldilməli, mənzilin likvid qiyməti 42500 manat müəyyən edilməli, həmin mənzil açıq hərracda satılmalı və borc Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsində yerləşən, 3 otaqlı, 60.0 kv.m ümumi, 46.1 kv.m yaşayış 13.9 kv.m yardımçı sahədən ibarət 16 nömrəli evin, 49 nömrəli mənzilinin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-nə ödənilməli, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissəsi ümumi qaydada icra edilməli, Cavabdeh2 mülkiyyətindəki Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsində yerləşən, 3 otaqlı, 60.0 kv.m ümumi, 46.1 kv.m yaşayış, 13.9 kv.m yardımçı sahədən ibarət 1 nömrəli evin, 49 nömrəli mənzilinə yönəldikdə və o satıldıqdan 1 ay sonra həmin mənzil boşaldılmalı və "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 12 fevral 2019-ci il tarixli kredit müqaviləsi ləğv edilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 2019-ci il 12 fevral tarixli kredit müqaviləsi üzrə 11030.39 manat əsas, 1780.51 manat faiz, 50 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 12860.9 manat məbləğində borc, 30 manat ödənilmiş dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 30 manat xidmət haqqı ödənilsin. Tutma Cavabdeh2 mülkiyyətindəki Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsində yerləşən, 3 otaqlı, 60.0 kv.m ümumi, 46.1 kv.m yaşayış, 13.9 kv.m yardımçı sahədən ibarət 16 nömrəli evin, 49 nömrəli mənzilinə yönəldilsin, mənzilin likvid qiyməti 42500 manat müəyyən edilsin, həmin mənzil açıq hərracda satılsın və borc Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsində yerləşən, 3 otaqlı, 60.0 kv.m ümumi, 46.1 kv.m yaşayış 13.9 kv.m yardımçı sahədən ibarət 16 nömrəli evin, 49 nömrəli mənzilinin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-nə ödənilsin. Satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamə qalan hissədə ümumi qaydada icra edilsin. Tutma Cavabdeh2 mülkiyyətindəki Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsində yerləşən, 3 otaqlı, 60.0 kv.m ümumi, 46.1 kv.m yaşayış, 13.9 kv.m yardımçı sahədən ibarət 16 nömrəli evin, 49 nömrəli mənzilinə yönəldikdə o satıldıqdan 1 ay sonra mənzil boşaldılsın. "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 12 fevral 2019-ci il tarixli kredit müqaviləsi ləğv edilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: AZƏR İSMAYİLOV
Məhkəmə qərarları › İş №2(060)-89/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-89/2022
14.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver