Məhkəmə qərarları › İş №2(060)-9240/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-9240/2021

13.12.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-9240/2021 13.12.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, Ərizəçi nümayəndəsi və vəkili Vəkil Aydın qızının iştirakı ilə, Ərizəçi maraqlı şəxs AR ƏN Sumqayıt Şəhər Qeydiyyat Şöbəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən e t d i: Ərizəçi maraqlı şəxs AR ƏN Sumqayıt Şəhər Qeydiyyat Şöbəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, doğum haqqında akt qeydinə düzəliş edərək ad qrafasında “Mirsəməd” ata qrafasında “Murtuza” kimi yazılaraq ona yeni doğum haqqında şəhadətnamə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Ərizəçi nümayəndəsi və vəkili Vəkil ərizə təqdim edərək Ərizəçi maraqlı şəxs AR ƏN Sumqayıt Şəhər Qeydiyyat Şöbəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Maraqlı şəxs AR ƏN Sumqayıt Şəhər Qeydiyyat Şöbəsinin nümayəndəsi qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və mülki işə mahiyyəti üzrə baxılmasını tələb etməmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin edilməli Ərizəçi maraqlı şəxs AR ƏN Sumqayıt Şəhər Qeydiyyat Şöbəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalı, iddia ərizəsi, ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 259-260-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizəçi maraqlı şəxs AR ƏN Sumqayıt Şəhər Qeydiyyat Şöbəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın. İddia ərizəsi, ona əlavə edilmiş sənədlərlə birlikdə Ərizəçi geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar