Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-9136/2021 16.12.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, Ərizəçi etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi maraqlı şəxs Sumqayıt şəhər Qeydiyyat şöbəsinə qarşı doğumun qeyd edilmə faktının müəyyən edilməsi tələbinə dair mülki işə 16 dekabr 2021-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi maraqlı şəxs Sumqayıt şəhər Qeydiyyat şöbəsinə qarşı doğumun qeyd edilmə faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun xx.xx.1962-ci il tarixdə Ermənistan Respublikasının Qafan rayonunda doğumun qeyd edilməsi faktının müəyyən edilməsi, doğum aktı qeydinin bərpa edilərək ona yeni “doğum haqqında şəhadətnamə” verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1962-ci il tarixdə Ermənistan Respublikasının Qafan rayonunda anadan olmuşdur. X3, anası X1r. Atası Əhməd 08.04.1982-ci ildə, anası Diliş 27.01.2004-cü ildə vəfat etmişdir. Özünə məxsus “doğum haqqında şəhadətnamə”ni naməlum şəraitdə itirmişdir. Hal-hazırda sənədi təkrar ala bilmir. Doğum haqqında şəhadətnamənin olmaması səbəbindən müəyyən problemlərlə rastlaşır. Bunun üçün o, doğum haqqında akt qeydinin bərpa olunması üçün Sumqayıt şəhər Qeydiyyat şöbəsinə müraciət etmişdir. Sumqayıt şəhər Qeydiyyat şöbəsi tərəfindən xahişi təmin olunmamış və ona izah olunmuşdur ki, doğum haqqında akt qeydinin bərpası üçün məhkəməyə müraciət etsin. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Bildirir ki, hazırda doğum haqqında akt qeydini məhkəmədənkənar bərpa etmək mümkün deyil. Belə ki, arxiv sənədləri Ermənistan Respublikasındadır və Ermənistanla müharibə şəraitində yaşayırlar. Doğum haqqında şəhadətnamənin olmaması ona bir sıra hüquqlarını realizə etmək üçün ciddi çətinliklər yaradır. Ona görə də hesab edir ki, doğum haqqında akt qeydi məhkəmə tərəfındən bərpa olunmalıdır. Doğum haqqında akt qeydinin bərpası ona doğum haqqında şəhadətnamə almaq üçün lazımdır. Yuxarıda göstərdiklərinə əsasən, o, ərizəsinin təmin olunmasını və bu barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhər Qeydiyyat Şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şahid qismində dindirilən X6 bildirdi ki, Ərizəçi onun qardaşıdır. O, xx.xx.1962-ci il tarixdə Ermənistan Respublikasının Qafan rayonunda anadan olmuşdur. Qardaşı Elşən anadan olanda onun 8 yaşı var idi. Ona görə də onun doğumunu xatırlayır. Şahid qismində dindirilən X4 bildirdi ki, Ərizəçi onun qardaşıdır. O, xx.xx.1962-ci il tarixdə Ermənistan Respublikasının Qafan rayonunda doğulmuşdur. Qardaşı doğum haqqında şəhadətnaməsini itirmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhər Qeydiyyat Şöbəsinin 14 sentyabr 2021-ci il tarixli, 05/Q-3296/14 saylı məktubundan görünür ki, Ərizəçi doğumu haqqında akt qeydi aşkar edilməmişdir. İş materiallarında olan 08.04.1987-ci il tarixli nikahın bağlanması haqqında akt qeydinin surətindən görünür ki, Ərizəçi ilə X5 rəsmi nikaha daxil olmuş, nikahdan sonra arvada Əhmədova soyadı verilmişdir. İşdə olan AZ-İ nömrəli, 079226 saylı ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətinə görə, ərizəçinin anası X2 27.01.2004-cü il tarixdə Sumqayıt şəhərində ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında müvafiq qeyd olunmuşdur. İşdə olan İİ-JQ nömrəli, 345241 saylı ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətinə görə, ərizəçinin X3 08.04.1982-ci il tarixdə Sumqayıt şəhərində ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında 240 nömrə ilə qeyd olunmuşdur. İşdə olan ZJ nömrəli, 801817 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətinə görə, ərizəçinin qardaşı Nümayəndə xx.xx.1965-ci il tarixdə Ermənistan Respublikasının Qafan rayonunda doğulmuşdur. X3, anası X1r. İşdə olan ZJ nömrəli, 725980 saylı doğum haqqında şəhadətnamənin surətinə görə, ərizəçinin bacısı X7 20.11.1954-cü il tarixdə Ermənistan Respublikasının Qafan rayonunda doğulmuşdur. X3, anası X1r. İşdə olan ZJ nömrəli, 984420 saylı doğum haqqında şəhadətnamənin surətinə görə, ərizəçinin bacısı Şıxıyeva (Əhmədova) Xəzəngül Əhməd qızı 02.03.1957-ci il tarixdə Ermənistan Respublikasının Qafan rayonunda doğulmuşdur. X3, anası X1r. Beləliklə, Ərizəçi xx.xx.1962-ci il tarixdə Ermənistan Respublikasının Qafan rayonunda anadan olmuşdur. X3, anası X1r. Bu fakt ərizəçinin iş materiallarında olan şəxsiyyət vəsiqəsi, şahid ifadəsi və digər iş materialları ilə təsdiq olunur. Məhkəmə hesab edir ki, qeyd olunan faktın müəyyən olunmaması ərizəçinin mülki, sosial və digər hüquqlarını həyata keçirməsinə təsir göstərir. Həmçinin, ərizəçinin bu faktı təsdiq edən lazımi sənədi məhkəmədənkənar başqa qaydada ala bilməsi, o cümlədən itirilmiş sənədin bərpası mümkün deyildir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi xx.xx.1962-ci il tarixdə Ermənistan Respublikasının Qafan rayonunda doğulması faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307, 311 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, qət etdi: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1962-ci il tarixdə Ermənistan Respublikasının Qafan rayonunda doğulması faktı müəyyən olunsun. Ərizəçi doğum haqqında şəhadətnamə verilsin və doğum haqqında şəhadətnamənin ata qrafasında X9, ana qrafasında isə X2 qeyd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-9136/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-9136/2021
16.12.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver