Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-908/2024 14.03.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Əhmədli Şəkər Vaqif qızının katibliyi, İddiaçı, Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı əmrin ləğv edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən verilmiş 26 aprel 2021-ci il tarixli, 168 saylı əmrin ləğv edilməsi və məcburi proqula görə əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı, xx.xx.2020-ci ildə Sumqayıt şəhərində fəaliyyət göstərən Cavabdeh MMC-yə müddətsiz fəhlə işinə qəbul edilmişdir. İş zamanı 30 yanvar 2021-ci ildə qəlib qurmaq üçün dəmir torba dirəkləri yığan zamanı torbalar üzərinə aşmış, özünü müdafiə etmək üçün sola qaçanda 3-cü mərtəbədən katlavanın dibinə düşmüş, ağır vəziyyətdə onu iş icraçısı işləyən Kənan avtomaşınla Respublika Travmatologiya İnstitutuna aparmışdır. Buradan çıxandan sonra bir müddət evdə müalicə almışdır. Sonradan müalicəsini Sumqayıt şəhər X8 Xəstəxanasında davam etdirmiş, xx.xx.2021-ci ildən xx.xx.2021-ci ilə qədər xəstəxanada “sağ qılça və qasıq sümüyünün qapalı yerdəyişməyən sınığı, onurğanın bel nahiyyəsinin əzilməsi” diaqnozu ilə müalicə olunmuşdur. Bunu Sumqayıt şəhər TTY Xəstəxanası tərəfindən iddiaçınn adına açılmış SN seriyalı 00006 № 739806 saylı və SN seriyalı 00007 № 064435 saylı “Əmək qabiliyyətinin olmaması vərəqəsi" təsdiq edir. Həmçinin iş yerində xəsarət almağımı Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitunun xx.xx.2021-ci il tarixli, 1310 saylı arayışı təsdiq edir. İş zamanı əmək xəsarəti alsa da iş yeri üzrə rəhbərlik “İZ” formalı aktı yalnız 19 may 2023-cü ildə vermişdir. Halbuki Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 27 saylı qərarının 2.6-cı bəndinə görə işəgötürən 1 gün müddətinə “İstehsalat zədəsi” aktını tərtib edərək onu zərərçəkənə təqdim etməlidir. Bildirirəm ki, xəstəxanada müalicə alan zamanı, yəni xx.xx.2021 -ci ildə Əmək Məcəlləsinin 68-ci maddəsinin a) bəndinə əsasən işdən azad edilmişdir. Halbuki iddiaçı işəgötürənə işdən çıxma barədə ərizə ilə müraciət etməmişdir. İşdən çıxma barədə əmrin olmasını bu ilin (2023) aprel ayında bilmişdir. Onu da bildirir ki, xəstəxanada olduğu vaxtı cavabdeh onu işdən azad etmişdir. İddiasını dəfələrlə cavabdehə “İZ” formalı aktın verilməsi və əmək haqqının ödənilməsi xahişi ilə müraciət etmişdir. Cavabdeh onunla maraqlanmamış, müalicəsinə heç bir vəsait sərf etməmişdir. Hətta xəstəxanada müalicə aldığı vaxt cavabdeh onunla maraqlanmamış, ona baş çəkməmişdir. İddiaçı, “İZ” formalı aktın alınması və əmək xəsarətinə görə Ödəncin ödənilməsinə köməklik göstərilməsi xahişi ilə Sumqayıt şəhər Prokurorluğuna müraciət etmişdir. Cavabdehin xahişi ilə iddiaçı ərizəsini geri götürərək şikayətçi olmadığını Prokurorluğa bildirmişdir. Təəssüflər olsun ki, cavabdeh bundan sonra da onunla maraqlanmamış, maddi ehtiyacının ödənilməsi istiqamətində heç bir addım atmamışdır. Əlacsız qalıb ikinci dəfə Sumqayıt şəhər Prokurorluğuna müraciət etməli olmuşdur. Bildirir ki, iş zamanı xəsarət almağı işəgötürən tərəfindən texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydalarına əməl edilməməsi səbəb olmuşdur. İş görülən sahədə çəpərləmə aparılmamış, açıq sahədə işlərin aparılmasına dair texniki təhlükəsizlik qaydalarına əməl olunmamışdır. Aldığı əmək xəsarəti işəgötürənin günahından baş vermişdir. Çünki açıq sahədə heç bir məhdudlaşdırım vasitə olmadığı sahədə işi icra etmişdir. Qeyd edir ki, cavabdeh Mediasiya sessiyasında iştirak etməmişdir. X6 Sessiyasında iştirak edilməməsi barədə 08 aprel 2022-ci il tarixli. № MŞB-5-01166 saylı arayış təsdiq edir. Cavabdeh MMC iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edərək İddiaçı Cavabdeh MMC-nə qarşı əmrin ləğv edilməsi və məcburi proqula görə əmək haqqının ödənilməsi barədə iddia tələbinin iddia müddəti ötürüldüyündən rədd edilməsi barədə məhkəmə qətnaməsi qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2020-ci il tarixindən Cavabdehndə fəhlə vəzifəsində işləmiş və xx.xx.2021-ci il tarixində öz xahişi ilə tutduğu vəzifədən azad edilmişdir. İddiaçı eyni məzmunlu əvvəlki şikayətləri əsasında hüquq-mühafizə orqanları və X3 Xidməti tərəfindən müvafiq araşdırmalar aparılmışdır. Sonuncu dəfə X3 Xidmətinin xx.xx.2022-ci il tarixli **********1 nömrəli əmri ilə yaradılmış təhqiqat komissiyası tərəfindən təhqiqat aparılmış və istehsalatda baş verən bədbəxt hadisənin Təhqiqat aktı tərtib edilmişdir. İddiaçı xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisə xx.xx.2023-cü il tarixili “İstehsalatda bədbəxt hadisə haqqında” 01/2023 nömrəli İZ formalı aktla rəsmiləşdirilmişdir. İZ formalı aktın bir nüsxəsi İddiaçı verilmişdir. Həm Təhqiqat aktından, həm də İZ formalı aktdan göründüyü kimi, bədbəxt hadisənin səbələrindən biri də İddiaçı tərəfindən əmək funksiyalarının icrası zamanı əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarının tələblərinə riayət edilməməsi olmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Abşeron-Xızı Regional Ərazi Şöbəsinin rəisinin inzibati xəta haqqında iş üzrə xx.xx.2022-ci il tarixli MN ******* №-li qərarı ilə Cavabdeh MMC-nin direktoru Nümayəndə1, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı (işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə) törətməkdə təqsirli bilinərək, barəsində 2000 (iki min) manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 3(105)-323/2022 №-li inzibati xəta haqqında iş üzrə xx.xx.2022-ci il tarixli qərarı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Abşeron-Xızı Regional Ərazi Şöbəsinin rəisinin inzibati xəta haqqında iş üzrə xx.xx.2022-ci il tarixli MN ******* №-li qərarı ləğv edilmiş və Nümayəndə1 oölu barəsində İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə başlanmış inzibati xəta haqqında icraata əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilmişdir. Bütün bunlarla yanaşı, İddiaçı tərəfindən iddia tələbi, bu cür tələblər üçün qanunla müəyyən edilmiş xüsusi iddia müddəti keçdikdən sonra irəli sürülmüşdür. Belə ki, iddiaçı xx.xx.2021-ci il tarixində, yənı iddianın məhkəməyə təqdim olunduğu tarixdən 2 il 7 ay müddət əvvəl verilmiş əmrin ləğv edilməsini tələb edir. Halbuki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə görə fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər (Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsi). İddiaçı əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrin mövcudluğu barədə məlumatın guya ona 2023-cü ilin aprel ayında verilməsi barədə iddia ərizəsində qeyd olunanlar həqiqətə uyğun deyil. Belə ki, İddiaçıla bağlanmış əmək müqaviləsinə xitam verildikdən sonra onunla son haqq-hesab aparılmış və əmək kitabçası da ona qaytarılmışdır. Bundan əlavə, iddiaçının bu dəlili, onun hələ 2022-ci ilin mart ayında mediasiya prosesinin həyata keçirilməsi üçün mediasiya təşkilatına müraciət etməsi faktı ilə tam təkzib olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” 30 iyul 2021-ci il tarixli qərarında da qeyd etmişdir ki, “X3 Xidməti əmək qanunvericiliyində fərdi əmək mübahisələrinə baxan orqanların dairəsinə daxil edilmədiyindən, həmçinin yuxarıda qeyd olunan Əsasnaməyə görə təyinatı əmək qanunvericiliyi sisteminə daxil olan normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirmək olduğundan, o, fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqan kimi qəbul edilə bilməz. Fərdi əmək mübahisələrinin həllində iddia müddətinin tətbiqi ilə bağlı təcrübədə yaranan qeyri-müəyyənliklərlə bağlı isə qeyd olunmalıdır ki, Əmək Məcəlləsinin 296-cı maddəsində fərdi əmək mübahisələrinin həm məhkəməyə qədər baxan orqan tərəfindən, həm də məhkəmələr tərəfindən həlli zamanı tətbiq olunan müddətlər nəzərdə tutulmuşdur. Belə ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 1-ci hissəsində işçinin fərdi əmək mübahisələrinin həll edilməsi ilə bağlı məhkəməyə qədər orqana müraciət etməsi üçün 3 aylıq, həmin maddənin 2-ci hissəsində isə məhkəməyə müraciət etməsi üçün 1 aylıq müddət müəyyən edilmişdir Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Qeyd edilənlərin nəzərə alınaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə qət edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Nümayəndə2 iddia tələbini qəbul etməyərək bildirdi ki, iddiaçı öz ərizəsi, xahişi ilə işdən azad edilmişdir. Buna dair sənədi X3 Xidmətinə əldə edilən sənədləri məhkəməyə təqdim etmişlər. X3 Xidmətinin X2 tərəfindən "xxxx" MMC-nin direktoru Nümayəndə1 barəsində əmək münasibətləri düzgün ləğv edilmədiyinə görə, iddiaçı müəyyən tarixdə vəzifədən azad olunmağına baxmayaraq, elektron sistemə bir neçə gün sonra yerləşdirildiyinə görə inzibati tənbeh tədbiri olaraq şərti olaraq cərimə tətbiq olunmuşdur. Həmin qərardan narazı qalaraq tərəflərindən şikayət verilmiş, şikayətlərində Sumqayıt Şəhər Məhkəməsi tərəfindən həmin qərar qismən ləğv edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı əsasında isə tam ləğv edilərək əməldə inzibati xəta tərkibi olmaması əsası ilə iş üzrə icraata xitam verilmişdir. İddiaçı dəfələrlə bir çox orqanlara şikayət etmişdir. O vaxtlar iddiaçıya müəyyən məbləğdə pul ödənilmişdir, bu barədə iddiaçının əlyazması da var. Həmin əlyazmada iddiaçı qeyd etmişdir: “Mən İddiaçı Cavabdeh MMC-də fəhlə işləmişəm, alacağım 1500 manat pulu aldım, heç kimdən, Mirvari City” MMC-dən də narazılığım yoxdur, Allah hamıya kömək olsun, hörmətlə”. Həmin əlyazmada telefon nömrəsi, tarix olaraq xx.xx.2021-ci il qeyd edilmişdir. Əlavə olaraq bildirir ki, iddiaçıya pul verilən zaman onun şəkli çəkilmişdir. Həmin fotoşəkillər də məhkəməyə təqdim edilmişdir. Bundan başqa iddiaçı hazırki iddia ilə məhkəməyə etmək üçün qanunda nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür. Odur ki, iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan: - xx.xx.2022-ci il tarixli, MŞB-5-01166 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat xərci İddiaçı ödəmişdir. - xx.xx.2020-ci il tarixli əmək müqaviləsindən görünür ki, Cavabdeh MMC ilə İddiaçı arasında Əmək Məcəlləsinə müvafiq olaraq müddətsiz əmək müqaviləsi bağlanmışdır. - xxxxxxx000200 saylı, xx.xx.2020-ci il tarixli əmək müqaviləsinin bağlanılması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, MİRVARİ CİTY” MMC ilə İddiaçı arasında Əmək Məcəlləsinə müvafiq olaraq müddətsiz əmək müqaviləsi bağlanmışdır. - xx.xx.2020-ci il tarixli, 285 saylı əmrdən görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixindən Cavabdeh MMC şirkətinə fəhlə vəzifəsinə təyin olunmuşdur. - xx.xx.2021-ci il tarixli işdən azad edilməsi barə ərizəsindən görünür ki, İddiaçı Cavabdeh MMc-nə müraciət edərək öz təşəbbüsü ilə tutduğu vəzifədən azad edilməsi və onunla bağlanılmış əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir. - xx.xx.2021-ci il tarixli işçinin əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin surətindən görünür ki, İddiaçı Cavabdeh MMC ilə bağlanmış əmək müqaviləsinə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü ilə) əsasən, xx.xx.2021-ci il tarixdən xitam verilməsi, son haqq-hesab pulunun hesablanıb ödənilməsi əmr edilmişdir. xx.xx.2021-ci il tarixli, xxxxxxx0002X0 əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Əmək Məcəlləsinin 68-ci maddəsinin 2a bəndinə müvafiq olaraq əmək müqaviləsinə xitam verilməsi ilə bağlı xxxxxxx saylı xx.xx.2020-ci il tarixli Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsi bildirişi ləğv edilmişdir. - Cavabdeh MMC tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Sumqayıt Regional Ərazi Şöbəsinə ünvanlanan 85/22 saylı, xx.xx.2022-ci il tarixli məlumat məktubundan görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixindən Cavabdehndə fəhlə vəzifəsinə qəbul edilmişdir. Onun 2020-ci ilin noyabr, dekabr ayları və 2021-ci ilin yanvar ayı üzrə əmək haqqı (cəmi 630 manat) xx.xx.2021-ci il tarixində ödənilmişdir. İddiaçı xəstəliyi haqqında iş yerinə ismarıc göndərsə də, heç bir rəsmi sənəd (həkim tərəfindən verilən xəstəlik vərəqəsi, arayış vəs.) təqdim etmədən 2021-ci ilin fevral, mart, aprel aylarını işdə olmamışdır. 19 mart 2021- ci il tarixdə işdən çıxmaq haqqında ərizə ilə müraciət etmişdir. 26 aprel 2021-ci il tarixdə ərizəsinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2 “a” bəndinə əsasən Əmək Müqaviləsinə xitam verilmiş və onun son haqq hesabı 70 (yetmiş) manat hesablanıb ödənilmişdir. - xx.xx.2021-ci il tarixli əlyazma və əlyazma yazılarkən çəkilən fotoşəkildən görünür ki, İddiaçı Cavabdeh MMC-də fəhlə işlədiyini, alacağı 1500 manat pulu aldığını, heç kəsdən- Mirvari City” MMC-dən də narazılığı olmadığını qeyd etmişdir. Fotoşəkildə İddiaçı həmin əlyazmanı yazdığı əks olunmuşdur. - Sumqayıt Apellyasiya Məhkəməsinin 3(105)-323/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-1094/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin X1 rəisi X5 tərəfindən qəbul edilmiş inzibati cərimənin şərti olaraq tətbiq edilməsi barədə MN seriyalı, ******* saylı, xx.xx.2022ci il tarixli qərarın ləğv edilməsi, Nümayəndə1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə bağlanmış inzibati xəta haqqında icraata əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İ hissəsinə görə əmək fərdi və ictimai rifahın əsasıdır. Əmək Məcəlləsinin 7-ci maddəsinin 1-ci hissəsinə əsasən işçilərin əmək hüquqları və bu hüquqlarla bağlı müvafiq təminatlarının minimum səviyyəsi bu Məcəllənin 1-ci maddəsində göstərilən normativ hüquqi aktlarla müəyyən edilmiş hüquq normaları ilə təmin edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; Həmin Məcəllənin 69-cu maddəsinin 2-ci bəndinə əsasən ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Həmin Məcəllənin 83-cü maddəsinin 2-ci bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Məhkəmə, iddia müddətinin tətbiq edilməsi barədə cavabdeh tərəfindən verilmiş yazılı ərizəyə münasibətdə qeyd edir ki; Azərbaycan Respublikası Əmək Məcəlləsinin 294-cü maddəsinin 4-cü bəndinə əsasən, məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın çıxardığı qərar işçini və ya işəgötürəni qane etməzsə, həmin mübahisənin həlli üçün onlar məhkəməyə müraciət edə bilərlər. Bu halda məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş iddia müddəti məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın müvafiq qərar qəbul etdiyi gündən başlanır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2021-ci il tarixli qərarında qeyd olunmuşdur ki, Fərdi əmək mübahisələrinin həllində iddia müddətinin tətbiqi ilə bağlı təcrübədə yaranan qeyrimüəyyənliklərlə bağlı isə qeyd olunmalıdır ki, Əmək Məcəlləsinin 296-cı maddəsində fərdi əmək mübahisələrinin həm məhkəməyə qədər baxan orqan tərəfindən, həm də məhkəmələr tərəfindən həlli zamanı tətbiq olunan müddətlər nəzərdə tutulmuşdur. Belə ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 1-ci hissəsində işçinin fərdi əmək mübahisələrinin həll edilməsi ilə bağlı məhkəməyə qədər orqana müraciət etməsi üçün 3 aylıq, həmin maddənin 2-ci hissəsində isə məhkəməyə müraciət etməsi üçün 1 aylıq müddət müəyyən edilmişdir. Eyni zamanda Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsində göstərilmişdir ki, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Göründüyü kimi işçinin əmək müqaviləsinə xx.xx.2021-ci il tarixində xitam verildiyindən, bu iddiaçıya məlum olduğu halda iddiaçı xx.xx.2023-cü ildə məhkəməyə müraciət etdiyindən iddiaçı tərəfindən iddia müddəti ötürülmüş hesab olunmalıdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı xx.xx.2020-ci il tarixindən Cavabdehndə fəhlə vəzifəsinə qəbul edilmişdir. Onun 2020-ci ilin noyabr, dekabr ayları və 2021-ci ilin yanvar ayı üzrə əmək haqqı (cəmi 630 manat) xx.xx.2021-ci il tarixində ödənilmişdir. İddiaçı xəstəliyi haqqında iş yerinə ismarıc göndərsə də, heç bir rəsmi sənəd (həkim tərəfindən verilən xəstəlik vərəqəsi, arayış vəs.) təqdim etmədən 2021-ci ilin fevral, mart, aprel aylarını işdə olmamışdır. 19 mart 2021- ci il tarixdə işdən çıxmaq haqqında ərizə ilə müraciət etmişdir. 26 aprel 2021-ci il tarixdə ərizəsinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2 “a” bəndinə əsasən Əmək Müqaviləsinə xitam verilmiş və onun son haqq hesabı 70 (yetmiş) manat hesablanıb ödənilmişdir. Eyni zamanda iddiaçı ilə cavabdeh arasında olan əmək müqaviləsinin xitam verilməsi zamanı hər hansı bir qanun pozuntusu olmamaqla yanaşı Məhkəmə qeyd edir ki, mübahisə üzrə Məhkəməyə müraciət etmə müddəti də ötmüşdür. Məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh tərəfindən verilmiş 26 aprel 2021-ci il tarixli, 168 saylı əmrin ləğv edilməsi və məcburi proqula görə əmək haqqının ödənilməsi barədə iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh tərəfindən verilmiş 26 aprel 2021-ci il tarixli, 168 saylı əmrin ləğv edilməsi və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi barədə iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №2(060)-908/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-908/2024
14.03.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver