Məhkəmə qərarları › İş №2(060)-9385/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-9385/2021

22.12.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-9385/2021 22.12.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X6 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, Ərizəçi, Maraqlı tərəf AR ƏN Sumqayıt şəhər qeydiyyat şöbəsinin nümayəndəsi X3 iştirakları ilə, Ərizəçi maraqlı tərəf AR ƏN Sumqayıt şəhər qeydiyyat şöbəsinə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi maraqlı tərəf AR ƏN Sumqayıt şəhər qeydiyyat şöbəsinə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Ağdam rayon Qərvənd icra nümayəndəliyi tərəfindən verilmiş 45 saylı doğum haqqında akt qeydinə düzəliş edilərək, ata adı qrafasında X7, ana adı qrafasında X4 yazılmaqla ona yeni doğum haqqında şəhadətnamə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi 2(060)-9385/2021 nömrəli mülki iş üzrə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında ərizədə tələbin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək məhkəmədən yetkinlik yaşına çatmış Ərizəçi Ağdam rayonu Qərvənd kəndində xx xxxx 1956-cı ildə X1 doğumunun qeyd edilmə faktının müəyyən edilməsi haqqında və yetkinlik yaşına çatmış Ərizəçi barəsində X7 tərəfindən atalığın etiraf olunması faktının müəyyən edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi izahatında verdiyi ərizəni müdafiə edərək, onun təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən maraqlı tərəf AR ƏN Sumqayıt şəhər qeydiyyat şöbəsinin nümayəndəsi X5 məhkəməyə 45 saylı doğum haqqında akt qeydinin surətini təqdim edərək bildirdi ki, 25.03.1956-cı ildə Ağdam rayon Qərvənd icra nümayəndəliyində qeydə alınmış doğum haqqında şəhadətnamədə ata adı qrafasına “Şahlar” əlavə olunması barədə müraciətə baxılmış, onun adına doğum haqqında akt qeydi aşkar olunmamışdır. Ağdam rayon Qərvənd icra nümayəndəliyində 25 mart 1956-cı il tarixdə tərtib edilmiş 45 saylı doğum haqqında akt qeydi nəzərdən keçirilərkən xx.xx.1956-cı il təvəllüdlü “Ərizəçi” deyil, xx.xx.1956-cı il təvəllüdlü “Əliyeva Zöhrə” barəsində tərtib edilmiş akt qeydi aşkar olunmuş, ona görədə ərizəçiyə imtina verilmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, Ərizəçi maraqlı tərəf AR ƏN Sumqayıt şəhər qeydiyyat şöbəsinə qarşı akt qeydinə düzəliş edilməsinə dair ərizəsi üzrə icraata xitam verilməlidir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2666/2021 saylı 12.03.2021-ci il tarixli qətnaməsindən görünür ki, Ərizəçi maraqlı şəxs Sumqayıt şəhər qeydiyyat şöbəsinə qarşı doğum haqqında akt qeydinin bərpa edilməsi barədə ərizəsi təmin edilmiş, 25.03.1956-cı ildə Ağdam rayon Qərvənd icra nümayəndəliyi tərəfindən verilmiş 45 saylı akt qeydində düzəliş edilməsi və Ərizəçi ata adının X2 qeydiyyatının aparılması qət edilmişdir. İş materiallarında olan AR ƏN Sumqayıt şəhər qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış 02.11.2021-ci il tarixli, 05/Q-266/62 nömrəli məktubdan görünür ki, 25.03.1956-cı ildə Ağdam rayon Qərvənd icra nümayəndəliyində qeydə alınmış doğum haqqında şəhadətnamədə ata adı qrafasına “Şahlar” əlavə olunması barədə müraciətə baxılmış, “Vətəndaşlıq vəziyyəti aktları”avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində ümumi axtarış aparılmış və onun adına doğum haqqında akt qeydi aşkar olunmamışdır. Bildirilmişdir ki, Ağdam rayon Qərvənd icra nümayəndəliyində 25 mart 1956-cı il tarixdə tərtib edilmiş 45 saylı doğum haqqında akt qeydi nəzərdən keçirilərkən xx.xx.1956-cı il təvəllüdlü “Ərizəçi” deyil, xx.xx.1956-cı il təvəllüdlü “Əliyeva Zöhrə” barəsində tərtib edilmiş akt qeydi aşkar olunmuşdur. Təqdim olunmuş sənədlərdə ziddiyyət olduğundan və dəyişiklik etmək üçün kifayət qədər əsas təqdim edilmədiyindən, şəxsin eyniliyi faktının müəyyən edilməsi və ya doğum haqqında akt qeydinin bərpa olunması üçün aidiyyatı üzrə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Belə ki, Ərizəçi məhkəməyə təqdim etdiyi sənədlərin məhkəmə iclasında tədqiqi zamanı müəyyən edilmişdir ki, verilmiş ərizəyə xüsusi icraat qaydasında baxılması mümkün deyil. 09 iyul 2021-ci il tarixli Qanunla Mülki Prosessual Məcəllənin 37-ci fəsili ləğv edilmişdir. Bundan əlavə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, işin məhkəmə tərəfindən araşdırılan hallarına əsasən maraqlı şəxs tərəfindən Ərizəçi barəsində doğum akt qeydinin aşkar olunmadığı bildirilsə də, 45 saylı doğum haqqında akt qeydindən müəyyən edilir ki, ərizəçiyə verilmiş doğum şəhadətnaməsi 45 № ilə qeydiyyat aparılmaqla, onun doğum tarixi və anasının adı akt qeydiyyatında düzgün qeyd edilmişdir. Ərizəçi izah olunmalıdır ki, hazırki halda ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılmasının mümkün olmaması, onun inzibati icraat qaydasında məhkəməyə müraciət etmək hüququndan məhrum etmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair qərarı»-nın 4 N-li qərarına əsasən inzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarında məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə biləcəyi qeyd olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir (MPM 261.0). Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 261-263 və 264-cü maddələrini rəhbər tutaraq qərar verdi: Ərizəçi maraqlı tərəf AR ƏN Sumqayıt şəhər qeydiyyat şöbəsinə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə icraata xitam verilsin. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar