Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-9083/2021 29.12.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi Məhkəmə iclas katibi X2 İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil1, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh, nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə İddiaçı-cavabdeh İddiaçı cavabdeh-iddiaçı Cavabdeh qarşı “mənzil hüquqlarının müəyyən edilməsi və mənzilə köçürülmə tələbinə dair” iddia ərizəsi üzrə və cavabdeh-iddiaçı Cavabdeh iddiaçı-cavabdeh İddiaçı qarşı “cehiz əşyalarının çıxarılması tələbinə” dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə Sumqayıt şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İlkin İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, onun Sumqayıt şəhəri, 76-cı məhəllə, 3-cü sahə, Çerkassi küçəsi, ev 3/3, 101 saylı mənzilə Cavabdeh ilə bərabər istifadə imkanlarının müəyyən edilməsi və onun həmin ünvanda yerləşən bir mərtəbəli fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul etməyi xahiş etmişdir. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı məxsus cehiz əmlaklarının istifadəsində və sahibliyində olan mənzildən çıxarılmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı-cavabdeh İddiaçı məhkəmədə iştirak edən zaman iddia tələbini müdafiə edərək qarşılıqlı iddianı qəbul etməyərək göstərmişdir ki, mübahisəli Sumqayıt şəhəri, 76cı məhəllə, 3-cü sahə, Çerkassi küçəsi, ev 3/3, mənzil 101, cavabdeh keçmiş qayınatası Cavabdeh Şahralı oğlunun adınadır. X4 ilə 08.02.2011-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuşdur. Birgə nikahdan 17.08.2011-ci ill təvəllüdlü Elnar adlı bir övladları olmuşdur. Hazırda nikahları Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsi ilə ləğv edilmişdir. Evləndikləri gündən qeyd edilən mənzilə gəlin köçmüş və 2011-ci ilin avqust ayına qədər cavabdehlərlə birgə mübahisəli mənzildə yaşamış və birgə təsərrüfat idarə etmişlər. Bu fakt Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 2205/2020 saylı və 05.10.2020-ci il tarixli qətnamməsi ilə sübuta yetirilirmişdir. Cavabdehlər hal-hazırda onu mənzilə buraxmırlar. O, hal-hazırda valideynlərinin yanında yaşamağa məcburdur. O, azyaşlı uşağı ilə birlikdə ömrü boyu valideynlərinin yanında yaşaya bilməz. Uşaq onun uşağı olduğu qədər də cavabdehin nəvəsidir. Bu günə kimi onun həmin evdə yaşamağına imkan verilmir. Hesab edir mübahisəli evə olan hüquqları olduğundan cavabdehin onun yaşadığı evdən çıxartmağa haqqı yoxdur. Göstərilənləri nəzərə alaraq, onun Sumqayıt şəhəri, 76-cı məhəllə, 3-cü sahə, Çerkassi küçəsi, ev 3/3, 101 saylı mənzilə Cavabdeh ilə bərabər istifadə imkanlarının müəyyən edilməsi və onun həmin ünvanda yerləşən bir mərtəbəli fərdi yaşayış evinə köçürülməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmədə ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil1 İddiaçı izahatına uyğun izahat verərək ilkin iddia tələbinin əsaslı olduğu üçün təmin edilməsini və qarşılıqlı iddia tələbinin əsassız olduğu üçün rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə cavabdeh-iddiaçı Cavabdeh ilkin iddia tələbini qəbul etməyərək qarşılıqlı iddia tələbini müdafiə edərək göstərdi ki, cavabdeh onun keçmiş gəlinidir. Belə ki, cavabdeh oğlu ilə ailə həyatı qurmuşdur. Ailə qurduqdan sonra bir müddət mehriban yaşasalar da sonralar münasibətləri pisləşmiş, aralarında daim söz-söhbət olmuş və cavabdeh oğlunu tərk edib getmişdir. Tərəflərindən ailənin bərpası üçün görülmüş tədbirlər heç bir müsbət nəticə verməmişdir. Məhkəmə qətnaməsi ilə onların arasında olan rəsmi nikah pozulmuşdur. Artıq onların arasında həm rəsmi, həm də faktiki olaraq ər-arvad münasibəti mövcud deyildir, ailə həm rəsmi, həm də faktiki olaraq dağılmışdır. Bununla əlaqədar olaraq bir neçə dəfə cavabdehə müraciət edərək cehiz əmlaklarının mənzildən çıxarılmasını xahiş etsələr də, cavabdeh onların xahişlərinə məhəl qoymamışdır. Ona görə də məcbur olub hazırkı iddia ilə məhkəməyə müraciət edir. Cavabdehin cehiz əşyaları mənzilində xeyli yer tutmaqla onun öz mənzilində istifadə hüququnu məhdudlaşdırır. Göstərilənləri nəzərə alaraq, ilkin iddia tələbinin rədd edilməsini və qarşlıqlı iddia tələbi təmin edilərək, cavabdeh İddiaçı məxsus cehiz əmlaklarının istifadəsində və sahibliyində olan mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmədə ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh, nümayəndəsi və vəkili Vəkil2, ilkin icavabdeh-iddiaçı Cavabdeh izahatına uyğun izahat verərək ilkin iddia tələbinin rədd edilməsini və qarşılıqlı iddia tələbinin əsaslı olduğu üçün təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, nümayəndəsi və vəkili Vəkil1, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh, nümayəndəsi və vəkili Vəkil2 dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək sübutlara məcmu halda qiymət verərək belə hesab edir ki, ilkin iddia tələbi qismən təmin olunmalı və qarşılıqlı iddia tələbi isə əsassız olduğu üçün təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikası Sumqayıt Bələdiyyəsi 76-cı məhəllə üzrə 3 saylı məhəllə komitəsinin 23.08.2021-ci il tarixli, 2075 saylı aktın surətindən görünür ki, Sumqayıt şəhəri, 76-cı məhəllə, 3 saylı ərazi 3/3, ev №101 sənədsiz fərdi yaşayış evinin sahibi olan Cavabdeh məxsus evə İddiaçı, Cavabdeh oğlu X4 ilə 2010-cu ildə ailə həyatı quraraq həmin evə gəlin köçmüş və həmin ünvanda İddiaçı 17.08.2011-ci ildə X1 dünyaya gətirmişdir. Göstərilən mənzildə İddiaçı 2019-cu ilə qədər daimi yaşamışdır. Aktın doğruluğunu qonşular: C.Ağammədov, S.Cəbiyev, komitənin sədri Ş.Məmmədov öz imzaları ilə təsdiq etmişlər. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2205/2020 saylı, 05.10.2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı-cavabdeh İddiaçı cavabdeh-iddiaçı Cavabdeh, cavabdehlər X5, X6 və X3 qarşı “mənzilə köçürmə tələbinə dair” və cavabdeh-iddiaçı Cavabdeh iddiaçı-cavabdeh İddiaçı qarşı “mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə” dair qarşılıqlı iddia ərizələri əsassız olduğu üçün rədd edilməsi qət edilmişdir. İş materiallarında olan AZ-İ №350391 saylı, 21.04.2020-ci il tarixli “Nikahın pozulması haqqında şəhadətnamə”nin surətindən görünür ki, X4 ilə İddiaçı ilə olan nikah Sumqayıt şəhər qeydiyyat şöbəsində 21.04.2020-ci il tarixdə ləğv edilmişdir. İş materiallarında olan , Azərbaycan Respublikası Sumqayıt Bələdiyyəsi 76-cı məhəllə üzrə 3 saylı məhəllə komitəsinin 23.08.2021-ci il tarixli, 2044 saylı arayışından görünür ki, Cavabdeh Şhralı oğlu Sumqayıt şəhəri, 76-cı məhəllə, 3-cü sahə, Çerkassi küçəsi, ev 3/3, 101 nömrəli fərdi yaşayış evində yaşayır. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında 14.10.2021-ci il tarixli, ******* saylı arayışından görünür ki, Hüseynova Gülnar Sayəddin qızı Sumqayıt şəhəri, Nizami küçəsi, 111-də qeydiyyatdadır. Hazırda iddiaçı-cavabdeh İddiaçı mübahisəli Sumqayıt şəhəri, 76-cı məhəllə, 3-cü sahə, Çerkassi küçəsi, ev 3/3, 101 saylı mənzilə Cavabdeh ilə bərabər istifadə imkanlarının müəyyən edilməsi və onun həmin ünvanda yerləşən bir mərtəbəli fərdi yaşayış evinə köçürülməsi barədə tələb irəli sürmüşdür. “İnsan Hüquqları və X7 Haqqında Konvensiya” nın 6-cı maddəsinin 1-ci bəndinə görə, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Belə müddəalar «İnsan hüquqları haqqında Ümumi Bəyannamə»-nin 13-cü maddəsində və «İnsan Hüquqları və X7 haqqında» Avropa Konvensiyasına əlavə 4 nömrəli protokolun 2-ci maddəsinin birinci bəndində də nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 26 sentyabr 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, “Eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birinə (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən, yaşayış sahəsindən istifadə etmək hüququ), digərlərində isə yalnız yaşayış sahəsindən istifadə etmək hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılır. Tərəflər arasında mübahisəli hüquq münasibətlərinin 2011-ci ildən yarandığını, yəni iddiaçının mübahisəli evə cavabdeh ilə 2011-ci ildə rəsmi nikaha daxil olaraq, həmin ilədn yaşamasını, tərəflər arasındakı hazırkı mənzillə bağlı hüquq münasibətləri 2009cu ildən sonra əmələ gəldiyindən, hazırki mübahisəyə qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin normaları tətbiq edilməklə hüquqi qiymət verilməlidir. Qüvvədə olan Mənzil Məcəlləsinin: 12.1-ci maddəsinə əsasən, yaşayış sahələri mənzil hüququnun obyektidir. 12.2 ci maddəsinə əsasən yaşayış sahəsi dedikdə Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə (bundan sonra tələblərə) cavab verən) ayrıca sahə başa düşülür. 12.3 cü maddəsinə əsasən sahənin yaşayış sahəsi hesab edilməsi qaydası və onun cavab verməli olduğu tələblər bu Məcəlləyə və digər qanunvericilik aktlarına uyğun olaraq müəyyən edilir. 13.2 ci maddəsinə əsasən otaqlardan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət fərdi müəyyən edilmiş ev yaşayış evi hesab edilir. 14.1 ci maddəsinə əsasən yaşayış sahəsinin əsas təyinatı həmin sahədə insanların yaşamasıdır. Məhkəmə hesab edir ki, hazırki mübahisənin predmetinin qanunsuz tikili olan fərdi ev təşkil etdiyindən mübahisə üzrə qanunun analogiyası tətbiq edilməli və Mənzil Məcəlləsinin aşağıdakı normaları rəhbər tutulmalıdır: Belə ki, hüquqi statusu məlum olmayan (qanunsuz tikili) yaşayış sahələrində köçürülmə və ya bu tip mübahisələrə baxılması ilə əlaqədar bir başa maddi hüquq norması mövcud deyil. 01 oktyabr 2009-cu il tarixdən sonra qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 68.1-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 68.2-ci maddəsində göstərilir ki, sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə görə, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 16 oktyabr 1992-ci il tarixli “Respublika məhkəmələri tərəfindən mənzil qanunvericiliyinin tətbiqi təcrübəsi haqqında” 2 saylı Qərarının 7-ci bəndinə əsasən ərin (arvadın) yaşayış sahəsinə hüququ haqqında mübahisəni həll edərkən məhkəmə işin konkret hallarını nəzərə almaqla icarədarın və onun yetkinlik yaşına çatmış ailə üzvlərinin ər (arvad) mənzilə köçürülərkən etiraz etmədiklərini faktiki razılıq kimi qəbul edib, onların mənzilə pasport qeydiyyatı olmadığı hallarda belə yaşayış sahəsinə hüquqlarını tanıya bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbacan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Həmin Qanunun 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Nəzərə alınmalıdır ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Mənzildən və digər yaşayış sahəsindən məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Azərbaycan Respublikası Mülki Məcəllənin 6.1.1-ci maddəsi isə mülki hüquq subyektlərinin bərabərliyini mülki qanunvericiliyin əsas prinsiplərindən biri kimi müəyyən etmişdir. Özbaşına tikinti və onun nəticələrini tənzimləyən Mülki Məcəllənin 180-ci maddəsində şəxslərin özbaşına tikintidə yaşamalarını və oradan istifadə etmələrini birbaşa qadağan edən norma yoxdur. Həmin maddədə yalnız özbaşına tikinti aparmış şəxsin ona mülkiyyət hüququnu əldə etməyəcəyi, onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarının olmadığı təsbit olunmuşdur. Avropa İnsan Hüquqları Məhkəməsi “O.X8rşı” iş üzrə ərizənin qəbul edilənliyi barədə və “Gillounun Birləşmiş krallığa qarşı” iş üzrə 24 noyabr 1986-cı il tarixli qərarlarında qeyd etmişdir ki, şəxs qaldığı yerin 8-ci maddədə nəzərdə tutulan mənada “mənzil” sayılması üçün həmin yerlə yetərli və davamlı əlaqələrinin olduğunu sübut etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Gillounun işi”nə dair qərarında göstərmişdir ki, həmin işdə ərizəçilər evlərində 1958-ci ildə məskunlaşmış, işləmək üçün xaricə getməzdən əvvəl orada iki il yaşamış və evdə olmadıqları müddətdə mebellərini evdə saxlamışlar. Xaricdə olarkən onlar Birləşmiş Krallıqdan qayıtdıqdan sonra həmin evdə yaşayacaqları barədə niyyətlərini ifadə etmişdilər. Sonralar 1979-cu ildə geriyə qayıtdıqdan sonra onlar yenidən həmin evdə məskunlaşmış və onların Konvensiyanın 8-ci maddəsində nəzərdə tutulmuş hüquqlarına müdaxilə baş verənə qədər bir neçə ay orada yaşamışdılar. Məhkəmə müəyyən etmişdir ki, həmin işdə ərizəçilər sözügedən evdə özlərinə “mənzil” qurmuşdular və onların həmin mənzillə kifayət qədər davamlı əlaqələri vardı. (Bax: Valentina Akimova Azərbaycana qarşı 1985/03 saylı ərizənin qəbul edilənliyinə dair Avropa İnsan Hüquqları Məhkəməsinin 12.01.2006-cı il tarixli qərarı, 3-cü bənd, 3 və 4-cü abzaslar)”. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçı-cavabdeh İddiaçı 2011-ci ildən mübahisəli evdə yaşaması, cavabdehlə ümumi təsərrüfat aparmaları, mənzil hüquqlarına müdaxilə baş verənə qədər orada yaşaması və başqa yerdə yaşayış yerinin olmaması əsası ilə, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 8-ci maddəsinin tələbləri baxımından iddiaçının mənzil hüququna müdaxilə kimi qiymətləndirilməsi və pozulmuş hüquqları bərpa edilməlidir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 8-ci maddəsinə əsasən hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir. Məhkəmə ilkin iddia tələbinin fərdi yaşayış evinə dair iddiaçının istifadə imkanlarının müəyyən edilməsi barədə iddia tələbini həmin hissədə təmin etmir. Belə ki, sözügedən fərdi yaşayış evinə dair heç bir sənəd olmadığı üçün həmin evdə istifadə imkanlarının müəyyən edilməsi tələbi əsassızdır. Bundan əlavə məhkəmə qarşılıqlı iddia tələbi üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Məhkəmə müəyyən etmişdir ki, iddiaçı-cavabdeh, cavabdeh-iddiaçının oğlu ilə nikaha daxil olduqdan sonra cavabdeh-iddiaçının və onun ailə üzvlərinin razılığı ilə mübahisəli evə gəlin gəlmiş və öz cehiz əşyalarını həmin evdə yerləşdirmiş və 8 ilə yaxın həmin evdə yaşamışdır. Ona görə də iddiaçı-cavabdehin həmin hissədə yaşamaq hüququ vardır. Məhkəmə qeyd olunan əsaslarla qarışılqılı iddia ərizəsini təmin etmir. Bundan başqa, hazırki iş üzrə ilkin iddia tələbini qismən təmin edərək, iddiaçıcavabdehi sözügedən mübahisəli fərdi yaşayış evinə köçürülməsi hissəsində təmin edir və belə olan halda qarşılıqlı iddia tələbinin rədd edilməsi üçün bir əsasdır. Avropa İnsan Hüquqları Məhkəməsi “O.X8rşı” iş üzrə ərizənin qəbul edilənliyi barədə və “Gillounun Birləşmiş krallığa qarşı” iş üzrə 24 noyabr 1986-cı il tarixli qərarlarında qeyd etmişdir ki, şəxs qaldığı yerin 8-ci maddədə nəzərdə tutulan mənada “mənzil” sayılması üçün həmin yerlə yetərli və davamlı əlaqələrinin olduğunu sübut etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Gillounun işi”nə dair qərarında göstərmişdir ki, həmin işdə ərizəçilər evlərində 1958-ci ildə məskunlaşmış, işləmək üçün xaricə getməzdən əvvəl orada iki il yaşamış və evdə olmadıqları müddətdə mebellərini evdə saxlamışlar. Xaricdə olarkən onlar Birləşmiş Krallıqdan qayıtdıqdan sonra həmin evdə yaşayacaqları barədə niyyətlərini ifadə etmişdilər. Sonralar 1979-cu ildə geriyə qayıtdıqdan sonra onlar yenidən həmin evdə məskunlaşmış və onların Konvensiyanın 8-ci maddəsində nəzərdə tutulmuş hüquqlarına müdaxilə baş verənə qədər bir neçə ay orada yaşamışdılar. Məhkəmə müəyyən etmişdir ki, həmin işdə ərizəçilər sözügedən evdə özlərinə “mənzil” qurmuşdular və onların həmin mənzillə kifayət qədər davamlı əlaqələri vardı. (Bax: Valentina Akimova Azərbaycana qarşı 1985/03 saylı ərizənin qəbul edilənliyinə dair Avropa İnsan Hüquqları Məhkəməsinin 12.01.2006-cı il tarixli qərarı, 3-cü bənd, 3 və 4-cü abzaslar)”. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 8-ci maddəsinə əsasən hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, ikin iddia tələbi qismən təmin edilərək, İddiaçı Sumqayıt şəhəri, 76-cı məhəllə, 3-cü sahə, Çerkassi küçəsi, ev 3/3, 101 saylı mənzildə yerləşən bir mərtəbəli fərdi yaşayış evinə köçürülməli, ilkin iddia tələbi üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu cavabdeh-iddiaçı Cavabdeh alınaraq iddiaçı-cavabdeh İddiaçı ödənilməli, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı məxsus cehiz əmlaklarının istifadəsində və sahibliyində olan mənzildən çıxarılması” barədə qarşılıqlı iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmələr yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş ücün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İlkin iddia tələbi qismən təmin edilsin. İddiaçı Sumqayıt şəhəri, 76-cı məhəllə, 3-cü sahə, Çerkassi küçəsi, ev 3/3, 101 saylı mənzildə yerləşən bir mərtəbəli fərdi yaşayış evinə köçürülsün. İlkin iddia tələbi üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu cavabdeh-iddiaçı Cavabdeh alınaraq iddiaçı-cavabdeh İddiaçı ödənilsin. İlkin iddia tələbi qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia tələbi rədd edilsin. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, bir ay müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(060)-9083/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-9083/2021
29.12.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver