Məhkəmə qərarları › İş №2(060)-9/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-9/2022

18.04.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-9/2022 18.04.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi ilə, İddiaçı X11 və onun vəkili Vəkil iştirakı ilə, İddiaçılar X21 və X8 cavabdehlər X5 qarşı qanun üzrə vərəsəlik hüququ haqqında verilmiş şəhadətnamənin etibarsız hesab edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçılar X21 və X16 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, Corat bağlar sahəsində yerləşən onların istifadəsində olan və Cavabdeh adına verilmiş 18.05.1978-ci il tarixli 2174 nömrəli icarə müqaviləsinin və həmin müqavilə əsasında verilmiş vərəsəlik şəhadətnamələrinin və torpaq sahəsinə verilmiş çıxarışların etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini və iddia tələbi üzrə baxılıb qərar qəbul edilənədək Sumqayıt şəhəri, Corat bağlar sahəsində yerləşən 2174 B saylı bağın alqısatqısının və ya başqa formada özgəninkiləşdirilməsinin Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçılar X21 və X16 iddia tələbinin dəqiqləşməsi barədə ərizə təqdim edərək, 18 may 1978-ci il tarixli «Bağ sahəsinin icarə müqaviləsi» əsasında Cavabdeh istifadəsinə verilmiş Sumqayıt şəhəri, Corat bağlar sahəsində 0.20 ha sahəsi olan 1274 «B» saylı bağ sahəsinin 0,1025 ha sahəsinin Cavabdeh adına verilmiş 05 avqust 2017-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın və Sumqayıt şəhər 1 saylı Notariat Kontoru tərəfindən həmin bağ sahəsinə dair cavabdeh X4 adına verilmiş 09 avqust 2017-ci il tarixli «Qanun üzrə vərəsəlik hüquqi haqqında şəhadətnamə»nin etibarsız hesab edilməsi bərədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, təxminən 1990-cı ilin əvvəllərindən Sumqayıt şəhəri, Corat bağlar massivində ümumi sahəsi 0.10 ha (10 sot) olan 2171 A nömrəli bağ sahəsində abadlaşdırma və yaşıllaşdırma işləri görərək həmin sahəni bağ şəklinə salmış və hal hazıradək həmin bağdan istifadə edirlər. 12 may 2005-ci ildə Sumqayıt şəhər Bələdiyyəsinə həmin torpaq sahəsinin alqı-satqısı üçün seriya DGM 075929 nömrəli mədaxil qəbzi ilə 2.750.000 manat (köhnə AZN-lə) pul ödəmiş və şəhər Bələdiyyəsi tərəfindən onlara istifadəsində olan 2171 «A» nömrəli bağ sahəsinin plan və ölçüsü tərtib edilərək verilmişdir. Onlar istifadələrində olan mübahisəli torpaq sahəsinə görə torpaq vergisini vaxtlı-vaxtında ödəmişlər. 2017-ci ilin sonlarında istifadələrində olan Corat bağlar sahəsi. 2171 A saylı bağ sahəsinin onların mülkiyyətinə qeydiyyata alınmaqla çıxarış verilməsi üçün cavabdeh Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinə müracət edəndə onlara 20 noyabr 2017-ci il tarixli **********59 nömrəli məktubla bildirilmişdir ki, Sumqayıt şəhər lcraiyyə Komitəsinin Bağ Təsərrüfatı sahəsinin 14 avqust 1998-ci il tarixli 8305 nömrəli icarə müqaviləsi və 11 iyul 2008-cı il tarixli A № 061636 nömrəli torpaq sahəsinin planı və ölçüsünə əsasən Sumqayıt şəhəri, Corat bağlar sahəsində yerləşən 2171 A nömrəli bağ evi üzərində daşınmaz əmlakın dövlət reyestrində 08 sentyabr 2008-ci il tarixdə ********** qeydiyyat nömrəli çıxarış X2 tam mülkiyyət hüququ qeydiyyata alınmışdır. X1 adına daşınmaz əmlakın dövlət reyestrində 08 sentyabr 2008-ci il tarixdə ********** qeydiyyat nömrəli çıxarışın ləğvi barədə Sumqayıt şəhər Məhkəməsinə iddia ərizəsi vermişlər. Lakin məhkəmə baxışı zamanı qeyd edilən 2171 A nömrəli bağ sahəsinin istifadəsində olan bağ sahəsi ilə heç bir bağlılığı yoxdur. Bundan sonra o, cavabdeh Əmlak Məsələləri üzrə Dövlət Komitəsı yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinə istifadəsinə verilmiş bağ torpaq sahəsinin dəqiq yerləşdiyi yerin müəyyən edilməsi barədə rəsmi müraciət etmiş və müraciətlərinə əsasən onlar verilmiş 12 aprel 2019-cu il tarixli **********85 nömrəli cavab məktubunda bildirilmişdir ki, onların iştirakları ilə idarənin mütəxəssisləri tərəfindən əraziyə baxış keçirilmiş və istifadələrində olan torpaq sahəsi Corat bağlar ərazisi 2174B ünvanı ilə Sumqayıt XDS İK-nin Bağ Təsərrüfatı İdarəsi tərəfindən verilmiş 18.05.1978-ci il tarixli 2174 nömrəli bağ sahəsinin icarəyə verilməsi bərədə müqavilə əsasında Cavabdeh adına qeydiyyata alınmışdır. Sonradan torpaq sahəsi vərəsəlik şəhadətnamələri əsasında vərəsələrin adına qeydiyyata alınmış və iki hissəyə bölünərək özgəninkiləşdirilmişdir. Sumqayıt şəhər Məhkəməsinin 08 iyul 2019-cu il tarixli 2(060)-6470/2019 saylı qərardadına əsasən DlN-in BPQMl-nin MAPS şöbəsinin verdiyi arayışa əsasən 30.12.1958-ci il təvəllüdlü Cavabdeh Bərdə rayonunun Bəcirəvan kəndində qeydiyyatda olmuş və 17.07,2019-cu il tarixldə ölümü ilə əlaqədar qeydiyyatdan çıxarılmışdır. Əlavə olaraq qeyd etmişdir ki, 2006-cı ildə istifadələrinə verilmiş bağ sahəsinin adlarına rəsmiləşdirilməsi barədə Sumqayıt şəhər İcra Hakimiyyətinə, şəhər Bələdiyyəsinə, habelə Azərbaycan Respubllkasının Prezidentinə, Baş Prokurora və başqa instansiyalara ərizələrlə müraciət etmiş və onlara rəsmi verilən cavab məktublarında qeyd edilmişdir ki, guya Sumqayıt şəhər ərazisində istifadəyə yararlı torpaq sahəsi olmadığından onlara bağ sahəsi verilməsi mümkün deyildir. Başqa bir cavab məktubunda isə bildirilmişdir ki. istifadələrində olan və mülkiyyətlərinə almaq istədikləri torpaq sahəsindən yeraltı kommunikasiya xətləri keçməsi ilə əlaqədar Azərbaycan Respublikası Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsi tərəfindən rəy verilmədiyindən bələdiyyə tərəfindən qərar verilməsi mümkün olmamışdır. Göründüyü kimi istifadələrində olan bağ torpaq sahəsi qanunsuz olaraq başqa şəxslərə verilmişdir. Belə ki, həmin bağ sahəsi 1990cı ilin əvvəllərindən onların istifadəsindədir və 2005-ci ildə Sumqayıt şəhər Bələdiyyəsi həmin sahənin plan və ölçüsünü tərtib etməklə sxemi hər birinə təqdim etmişdir. Eyni zamanda 2005-ci ildən bağ sahəsinə görə torpaq verigisini ödəmişlər. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-9/2022 saylı, 18.04.2022-ci il tarixli qərardadı ilə iddiaçılar X21 və X8 cavabdehlər X5 və Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinə qarşı çıxarışın və qanun üzrə vərəsəlik hüququ haqqında verilmiş şəhadətnamənin etibarsız hesab edilməsinə dair iddiasının çıxarışın etibarsız hesab edilməsi hissəsində mülki iş üzrə icraata xitam verilmişdir. İddiaçı X21 və iddiaçıların vəkili Vəkil iddia tələbini müdafiə etdiklərini bildirdilər. Cavabdehlər və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Sumqayıt Şəhər Bələdiyyəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onlar və onların nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Qanunvericiliyin tələbləri baxımından məhkəmə mülki işə cavabdehlərin və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında cavabdeh Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinin nümayəndəsi X14 iddianın həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə, iş üzrə tərəflərin izahatını dinləyərək və təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinin X15 ünvanlanmış 12.04.2019-ci il tarixli məktubundan görünür ki, onun iştirakı ilə idarənin mütəxəssisləri tərəfindən əraziyə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, onun istifadəsində olduğunu iddia etdiyi torpaq sahəsi Sumqayıt şəhəri, Corat bağları ərazisi 2174B ünvanı ilə Sumqayıt XDS İK-nin bağlar təsərrüfatı idarəsi tərəfindən verilmiş 18.05.1978-ci il tarixli, 2127 nömrəli bağ torpaq sahəsinin uzun müddətli icarəyə verilməsi barədə müqavilə əsasında Cavabdeh adına qeydiyyata alınmışdır. Sonradan torpaq sahəsi vərəsəlik şəhadətnamələri əsasında vərəsələrin adına qeydiyyata alınmış və iki hissəyə bölünərək özgəninkiləşdirilmişdir. - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinin Azərbaycan Respublikası Vəkillər Kollegiyası 15 saylı Hüquq məsləhətxanasına ünvanlanmış 20.11.2017-ci il tarixli məktubundan görünür ki, Sumqayıt şəhər İcraiyyə Komitəsinin Bağ təsərrüfatı sahəsinin 14 avqust 1998-ci il tarixli 8305 nömrəli icarə müqaviləsi və 11 iyul 2008-ci il tarixli A № 061636 nömrəli torpaq sahəsinin planı və ölçüsünə əsasən Sumqayıt şəhəri, Corat bağlar ərazisi ünvanında yerləşən 2171a nömrəli bağ evi üzərində daşınmaz əmlakın dövlət reyestrində 08 sentyabr 2008-ci il tarixdə ********** qeydiyyat nömrəli çıxarış ilə X3 tam mülkiyyət hüququ qeydiyyata alınmışdır. Sumqayıt şəhər İcraiyyə Komitəsinin Bağ təsərrüfatı sahəsinin 18 may 1978-ci il tarixli 2127 nömrəli icarə müqaviləsinə əsasən Sumqayıt şəhəri, Corat bağlar ərazisi ünvanında yerləşən 2174B nömrəli bağ torpaq sahəsi üzərində daşınmaz əmlakın dövlət reyestrində 05 avqust 2017-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış ilə Cavabdeh mülkiyyət hüququ qeydiyyata alınmışdır. Sumqayıt şəhər 1 saylı notariat kontorunun 09 avqust 2017ci il tarixli 2V-144 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X4 adına özgəninkiləşdirilmişdir. Azərbaycan Respublikası Sumqayıt şəhər Bələdiyyəsinin 28 noyabr 2006-cı il tarixli 43 nömrəli qərarı, 14 dekabr 2006-cı il tarixli 441 qeydiyyat nömrəli torpaqların alqı-satqı müqaviləsinə dair akt və 15 yanvar 2007-ci il tarixli 714 qeydiyyat nömrəli torpaq sahəsinin kadastr planına əsasən Sumqayıt şəhəri, Corat bağları ərazisi ünvanında yerləşən 2174K nömrəli bağ torpaq sahəsi üzərində daşınmaz əmlakın dövlət reyestrində 19 aprel 2007-ci il tarixdə ********* qeydiyyat nömrəli çıxarış ilə X6 tam mülkiyyət hüququ qeydiyyata alınmışdır. 22 oktyabr 2010-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışda qeyd olunan torpaq sahəsi üzərində yerləşən bağ evinin hüquqları qeydiyyata alınmışdır. Bu zaman texniki səhv olaraq 2174K saylı torpağın ünvanı 2147K kimi göstərilmişdir. Sumqayıt şəhəri Corat bağlar massivi ünvanında yerləşən 2147K saylı bağ evi 1 saylı notariat kontorunun 28 oktyabr 2017-ci il tarixli 4Ə-03-679 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X12 adına özgəninkiləşdirilmişdir. - Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh 05.12.2018-ci il tarixdə vəfat etmişdir. - 09.08.2017-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, 28.04.1980-cı il tarixdə ölmüş Cavabdeh vərəsəsi Sumqayıt şəhəri, Corat qəs., ev 245-də qeydiyyata olan arvadı – X23, oğlu – X26, qızı – X33 və qızı – X7r və onlar hər biri ¼ hissədə miras əmlakdan irs almalıdırlar. Şəhadətnamə verilən miras əmlak AR ƏMDK yanında DƏDRX-nin Sumqayıt Şəhər Ərazi İdarəsi tərəfindən 08.08.2017-ci il tarixdə Cavabdeh verilmiş **********97 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Sumqayıt şəhəri, Corat bağlar ərazisi, 2174B ünvanında yerləşən ümumi sahəsi 0.1025 ha olan torpaq sahəsindən ibarətdir. Sumqayıt şəhəri 1 saylı notariat ofisinin xüsusi notariusu X13 həmin ərizənin həqiqiliyini təsdiq etmişdir. - Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh 28.04.1980-cı il tarixdə vəfat etmişdir. - Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X27 02.04.2009-cu il tarixdə vəfat etmişdir. - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin verdiyi çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, Corat bağlar ərazisində yerləşən 2174B saylı torpaq sahəsinin mülkiyyətçisi Cavabdehdur və daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəsi ilə 05.08.2017-ci il tarixdə qeydiyyata alınmışdır. - Sumqayıt şəhəri 4 saylı notariat ofisinin Bakı şəhəri, 15 saylı Vəkil Bürosunun vəkili Vəkil ünvanlanmış 17.10.2019-cu il tarixli məktubundan görünür ki, X16 tərəfindən 01.08.2015-ci il tarixdə Sumqayıt şəhəri, Corat bağlarları massivində, Dəniz kənarı yoldan birinci sırada yerləşən və Sumqayıt Bələdiyyəsinin mülkiyyətində olan 0.10. ha torpaq sahəsinin yarısının (0.05 ha) vətəndaş X17 xeyrinə imtina etməsi ilə bağlı müraciət edilmiş və bununla əlaqədar notariat hərəkəti aparılmışdır. - Sumqayıt Bələdiyyəsinin hazırki işlə bağlı məhkəmənin sorğusuna cavab olaraq göndərdiyi 01.09.2019-cu il tarixli məktubdan görünür ki, Sumqayıt Bələdiyyəsinin arxiv sənədlərinə əsasən “Corat” bağları massivində yerləşən 2174B saylı bağ torpaq sahəsi vətəndaş Cavabdeh ilə keçmiş Bağ təsərrüfatı sahəsi arasında bağlanılmış 18 may 1978-ci il tarixli, 2121 saylı torpaq icarə müqaviləsi əsasında sonuncunun icarəsinə verilmişdir. Həmin bağ torpaq sahəsinin arxiv sənədləri qanunvericiliklə müəyyən olunmuş qaydada saxlanılmaq üçün Bələdiyyə tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə təhvil verilmişdir. Sumqayıt Bələdiyyəsininn arxiv sənədlərində “Corat” bağları massivində yerləşən 2174 saylı bağ torpaq sahəsi X9 və X18 adlarına qeydə alınmışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 26.02.2020-ci il tarixli məktubu ilə məhkəməyə göndərilən arayışdan görünür ki, cavabdehin məhkəməyə gəlməməsi səbəbindən tədqiqat obyektinə baxış keçirmək mümkün olmamışdır. - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinin hazırki işlə bağlı məhkəmənin sorğusuna cavab olaraq göndərdiyi 11.03.2022-ci il tarixli məktubdan görünür ki, ərazi idarəsində elektron bazaya toplanmış məlumatlara, arxiv materiallarına əsasən X11 və X10 adlarına Sumqayıt şəhəri, Corat bağları massivi ünvanında bağ torpaq sahəsinin, bağ evinin qeydiyyata alınması barədə məlumat, Sumqayıt Bələdiyyəsindən təhvil alınmış arxivdə sözügedən şəxslərin adlarına icarə müqavilələrinin arxivi aşkar edilməmişdir. Sumqayıt şəhəri, Corat qəsəbəsi, Corat bağları ərazisində yerləşən B-2171A nömrəli və Sumqayıt şəhəri, Corat qəsəbəsi, Corat bağları ərazisi ünvanında yerləşən 2171A nömrəli torpaq sahələrinə dair icarə müqavilələri başqa şəxslərin adına olmuş, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 13.12.2021-ci il tarixli, 10/5312 №-li məktubundan görünür ki, ekspert Teymur Məmmədov tərəfindən məhkəmə tikinti-texniki ekspertizasının aparılmasından imtina edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Sumqayıt şəhəri, Corat bağları ərazisində yerləşən mübahisəli bağ sahəsinə dair iddiaçıların qanunvericilikdə nəzərdə tutulmuş hər hansı hüquqmüəyyənedici sənədləri mövcud deyildir. Həmin bağ faktiki olaraq iddiaçıların istifadəsindədir. Sözügedən torpaq sahəsi mülkiyyət hüququ ilə digər şəxslərə məxsusdur. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-9/2022 saylı, 18.04.2022ci il tarixli qərardadı ilə iddiaçılar X21 və X8 cavabdehlər X5 və Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinə qarşı çıxarışın və qanun üzrə vərəsəlik hüququ haqqında verilmiş şəhadətnamənin etibarsız hesab edilməsinə dair iddiasının çıxarışın etibarsız hesab edilməsi hissəsində mülki iş üzrə icraata xitam verilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Bu Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair» 27.08.2012-ci il tarixli Qərarında qeyd edilmişdir ki, qüvvədə olan prosessual qanunvericilikdə iddianı fərdiləşdirən iki elementə rast gəlmək olar: iddianın predmeti və onun əsası (məsələn, MPM-nin 53, 153cü maddələri). Bu elementlər nəinki iddianı, həmçinin iş üzrə prosesin özünü konkretləşdirməyə, onun həcmini, xarakterini, məhkəmənin fəaliyyətinin istiqamətini və xüsusiyyətlərini müəyyən etməyə imkan verir. Prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar. Belə ki, M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında göstərilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Beləliklə, məhkəmə iş üzrə sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçıların hazırki iddianı irəli sürməyə subyektiv hüququ mövcud deyildir. Belə ki, vərəsə olmayan, eləcə də mübahisəli əmlaka dair heç bir hüquq müəyyənedici sənədləri olmayan şəxs, cavabdehin vərəsəsi olduğu mirasqoyanın xüsusi mülkiyyətinə aid miras payına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsini mübahisələndirməyə hüquqi ixtiyara malik olmadığından onun belə bir tələb etmək hüququ yaranmamışdır. Beləliklə, məhkəmə hesab edir ki, X21 və X8 Sumqayıt şəhər 1 saylı Notariat Kontoru tərəfindən mübahisəli bağ sahəsinə dair cavabdeh X4 adına verilmiş 09 avqust 2017-ci il tarixli «Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə»nin etibarsız hesab edilməsi barədə iddia təmin edilməsin. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 234-234 və 360-cı maddələrinə əsasən, məhkəmə Qət etdi: İddiaçılar X11 və X8 Sumqayıt şəhəri, Corat bağlar sahəsində 1274 «B» saylı bağın 0,1025 ha sahəsinə dair Sumqayıt şəhər 1 saylı Notariat Kontoru tərəfindən cavabdeh X4 adına verilmiş 09 avqust 2017-ci il tarixli «Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə»nin etibarsız hesab edilməsi barədə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar