Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-898/2023 01.03.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X1 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, 2021-ci ilin oktyabr ayında qohumu – Cavabdeh iddiaçının oğlu üçün inşa etdiyi evin istilik sisteminin çəkilməsinə köməklik göstərmiş, həmin vaxtlar etimadından istifadə edərək alətləri – 2 ədəd drel perefarator, plastik boru yapışdırmaq üçün ütü almışdır ki, 1 günlük işi vardır, işlədib qaytaracaqdır. O əvvəllər də ondan alətlər aldığı üçün ona inanmış və alətləri ona vermişdir. O gündən bu günə kimi alətləri qaytarmamışdır. Ona demişdir ki, alətləri arendaya verib pul qazanacaqdır. Qarışılığında demişdir ki, arendanın pulunu hər ay ödəyəcəkdir. Müxtəlif vaxtlarda ümumillikdə 400 manat pulu borc ilə alsa da qaytarmamışdır. Dəfələrlər zəng etmişdir, lakin zənglərə cavab verməmişdir. Nə 400 manat borc aldığı pulu, nə arenda pulunu, nə də alətləri qaytarmamışdır. Artıq həmin hadisədən 10 ay keçmişdir ki, bu 10 ay ərzində alətləri arendaya versə idi, ən azı 3000 manat pul qazanmış olacaqdı. Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci PB-nə müraciət etmiş, onlar isə qarşılığında bildirmişdilər ki, bu işdə cinayət tərkibi olmadığından mülki iddia qaydasında məhkəməyə müraciət etmək hüququ vardır. Göstərilənlərə əsasən məhkəmədən Cavabdeh dəyəri 140 manat olan 2 ədəd drel, dəyəri 150 manat olan 1 ədəd perefarator və dəyəri 80 manat olan plastik boru yapışdırmaq üçün 1 ədəd ütü, əmlaklar və ya onların ümumillikdə dəyəri olan 370 manat pulun, eləcə də 400 manat borc pulun və 10 ay ərzində ona zərər vurduğu 3000 manat məbləğində zərərin alınıb İddiaçı xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında iddia tələbini müdafiə etdiyini bildirdi. Əlavə olaraq qeyd etdi ki, avadanlıqlar indiyə qədər qaytarılmamışdır. Bu zamana qədər də heç bir ödəniş etməmişdir. Əlavə olaraq qeyd etdi ki, avadınlaqlardan ikisini təzə almışdır, digər iki alət isə hal-hazırda bazarda satılmır. Perefaratoru 135 manat 5 manat endirimin edilməklə, xırda əl drelini 60 manat, digər dreli 80 manat, ütünü 35 manata aldığını bildirmişdir. Bir dəfə də 400 manat məbləğində borc pul vermişdir. Alətləri bir günlük alacağını bildirmişdir. İddiaçı demişdir ki, alətləri icarəyərə verəcəkdir. Bunun qarışılığında isə cavabdeh bildirmişdir ki, arenda pulunu özü ödəyəcəkdir. Özünə isə həmin alətlər lazım olduqda başqa şəxslərdən günü 5 manat olmaq şərti ilə icarəyə götürmüşdür. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında avadanlıqları aprel ayında qaytaracağını bildirmişdir. İddia tələbini qismən qəbul etdiyini, 3000 manat hissəsində isə qəbul etmədiyini bildirmişdir. İşlədiyi vaxtlarda bir günü 20-25 manatdan işləmişdir, lakin hər gün işləməmişdir. Sonra isə alətləri itirmişdir. Alətlərin hamısı eyni vaxtda lazım olmur, lazım olduqda isə ödəniş olaraq 5 manat, digərinə 3 manat verərək götürüb istifadə etmişdir. 30 yanvar 2023-cü il tarixdə hazırlıq iclasında iştirak edən İddiaçı izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir. Bir-iki dəfə evində istilik sisteminin çəkilməsində ona kömək göstərmiş, o də işsiz olduğu üçün ona işinin müqabilində pul vermişdir. Daha sonra müxtəlif vaxtlarda ondan ümumilikdə 400 manat pul borc almışdır. Bundan əlavə ondan bir neçə dəfə alətlərini almış, işlətmiş və qaytarmışdır. Sonuncu dəfə də alətlərini -2 ədəd drel perefarator və plastik boru yapışdırmaq üçün 1 ədəd ütünü almış və bldirmişdir ki, yaxın vaxtda qaytaracaqdır. Lakin həmin vaxtdan xeyli vaxt keçməsinə, dəfələrlə ona zəng edib tələb etməsinə baxmayaraq alətlərini bu günə qədər qaytarmamışdır. 30 yanvar 2023-cü il tarixdə hazırlıq iclasında iştirak edən Cavabdeh izahatında iddia tələbini qismən qəbul etdiyini, cavabdehə 400 manat borcu olduğunu etiraf etmişdir. Alətləri isə işlətmək üçün almışdır, lakin itirmişdir. İddiaçı həmin alətləri heç vaxt icarəyə verməmiş, ona görə də 3000 manata dair hissədə iddia tələbini qəbul etmədiyini bildirmişdir. Məhkəmə, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. İş materiallarında olan: Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS üzrə məlumat şöbəsinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, vətəndaş Cavabdeh xx.xx.1971-ci tarixdə anadan olmuş, xx.xx.1992-ci il tarixdən ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası DİN-in Sumqayıt Şəhər Pİ-nin 5-ci PB tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli şikayətə cavab olaraq bildirilmişdir ki, xx.xx.2022-ci il tarixli şikayətə baxılmış, araşdırmadan məlum olmuşdur ki, şikayət mülki xarakterlidir. Odur ki, mülki məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası DİN-nin Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışından görünür ki, İddiaçı 27 dekabr 2017-ci il tarixdən Sumqayıt şəhəri, Yeni yaşayış massivi 9, bağ-377 ünvanında qeydiyyatdadır. Cavabdeh xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək, İddiaçı iddia tələbini qismən qəbul etdiyini, ona 400 manat borc pulu və avadanlıqları qaytarmağa razı olduğunu bildirmişdir. Məhkəmə hesab edir ki, məhkəmə iddiaçı tərəfindən təqdim olunmuş sübutların iddianın əsasını sübuta yetirmək məqsədi daşıdığından, məhkəmə bu qənaətə gəlir ki, onların təqzibi ilə bağlı heç bir sübut məhkəməyə təqdim olunmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1 maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsində göstərilir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 560.3.2-ci maddəsinə əsasən şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarının həyata keçirməsi hüquqdan sui-istifadə hesab edilməlidir. Həmin maddəyə əsasən hüquqdan sui-istifadə yolverilməzdir. 739.1.-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 740-cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. (740.1.) Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. (740.2.) Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2002-ci il tarixli Qərarında göstərilmişdir ki, “mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır”. Konstitusiya Məhkəməsinin Plenumu qərarlarında xüsusi qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Konstitusiya məhkəməsi Plenumunun Qərarında qeyd edilmişdir ki,sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, «affirmanti, non neganti incumbit probation» (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirib məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilərək Cavabdeh verilmiş əmlaklar(perefarator 135 manat, xırda əl dreli 60 manat, digər drel 80 manat, ütü 35 manat), onlar olmadıqda isə 310 manat dəyəri (iddiaçının məhkəmə iclasında verdiyi izahata əsasən hesablanmışdır), 400 manat borc pul, 300 manat vurulmuş ziyan olmaqla cəmi 1010 manat pul vəsaiti və 50 manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə cavabdehdən dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən ödənilmiş 60 manat məbləğində dövlət rüsumunun 50 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh verilmiş əmlaklar(perefarator 135 manat, xırda əl dreli 60 manat, digər drel 80 manat, ütü 35 manat) onlar olmadıqda isə 310 (üç yüz on manat) manat dəyəri, 400 (dörd yüz) manat borc pul, 300 (üç yüz) manat vurulmuş ziyan olmaqla, cəmi 1010 (min on manat) manat pul vəsaiti və 50 (əlli) manat dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-898/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-898/2023
01.03.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver