Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-906/2023 28.03.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X9 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi doğumun qeyd edilmə faktının müəyyən edilməsi (maraqlı şəxs - Maraqlı şəxs) barədə ərizəsinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizə ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək (Maraqlı şəxs kimi göstərməklə) X3nun 1902-ci ildə Zəngilan rayonunda və anası X1 1929-cu ildə Zəngilan rayonunda doğulmaları barədə huquqi əhəmiyyəti olan faktın müəyyən edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi xx.xx.1962-ci ildə, Zəngilan şəhərində anadan olmuşdur. Onun X3, anası isə X2r. X3 1902-ci ildə, anası X4 isə 1929-cü ilə Zəngilan rayonunda anadan olmuşlar. Onlar ailədə 6 uşaq olmuşlar. Atası xx.xx.1978-ci ildə mədə xərçəngindən, anası isə xx.xx.1985-ci ildə qaraciyər serrozundan Zəngilan rayonunda vəfat etmişlər. Valideynlərinin hər ikisini Zəngilan rayonunda dəfn etmişlər. Bu yaxınlarda bəzi sənədləşdirmə işlərinin aparılması üçün müvafiq orqanlara müraciət edən zaman ondan bəzi sənədlərlə yanaşı, valideynlərinə məxsus olan doğum haqqında şəhadətnamələri də tələb etdilər. Onun valideynlərinə məxsus olan doğum haqqında şəhadətnamələri axtarsa da, tapa bilməmişdir. Zəngilan rayonu işğal olunan zaman sənədlərin hamısını götürmək mümkün olmamışdır. Bəzi sənədlər işğal zonasında qalmışdır. Zəngilan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(034)-752/2022 saylı qərardadı ilə mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Ərizəçi doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə ərizənin dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, X3nun 1902-ci ildə, Zəngilan rayonunda və anası X1 02 fevral 1929-cu ildə, Zəngilan rayonunda doğulmaları barədə hüquqi əhəmiyyəti olan faktın müəyyən olunmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq maraqlı şəxs məhkəmə iclasında təmsil edilməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını və ərizənin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Şəxsiyyət vəsiqəsinin surətinə əsasən ərizəçi xx.xx.1962-ci ildə, ünvan 1 ünvanında qeydiyyatdadır. Milli Arxiv İdarəsinin xx.xx.2022-ci il tarixli məktubunda ərizəçiyə cavab olaraq bildirilmişdir ki, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq əziyyəti aktları idarəsi”nin 1929-cu ilə dair Zəngilan rayonu üzrə doğum haqqında qeydiyyat kitablarının arxivə dövlət mühafizəsinə verilməməsi səbəbindən X1 doğum haqqında akt qeydinin axtarışının aparılması imkanları xaricindədir. Milli Arxiv İdarəsinin xx.xx.2022-ci il tarixli məktubunda ərizəçiyə cavab olaraq bildirilmişdir ki, Zəngilan rayonu üzrə 1902-ci ilə dair vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatına (doğum, ölüm, nikah, boşanma) dair sənədlər X10 təhvil verilmədiyi üçün ərizənin icrası mümkün olmamışdır. Ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətlərinə əsasən X8 xx.xx.1978-ci ildə, X4 isə xx.xx.1985-ci ildə vəfat etmişdir. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, ərizəçinin X3, anası X2r. Ərizəçi doğum akt qeydinin bərpa edilməsi haqqında ərizə ilə Maraqlı şəxsnə müraciət etmişdir. Maraqlı şəxs xx.xx.2022-ci tarixli, 05/Q-127/13 saylı məktubunda bildirmişdir ki, doğum akt qeydinin bərpa edilməsi üçün həmin qeydin əvvəllər olmasını təsdiq edən sənəd təqdim edilməlidir. Bu səbəbdən ərizəçiyə məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Məhkəmə sorğusu əsasında 1 saylı Sumqayıt regional “ ASAN xidmət” X6 tərəfindən X8 və X1 ölüm haqqında akt qeydlərinin surəti məhkəməyə göndərilmişdir. 13 nömrəli ölüm haqqında akt qeydinə əsasən X4 xx.xx.1985-ci ildə, 25 nömrəli ölüm haqqında akt qeydinə əsasən X8 isə xx.xx.1978-ci ildə vəfat etmişdir. Ölüm akt qeydlərində X1 doğum tarixi 1929-cu il, X5 doğum tarixi 1902-ci il kimi göstərilmişdir. Ərizəçi tərəfindən təqdim edilmiş ev kitabçasında X5 doğum tarixi 1902-ci il, X1 doğum tarixi xx.xx.1929-cu il kimi göstərilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra - MPM) əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir (307.1.). Məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır (307.2.3.). Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın (308). Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir (310.1.). Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır (310.1.). İşdən göründüyü kimi ərizəçi atası və anasının doğumunun qeyd edilməsi faktının müəyyən edilməsini xahiş edir. O, həmin faktı təsdiq edən sənədi almaq üçün müvafiq qeydiyyat orqanına müraciət etmiş, lakin qeydiyyat orqanı ona məhkəməyə müraciət etməsini tövsiyə etmişdir. Məhkəmə hesab edir ki, işdə olan sənədlər əsasında ərizəçinin X3nun 1902-ci ildə, anası X1 isə 1929-cu ildə Zəngilan rayonunda anadan olmaları sübuta yetirilir. Həmin faktları təkzib edən hər hansı sübut iş materialları ilə müəyyən edilmir. Bu səbəbdən ərizə təmin edilməli və ərizəçinin doğumunun qeyd edilmə faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 216-220, 307-311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi X3nun 1902-ci ildə və anası X1 xx.xx.1929-cu ildə Zəngilan rayonunda doğulmaları faktı müəyyən edilsin. Hazırkı qətnamə həmin fakt üzrə müvafiq qeydiyyatın aparılması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-906/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-906/2023
28.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver